ZİYƏDDIN QURBANOV (1938)

ZİYƏDDIN QURBANOV (1938)ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Ziyəddin Qurbanov - 80

Ziyəddin Qara oğlu Qurbanov -1938-ci il
oktyabrın 3-də qədim Borçalı ma­halının
Başkeçid (indiki Gürcüs­tanın Dmanisi) rayo­nu­ndakı
Lök-Can­dar kən­­dində dünyaya göz açıb.

Sək­kizillik məktəbi öz kəndlə­rində, orta məktəbi isə Ha­mamlı kən­dində bitirib.

Bir il kolxozda işlə­yib.

1959-cu ildə indiki Bakı Döv­lət Univer­sitetinin filo­logi­ya fakültə­sinə daxil olub və 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirib.

1964-cü ilin sent­yabrından 1966-cı ilin no­yabr ayına qədər Goranboy ra­yo­­nunun Bor­sunlu kənd orta məktə­bində müəl­lim işləyib.

1966-cı ilin no­yabrından 1968-ci ilə qədər Gəncə Dövlət Pe­daqoji İnstitutu­nun isteh­sal təcrü­bəsinin rəhbəri vəzifə­sində ça­lışıb.

1968-ci ilin sent­yab­rından ins­titutun (in­diki Gəncə Dövlət Univer­si­te­­tinin) Azərbaycan dili kafed­ra­sın­da müəl­lim, baş müəllim işləyib.

1972-ci ildə “XVII əsr Azərbaycan ədəbi dilinin lek­si­ka­sı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib fi­lo­­logiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1984-cü il­də GDU-nun Azərbaycan dili kafedranın dosenti seçilib.

1997-ci ildə “XVII əsr Azərbaycan ədəbi dili” mövzu­sun­da doktorluq işini tamamlayıb müzakirəyə təqdim etmişdir.

“XVII əsr Azərbaycan ədəbi dili və üslubu” (1995), “Azər­­­­­baycan ədəbi dilinin XVII əsr mərhələsi“ (1997) ki­tab­la­­rının və “Yazılı abidələrin dilində fonetik, leksik və qram­­matik fərqlər” adlı dərsliyin, 29 jurnal, on­larca qəzet məqalə­si­nin müəllifidir.

(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh. 123).

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: