Gənc İstedad Fəxri Əfrasiyabovun şeirləri

Gənc İstedad Fəxri Əfrasiyabovun şeirləri Mən Fəxri Səbuhi oğlu Əfrasiyabov
1999-cu il aprelin 21-də
Bakı şəhərində anadan olmuşam.
Bakının Yasamal rayonundakı
53 nömrəli tam orta məktəbin
10-c sinifində oxuyuram və
1-ci qrupa hazırlaşıram.
Atam Əfrasiyabov Səbuhi
1954-cü il dekabr ayının 31-də
Bakıda dünyaya gəlib.
Azərbaycan Dövlət Texniki
Üniversitetini bitirib.
Uzun müddət Mühəndis işləyib.
Atamla anam 1994-cü il
fevral ayının 6-ında
aliə həyatı qurublar.
Yeddi yaşımdaykən atam
xəstəlik üzündən işdən çıxmağa
məcbur olub və 2014-cü ildə vəfat edib.
Anamsa 1960-cı ildə martın 14-ündə
Salyan şəhərində anadan olub.
Anam texnikum bitirib.
Hal hazırda dərzi işləyir.
Ailə tərkibimiz iki nəfərdən
yəni mən və anamdan ibarətdir.



Əziz Anam

Gözümün önündə qocalır anam,
Neyləyim heç bir şey edə bilmirəm?!
Taleyin hökmüdür belə yaşayır,
Əlimi uzadıb silə bilmirəm.

Əlimdən gələydi onun çiynindən,
Yükünü götürüb ata biləydim.
Ağarmış saçından o ağ telləri,
Dəyişə biləydim, poza biləydim.


Xatirən fikrimdə hələ

Ömrümün payızı sənlə olaydı,
Baharı səninlə olduğu kimi.
Hər zaman sevəydim eşqin gücündən,
Hər səhər yenidən sevdiyim kimi.

Yenə də xatirən gəldi önümə,
Qəlbim yenə sevdi səni gizlincə.
Güc aldım o zaman sənə eşqimdən,
Qovuşmaq eşqiylə yandım dərindən.

Yorulmadan çoxlu söhbət edəydik,
Danışaydım sənə öz hisslərimdən.
Mən yenə coşmuşam şair könlümdən,
Şeirlər çağlayır mənim dilimdən.


SÖNMÜŞ OCAQLAR

Murdar olub artıq bir çox insanlar,
Pullara baş əyir bütün yaltaqlar.
Günahsız qanına bulaşır dünya,
Can verir körpələr yuxusundaca.

Necə rəzalətlə yaşayır onlar,
Var üçün vicdanı satmaqmı olar?
Dünyamız dəyişib deyirlər hərdən,
Danışım dəyişən bixəbərlərdən.

Çörək müqəddəstək buyrulmuş nemət,
Qazanırsan onu çəkmədən zəhmət.
Necə də yazıqsan əllərində qan,
Körpənin canını alan ey insan!

Nifrətim sonsuzdur səntək məxluqa,
Ananı baladan ayrı qoyana.
Sönməz bir atəşdir içimdəkilər,
Bir külək deyilki əsib getsinlər.

Çox qanlar axacaq susduqca dərdli,
Faciəni filmtək söyləyir biri.
Ar olsun belə bir aparıcıya,
Öləni yel sayıb basdıranlara.


O İyirmi Yanvar günü

Göy üzünü bulud aldı
Ana baladan ayrıldı.
Atasız körpələr qaldı,
O İyirmi Yanvar günü!

Şəhidlərin qanı axdı,
Fələk bizə nə kəm baxdı.
Səmadan ulduzlar axdı,
O İyirmi Yanvar günü!

Daim irəli getdilər,
Azadlıq əldə etdilər.
Hünərlə qalib gəldilər,
O İyirmi Yanvar günü!


Sevgiyə möhtac

Sevgiyə ehtiyac duyduğum anlar,
Yanımda heç kimi tapa bilmədim.
Mənim gözüm yaşdan coşub daşanda,
Məhrəba verəcək adam görmədim.

Düşünmür əsla bir kimsə məni,
Sanki mən insanlıqdan uzaqda biri.
Dinlədim hər zaman dost tanış qəmi,
Anlamağa çalışdım hər dərdi səri.


ACI OLSA DA

İmdadıma gəlsin sevgili dostlar,
Dağlara ağlayır qara buludlar,
Gözümün leysanı qəlbimə dolar,
Bu fani kainat yerində durmaz,
Sevdiyin hər zaman yanında olmaz.
Hər gecə ulduzlar düşürlər yerə,
Yazırlar şairlər sevdiklərinə,
Eşqi vermək gərək göydəkilərə,
Bəlkə xəbər tutdu allah sevgidən,
Yaşadı bir uşaq tox gəzdiyindən.
Yağışı yağdıra şaman sevinər,
Cənnəti istəyən allahı sevər,
Quş olmaq diləyən göydə görünər,
Dünya dəyisməyib dəyişməyəcək,
Bu cürə yaranıb belə öləcək.
Qızınmır qəlbim günəşə yaxın,
Mənimçün isidən sevgidir sevgi.
Qəlbimi sızladan yar baxışları,
Demirmi Şəhlama sevdiyim sevgi.
Eşqdən danışmasın hər yoldan ötən,
Axı hər adamla olmur bu sevgi.
Verdiyim salamlar sevgimin rəmzi,
Gəl yarım anlarmı verdiyim rəmzi
Utancaq gözlərin istəyi baxmaq,
Bu gözü süzdürən sevgidir sevgi.
Qoxlamaq istərkən ətirli saçın,
Küləklərdən soraq alır bu sevgi.

BAŞLARKƏN BİTDİ

İnsanın dərdləri ağlarkən bitdi.
Ən uzun yolculuk gidərkən bitdi.
Niyə sonsuz olan hisslər olmadı?
Ən gözəl məhəbbət başlarkən bitdi.
Azacıq gerçəkci olmadı həyat,
Ən ağır ayrılıq yaşarkən bitdi.
Kiçicik sevmədi bizi bu həyat,
Ümidlər övladtək öləndə bitdi.
Bəlkə də bu şair çox düzün dedi,
Şairlik Fəxri də gülüncə bitdi.

BUDURMU İNSAN

İnsanlar insana uca deyirlər,
Mən bunun səbəbin bilə bilmədim,
Heyvan oğlu deyib söyən bir-birin,
Özünü nə üçün çox uca görər?
Bu tökülmüş qanlar kimin üzündən?!
Quşlar müharibə yaradardımı?!
Şüurum var deyib öyünən varlıq,
Eşşək ikinci kəz batdı palçığa?!
Dünyada hiss edən təkcə mən dedin,
Övladın atan it görmüsənmi heç?!
Fəxri sən də demə sən bir şairsən,
Qanmazı qandıran at görmüsənmi heç?!

HAMI ÖLƏR

Quşlar civildəşib ölərlər,
Şairlər yaza-yaza ölər.
Sevənlər sevə-sevə ölər
Kim bilir özü necə ölər?!


MƏN
İndi yaz olsa da həyat bir payız,
Sevgidə bahardır mənsə ayrılıq.
Saçlarım qaradır həm də pərişan,
Taleyin naxışı olan ey insan.
Külək az mülayim oxşar saçımı,
Yalayar üzümü silər yaşımı.
Bu cavan ömrümdə mən sərxoş oldum,
Sevgi nə idi ki, mən Məcnun oldum
Bülbülün nəğməsi bənzər təbimə,
O da yazar yalnız şah qəfəsində.
Mən bu cür şairəm bənzər bülbülə,
Gülüm hara uçdu mən də o yerə.
Necə də pərişan olur saçlarım,
Sevgilim təbimi dilləndirməsə.
Mən nədən yazaydım solan ömürdə?
Çiçəklər də solar su görməyəndə!
Çəkirəm içimə gözlərindən qəm,
Mən şair olmuşam səbəb sevgidən!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: