Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri doktor diplomu təqdim olunub

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri doktor diplomu təqdim olunub Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri doktor diplomu təqdim olunub Azərbaycan Milli Elmlər Ajkademiyasinin (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında görkəmli Qazax yazıçısı və ictimai xadim Oljas Süleymenovla elmi ictimaiyyətin görüşü olub.

Təbir iştirakçıları əvvəlcə AMEA-nın Əsas binasının foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət ediblər.

Azərbaycan və Qazaxıstan elmi ictimaiyyətinin nümayəndələri Akademiyanın elmi-tədqiqat institutlarının nailiyyətlərini əks etdirən Elm sərgisi ilə tanış olublar.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq görkəmli qazax yazıçısı Oljas Süleymenovun 80 illik yubileyinin qazax xalqının nümayəndələri ilə birlikdə təntənəli surətdə qeyd edilməsini əlamətdar hadisə kimi səciyyələndirib, ədibin elmi və ədəbi yaradıcılığından ətraflı bəhs edib. Görkəmli yazıçının əsərlərinin Azərbaycanda da sevilə-sevilə oxunduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli Oljas Süleymanovun əsərlərinin Azərbaycan dilində dəfələrlə böyük tirajla çap olunduğunu qeyd edib. Bildirilib ki, yazıçının «Az-ya» kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» sərəncamına əsasən 2007-ci ildə 25 min tirajla çap edilərək geniş ictimaiyyətə və oxuculara çatdırılıb. Vaxtilə ulu öndər Heydər Əliyevin yüksək dəyərləndirdiyi görkəmli yazıçının xidmətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də həmişə qiymətləndirildiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli bü gün türk xalqlarının nümayəndələri içərisində Oljas Süleymenovun xüsusi yerinin olduğunu diqqətə çatdırıb.

Oljas Süleymanovu qardaş Qazaxıstanın dünya şöhrətli şairi və böyük mütəfəkkir ziyalısı adlandıran akademik İsa Həbibbəyli ədibin beynəlxalq miqyasda, dünya masştabında qəbul olunmuş ictimai xadim və qədim tarixi ənənələrə malik olan türk dünyasının müasir epoxadakı görkəmli nümayəndəsi olduğunu bildirib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Oljas Süleymanovun Qazax ədəbiyyatının və ictimai fikrinin qiymətli nümunələri olan əsərləri dünya ədəbiyyatını, türk xalqlarının ədəbiyyatını zənginləşdirir.

Akademik İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 22 aprel 2016-ci il tarixli qərarı ilə görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Omaroviç Süleymanova Azərbaycanda müstəqillik ideallarının möhkəmləndirilməsində, ədəbiyyatın və ictimai fikrin inkişafında görkəmli xidmətlərinə görə fəxri doktoru elmi dərəcəsi verildiyini açıqlayıb. Bu münasibətlə institut rəhbəri “Fəxri doktor” diplomu və xüsusi hazırlanmış mantiyanı Oljas Süleymenova təqdim edilib.

Sonra Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Aida Feyzullayeva, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, akademik Qalımqair Mutanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Atatürk Mərkəzinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya elmləri doktoru Şirindil Alışanlı, filologiya elmləri doktoru Nizami Tağısoy çıxış edərək Oljas Süleymenovun zəngin yaradıcılığının müxtəlif istiqamətləri barədə ətraflı danışıblar.

Sonda görkəmli qazax mütəfəkkiri Oljas Süleymenov çıxış edərək səmimi qarşılandığına, ona göstərilən diqqət və qayğıya, “Fəxri doktor” elmi dərəcəsinə görə Milli Elmlər Akademiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Tədbirdə qarşılıqlı olaraq xatirə hədiyyələri, kitablar təqdim edilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, səfirlik əməkdaşları, elmi ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir boyu böyük qazax şairi Oljas Süleymenovun həyat yolunu əks etdirən video və fotoslaydlar nümayiş etdirilib.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan alim və yazarı Alma-Atı şəhərində keçirilən “IV Əl-Fərabi və müa ...

Azərbaycan alim və yazarı Alma-Atı şəhərində keçirilən “IV Əl-Fərabi və müa ...

Humanitar elmlər, Turan, Orta Asiya
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Regionlar, "Zirvə"
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Rəy yazın: