Pisliklərin, haqsızlıqların, dini, irqi, siyasi münaqişələrin ayaq açıb yeridiyi çağdaş zamanımızda da xeyriyyəçi simalar var və onlar yeri gəlgikcə öz xeyirxah əməlləri ilə ta qədimdən cəhalətlə təzad təşkil etsədə qoşa addimlayan xeyirxahlıqin,səmimiyyətin,ülviyyətin bir addim öndə getməsinə xidmət edirlər . Onlar bizim ətrafımızda, hətta aramızda yaşayır desəm daha düzgün olar. Belə insanlar hər zaman öz gördükləri işlərlə ətrafdakılara nümunə, digərlərinin də ondan örnək götürməsinə səbəbkar olmuşlar. Lakin bu şəxslər etdikləri yaxşılıqların hər zaman gizli qalmasına çalışmış, onu ətrafdakılara bəyan etməmişlər. Bu da həmin xeyirxah insanların nə qədər sadə, nəcib olduqlarının bariz nümunəsidir.
İnsanlara təmiz əxlaq, gözəl hisslər xeyirxah əməllər təlqin etməyi özünə təməl prinsipləri kimi qəbul edən soydaşlarımızdan biri də Aydəm İsmayılovdur ki,hələ gənc yaşlarından xeyrxah əməlləri ilə yüzlərlə insanin qəlbində insanpərvərlik hisslərinin alovlanmasına səbəbkar olub. Aydəm İsmayılov haqqında əlimizdə çox az məlumat var. Bildiyimizə görə o, Fəlsəfə doktorurudur, "Arena" ASC-nin müşahidə şurasının sədridir.
Sorağını uzaqdan-yaxından aldığımız Aydəm İsmayılovu bu yazıda təsadüfən misal çəkmədik,axı ən qədim yazılı abidəmiz olan «Avesta»da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi insanlıqın yaranışdan bəri ən çox istədiyi arzusu,amalı olub. Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq. Şair və yazıçılarımız da öz əsərlərində həmişə xeyirxahlığa geniş yer vermiş, xeyirin şər üzərindəki qələbəsini əks etdirmişlər. Dahi şairlərimiz Məhəmməd Fizulidən, Nizami Gəncəvidən tutmuş çagdaş aydınlarımıza qədər.
Yaxşı adamları qoruyaq gəlin,
Yaxşıliq kövrəkdi bir duyğu kimi
Hərcürə tənəyə dözüb dayanmaz,
Yamanlıq murdarça çubuğu kimi,
Nə qədər əysən yenə də sınmsz.
Nəğməkar şairimiz Musa Yaquba məxsus olan bu misralarda böyük hikmət və məna var...Bəli,biz xeyrin şər üzərində qələbəsini istəyiriksə ətrafimizda olan,xeyirxah əməlləri ilə yoruldum, usandım demədən təvəzökarcasına xeyirə çalışan Aydəm İsmayılov kimi adamları arayıb-axtarıb daha yaxından tanımalıyiq,həm də tanıtmalıyıq ona görə ki, canina xudbinlik hopmuşlara örnək olsun!..
Cahan.Tv
turan.info.az
.