AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilibAMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib 2016-cı il dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında Folklor İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-dan turan.info.az-a bildiriblər ki, tədbir AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin giriş nitqi ilə başlayıb. Son illər Azərbaycan folklorşünaslığını milli ictimai-humanitar elmlər içərisində xüsusi inkişaf edən sahələrdən biri kimi qiymətləndirən akademik bu istiqamətdə AMEA-nın Folklor İnstitutunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycan folkloru xalqımızın milli-mənəvi dəyərləri olduğu üçün bu sahənin müxtəlif aspektlərdən tədqiqi yalnız elmi deyil, həm də ümumictimai məna kəsb edir. Akademik İsa Həbibbəyli folklorun funksional struktur aspektindən multidissiplinar tədqiqinin müasir humanitar elmlərin nəzəri-metodoloji axtarışları baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Hazırda multidissiplinar araşdırmalar Azərbaycan elminin əsas prioritetlərindən biridir. Özündə xalqın tarixi təcrübəsini, mifik görüşlərini, dini inanclarını, estetik baxışlarını əks etdirən folklorun multidissiplinar tədqiqi xüsusilə zəruridir. Çünki xalqın bütöv mahiyyətinin hərtərəfli şəkildə təcəssüm olunduğu folklor xəzinəsi multidissiplinar yanaşma olmadan, kompleks tədqiq oluna bilməz".

Tədbirdə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli konfransda diqqət mərkəzinə gətirilən problemlərin müasir elmi əhəmiyyətindən danışıb. Akademik vurğulayıb ki, dünya folklorşünaslıq elminin nəzəri təcrübələrinin milli elmi fikir dövriyyəsinə daxil edilməsi Azərbaycan folklorşünaslığının daha da inkişaf etməsinə təkan verəcək.

Sonra Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək konfransın əhəmiyyətinə toxunub. Azərbaycan folklorşünaslığında folklorun nəzəri aspektdən araşdırılmasının mühüm istiqamətlərdən biri olduğunu deyən AMEA-nın müxbir üzvü Muxtar İmanov hazırda folklorun tamamilə yeni məzmun kəsb etdiyini vurğulayıb: "Folklor yalnız yaddaşlardan toplanmış və arxivlərdə saxlanılan, yaxud da nəşr olunmuş folklor külliyyatlarında əks olunan milli irs kimi başa düşmək doğru deyil. Folklor bu gün də canlı kommunikasiya prosesində yaşamını davam etdirən mühüm bir mədəni təsisatdır. Bu mədəni təsisat müasir informasiya kommunikasiya texnologiyalarının, virtual mədəni mühütin inkişafı ilə şərtlənərək indi tanmamilə yeni məzmun kəsb edib. Ona görə də folklorun prosessual təbiəti yalnız funksional struktur aspektindən tədqiq olunarkən bu xüsusiyyətlər araşdırmaya cəlb oluna bilir".

Dünya folklorşünaslığında multidissiplinarlığın zəngin təcrübəsinin olduğunu deyən institut direktoru bu irsin filoloji olmaqla bərabər, antropoloji, sosioloji, kulturoloji, psixoloji və s. aspektlərdən öyrənilməsinin zəruriliyini vurğulayıb.

Konfransda filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "Folklorun funksional strukturunun multidissiplinar analizi" mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində folklorun funksional struktur aspektdən öyrənilməsinin zəruriliyinin bir tərəfdən folklorun öz daxili təbiəti, digər tərəfdən isə onun müasir sosial-mədəni proseslərdə və virtual mühitdə fəal iştirakı ilə bilavasitə bağlı olduğunu qeyd edib. S.Xavəri məruzəsində folklorun funksional struktur aspektindən araşdırılması istiqamətində dünya elmi təcrübəsinin nəzəri qənaətlərini ümumiləşdirərək, onların əsasında folklorun sintaqmatik, paradiqmatik, diaxron, sinxron istiqamətlər üzrə struktur özəllikləri barədə nəzəri qənaətlərə yer verib. Alim folklora tekstoloji yanaşmadan prosessual yanaşmaya, mədəniyyətin ümumi funksiyaları ilə folklorun funksional strukturu arasında qarşılıqlı əlaqələr, funksiyanın folklorun daxili strukturunun sabit və dəyişməz elementi olması, folklor-ədəbiyyat identifikasiyasının nailiyyətləri və problemləri və s. məsələlərdən də bəhs edib. Qeyd olunan problemlər məruzədə multidissiplinar yanaşma əsasında nəzərdən keçirilib.

Daha sonra tədbirdə filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Ənənəvi folklordan virtual folklora: evolusion yanaşma, problem və prespektivlər” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, müasir dünyada informasiya-kommunikasiya texnologiyaları hesabına insanlar arasında ünsiyyətin yeni modellərinin meydana gəlməsi, eləcə də fiziki reallığa alternativ olaraq virtual reallığın ortaya çıxması bütövlükdə insan və onun yaradıcılıq imkanlarına da təsir edib. Bu proses kommunikasiya ilə bağlı olan folklorun da mahiyyətini dəyişib, ənənəvi folklordan virtual folklora keçid baş verib. Folklorun canlı orqanizm kimi bütün dövrlərdə baş verən prosesləri təzahür etdirmək potensialına malik olduğunu, xüsusilə texnoloji mühitin imkanları və şərtləri daxilində texnokulturoloji proseslərin getdiyini vurğulayan H.Quliyev belə şəraitdə onun əvvəlki dövrlərdən tamamilə fərqli məzmun kəsb etdiyini qeyd edib. Məruzədə internet və folklor münasibətlərinin tədqiqi təcrübəsindən, virtual folklorun meydana gəlməsi və xüsusiyyətlərindən, həmçinin problemin nəzəri-metodoloji aspektlərindən bəhs olunub. Məruzəçi qeyd olunan problemlərin araşdırılması ilə bağlı bir sıra təkliflər də irəli sürüb.

Tədbirdə "Məna axtarışı müstəvisində psixoanaliz və folklor" mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev psixoanalitik metodun folklor araşdırmalarına gətirdiyi yeni baxış bucağından söhbət açıb. O bildirib ki, ilkin dövrlərdə kliniki metod kimi meydana gələn bu nəzəriyyə tədricən inkişaf edərək müxtəlif mədəni fakt və yaradıcılıq aktlarının semantik məzmunun öyrənilməsində müstəqil metoda çevirilib. İlk dəfə olaraq 1928-ci ildə folklor və psixoanaliz probleminin əhəmiyyətinə diqqət yetirildiyini deyən alim uzun müddət folklorşünasların bu problemə ciddi yanaşmadığını və mövzunun diqqətdən kənarda qaldığını vurğulayıb. Məruzəçi XX əsrin sonlarından etibarən folklor faktlarının izahında bu nəzəriyyəyə yenidən ciddi önəm verilməyə başlanıldığını və mədəni faktların araşdırılmasına öz metod və priomları olan azsaylı nəzəriyyələrdən biri kimi dəyərləndirildiyini əlavə edib. Ziqmund Freyd, Ernest Cons, Riçard Dorson, Saymon Bronner və ən nəhayət XX əsrin ən görkəmli psixoanlitik folklorşünası olan Alan Dandesin nəzəri görüşləri əsasında psixoanaliz və folklor münasibətlərinə aydınlıq gətirən natiq bu metod əsasında Azərbaycan folklorunun öyrənilməsinin onun dünyada tanıdılmasına da ciddi təsir edəcəyini diqqətə çatdırıb.

Məruzələr dinlənildikdən sonra mövzular ətrafında geniş müzakirə aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirin yekununda folklorun funksional strukturunun multidissiplinar aspektlərinin öyrənilməsinin zəruriliyi vurğulanıb.

Müşfiq BORÇALI,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
AMEA-nın İctimai Elmlər Bölməsində

AMEA-nın İctimai Elmlər Bölməsində "Yeni elmi paradiqma - ahəngyol" mövzu ...

İctimai elmlər, "Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Elm, "Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

Humanitar elmlər
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

"Zirvə"
Şamaxıda II “Fizika və lirika” konfransı keçirilib

Şamaxıda II “Fizika və lirika” konfransı keçirilib

Digər bölmələr, "Zirvə", Folklor
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Elm, "Zirvə"
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Elm, Humanitar elmlər, "Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
Rəy yazın: