AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında
XX əsr Azərbaycan və fars ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məhəmmədhüseyn Şəhriyarın vəfatının 29-cu ildönümü ilə əlaqədar
ədibin xatirəsi yad edilib.


Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli
açaraq şairin həyat və yaradıcılığından, poeziyaya verdiyi töhfələrdən danışıb. Bildirib ki, fars və Azərbaycan dillərində şeirlər yazan M.Şəhriyar dünyanın klassik şairləri arasında mühüm yer tutur. Onun dərin məzmunlu əsərlərində bəşəri-humanist ideyalar, real və ideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemlər əksini tapır.

Akademik İ.Həbibbəyli qeyd edib ki, güclü emosional təsirə malik şerləri ilə Hafiz Şirazi kimi böyük şöhrət qazanmış M.Şəhriyar nəinki İranda eləcə də Azərbaycanda, Türkiyədə və digər türkdilli ölkələrdə tanınıb. Onun yaşadığı məmləkətin sərhədlərini aşaraq başqa xalqların da qəlbini riqqətə gətirən şerləri bu gün də sevilərək oxunur.

AMEA-nın vitse-prezidenti şairin anım gününə töhfə olaraq Ədəbiyyat İnstitutu tərəfindən ədibin “Biblioqrafik göstərici”sinin hazırlandığını diqqətə çatdırıb. Alimin sözlərinə görə, M.Şəhriyarın həyat səhifələrini, yaradıcılığının önəmli məqamlarını, bədii irsinin nəşr tarixini özündə əks etdirən bu dəyərli kitab ensiklopedik xarakterli biblioqrafiq göstəricidir. O, yeni nəşrin Azərbaycan-İran ədəbi-elmi əlaqələrinin intensiv inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap olunan kitabın elmi redaktoru akademik İ.Həbibbəyli, redaktorları - filologiya üzrə fəlsəfə doktoru Zakirə ƏliyevaƏməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi isə Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuaddır.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, professor Əlizadə Əsgərli, kitabın müəllifi, fil.ü.f.d. Esmira Fuad, filologiya üzrə elmlər doktorları İslam Qəribli, Asif Rüstəmli və başqaları çıxış edərək ustad şairin yaradıcılığından söz açıblar. Bildirilib ki, M.Şəhriyarın vəfatı günü İranda rəsmi olaraq ədəbiyyat və şeir günü kimi qeyd edilir.

Sonda şairin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olunub.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlx ...

Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlx ...

Humanitar elmlər, "Zirvə", Ədəbiyyatşunaslıq, Turan, Cənubi Azərbaycan
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Regionlar, "Zirvə"
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
Rəy yazın: