Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib

Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib Fevralın 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “İdarəetmədə islahatlar və gənclik: Gənclər Milli Məclisdə” layihəsi çərçivəsində parlamentdə görüş keçirilib.

Milli Məclis sədrinin müavini Bahar Muradova
görüşdə çıxış edərək ölkəmizdə 2 fevral - Gənclər Gününün artıq uzun illərdir qeyd edildiyini söyləyib. Bildirilib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə, çağırışlarla üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı. Görülən bütün işlər Azərbaycanın gəncliyi və gələcəyi üçün edilirdi. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, gənclərin ictimai həyata inteqrasıyasını sürətləndirməyə xidmət edirdi.

Bahar Muradova bu gün gənclərin Azərbaycanın güclü dayaqlarından birinə çevrildiyini deyib. O, ölkədə gənclik adına görülən bütün işlərin Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət etdiyini söyləyib. Vurğulayıb ki, bu səbəbdən 2 fevral - Gənclər Günü təkcə gənclərin deyil, eyni zamanda, Azərbaycan xalqının, dövlətinin bayramıdır.

Bildirilib ki, Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır. Getdikcə gənclik ictimai-siyasi həyatın mərkəzində əsas fiqura çevrilməkdədir. Biz parlamentdə bir çox məsələlərdə çoxillik müdrik təcrübəyə və nəzəri biliklərə əsaslanan gəncliyin səsini eşitməkdəyik. YAP Gənclər Birliyi isə Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissədir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanda hər il təntənə ilə qeyd olunan Gənclər Gününün ölkə gənclərinə ulu öndər Heydər Əliyevin hədiyyəsi olduğunu söyləyib. Bildirilib ki, bu gün Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlərdən çox danışmaq olar. Bugünkü gəncliyin bu səviyyəyə çatması heç də təsadüfi deyil.

Tarixə qısaca nəzər salanda görürük ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gənclər hərəkatından söhbət gedə bilməzdi. Gənclərimiz təhsil hüququndan kənar qalmışdılar. Gənclər təşkilatlarından ümumiyyətlə söhbət gedə bilməzdi. Gənclər pərakəndə idi, onlar hər hansı siyasi qrupların və yaxud da hansısa birləşmələrin maraqlarına uyğun fəaliyyət göstərirdilər. Lakin Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu sahədə böyük işlər görülməyə başlandı. İlk dəfə olaraq gənclərlə işləyəcək mərkəzi icra hakimiyyəti orqanı yaradıldı. Gənclər fəaliyyətinin, gənclər siyasətinin hüquqi əsasları, təməlləri düzgün qoyulmağa başlandı. Ondan sonra forumların keçirilməsi, gənclərin dövlət idarəetmə orqanlarında, seçkili orqanlarda önə çəkilməsi onlara stimul verdi.

Görüşdə Azərbaycanda əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Qeyd edilib ki, 2003-cü ildən başlayaraq gənclər siyasəti yeni bir müstəviyə qədəm qoyub. Həmin ildən başlayaraq bir neçə dövlət proqramı həyata keçirilib.

Digər çıxış edənlər ölkəmizdə dövlət gənclər siyasəti sahəsində görülən işlərdən, gənclərə göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev daim gənclərə böyük qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Azərbaycanda hər zaman gənclərin yaxşı yaşamaları, təhsil almaları, normal əmək fəaliyyəti göstərmələri üçün müxtəlif dövlət proqramları həyata keçirilib. Bu gün də Azərbaycan dövlətinin siyasətində gənclərlə iş prioritet istiqamətlərdən biridir.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir  ...

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir ...

Gənclik, AzTU
AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir  ...

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir ...

AzTU
Gənclər təşkilatları Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş tədbirlər ke ...

Gənclər təşkilatları Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş tədbirlər ke ...

QHT
“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

Tv, Sosial, QHT
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
AzTU-da Gənclər Günü qeyd edilib

AzTU-da Gənclər Günü qeyd edilib

AzTU
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
AMEA-da gənclərə yüksək diqqət və qayğı göstərilir

AMEA-da gənclərə yüksək diqqət və qayğı göstərilir

Biologiya və tibb elmləri
Yusuf Məmmədəliyev:

Yusuf Məmmədəliyev: "Ulu öndər Heydər Əliyev Azərbaycanda Gənclər Gününü t ...

Azərbaycan, Gənclik
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
Nəhayət ŞİRİNOVA:

Nəhayət ŞİRİNOVA: "Yeni Azərbaycan Partiyası sıralarında uğura yol alan Az ...

YAP, Köşə yazılar
AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

Publisistika, Qarayazı
Azərbaycanın gələcəyi gənclərin əlindədir

Azərbaycanın gələcəyi gənclərin əlindədir

Digər bölmələr, Gənclik

"Borçalı" Gənclər Birliynin rəhbəri Ulu öndərin və Şəhidlərimizin qəbrini ...

Borçalı, QHT
AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

Humanitar elmlər
AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə mür ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə mür ...

AzTU
AzTU-nun Rektoru Vilayət Vəliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü müna ...

AzTU-nun Rektoru Vilayət Vəliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü müna ...

Əsas xəbər, AzTU
AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

Borçalı, Tiflis
AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU, QHT
Rəy yazın: