Şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli ötən il görülən işlərdən, əməkdaşların uğurlarından, tədqiq və nəşr sahəsindəki fəaliyyətdən söz açdı, elmi işçilərin 2016-cı ildə yerinə yetirəcəkləri fərdi iş planı, mövzuların aktuallığı, əhəmiyyəti haqqında məlumat verdi.
Şöbənin əməkdaşlarından - elmlər doktoru Elçin Mehrəliyev, fəlsəfə doktorları Ayaz Vəfalı, Sədaqət Məmmədova, Gülbəniz Babayeva, elmi işçi Müştəba Əliyev və kiçik elmi işçi Aynurə Paşayeva mövzu ilə əlaqədar problemlərə toxundular, rəy və təkliflərini səsləndirdilər.
İclası yekunlaşdıran şöbə müdiri, professor A.Rüstəmli səslənən fikirləri ümumiləşdirərək müzakirə edilən fərdi iş planlarının vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün AMEA-da yaxşı iş şəraitinin yaradıldığını, zəngin elektron kitabxana və arxivin istifadəyə verildiyini vurğulayaraq tədqiqat prosesində ciddi problemlərin, maneələrin yaranmayacağına əminliyini bildirdi.
14.01.2016