AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR Müasir dövrdə Azərbaycanın dinamik inkişafını xarakterizə edən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə insanların rifah halının yaxşılaşması, onların sosial ehtiyaclarının daha dolğun şəkildə ödənilməsi Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin mərkəzində dayanır.
Ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətin konkret nəticələri işsizliklə bağlı problemlərin öz həllini tapmasıdır. Burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi və biznes mühitinin yaxşılaşdırılması faktorları rol oynayır. Onu da qeyd etmək lazımdır ki, son illərdə respublikamızda yeni iş yerləri əsasən qeyri-neft sektorunda yaradılıb. Bu da ölkəmizdə qeyri-neft sektorunun inkişafının təmin edilməsi ilə bağlıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları respublikamızda qeyri-neft sektorunun inkişafının işsizliyin azalmasına göstərdiyi təsiri xüsusi vurğulayıb: "Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması, əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərmişdir".

Ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətin məntiqi nəticəsi olaraq əməkhaqları və təqaüdlər artır. İnflyasiyanın aşağı səviyyədə saxlanılmasının müqabilində insanların pul gəlirlərinin artması ölkədə həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Məlumdur ki, hazırda paralel olaraq, həm regionların, həm də Bakı şəhərinin və ətraf qəsəbələrin sosial- iqtisadi inkişafına dair Dövlət proqramları həyata keçirilir. Sözügedən proqramlarda yerlərdə sosial təyinatlı infrastruktur layihələrinin həyata keçirilməsi, sosial obyektlərin inşası və yaxud əsaslı şəkildə yenidən qurulması prioritet istiqamət təşkil edir.Möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları bunu ayrıca vurğulayaraq deyib: "Sosial layihələr icra edilir - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları - bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür". Son illərdə infrastruktur layihələr içərisində yeni məktəb binalarının, xxəstəxsnaları, olimpiya komplekslərinin, mədəniyyət ocaqlarının inşa edilməsi, qəzalıbvə yararsız vəziyyətə düşmüş məktəblərin, bağçaların əsaslı şəkildə təmir edilməsini xüsusi vurğulamaq gərəkdir. Yola saldığımız ilin ən əlamətdar hadisəsi "Formula - 1" yarışması oldu. Bakıda təşkil olunmuş bu yarış yüksək səviyyədə təşkil olundu.
Ölkəmiz bu ildə formula yarışmasına və Müsəlman Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Beləliklə, ölkəmiz bütün dünyaya sübut edir ki, Azərbaycan istənilən yarış və tədbirlərin keçirilməsi üçün ən etibarlı məkandır. Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının apardığı məqsədyönlü siyasətin nəticəsində böyük quruculuq və abadlıq işləri görülür, sosial-iqtisadi islahatlar həyata keçirilir, sosial problemlər uğurla həll edilir.

Yunis QARAXANOV,
"Şərqin səsi" qəzetinin xüsusi müxbiri


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ZIĞ QƏSƏBƏSİ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ...

ZIĞ QƏSƏBƏSİ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ...

Sosial
AMEA-da DEMOQRAFİQ PROSESLƏRİN TƏDQİQİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB

AMEA-da DEMOQRAFİQ PROSESLƏRİN TƏDQİQİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB

Digər bölmələr
AMİ-də “Azərbaycanda sosial işin təşkili” mövzusunda konfrans

AMİ-də “Azərbaycanda sosial işin təşkili” mövzusunda konfrans

Elm, Sosial
“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

Digər bölmələr
Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Bakı
Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Digər bölmələr
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

Publisistika, Qarayazı
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

Digər bölmələr
Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Bakı
Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

YAP, Bakı
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Əsas xəbər, Rəsmi Xəbərlər
Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Digər bölmələr, Qarayazı
Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına  MÜRACİƏTİ

Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına MÜRACİƏTİ

Əsas xəbər, Rəsmi Xəbərlər

"Strateji Yol Xəritəsi postneft dövrünün inkişaf modelini yaradır" - iqti ...

Digər ali məktəblər, Darvaz, İqtisadiyyat
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Regionlar, İqtisadiyyat
RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: