REDAKSİYAMIZIN ARXİVİNDƏN:
QƏZƏFƏR MƏSİMOĞLU
(1963)
QƏZƏFƏR MƏSİMOĞLU
(1963)
Bu günlərdə qələm dostumuz, istedadlı şair
Qəzənfər Məsimoğlunun “Mən gözəllik aşiqiyəm” adlı daha bir kitabı
Bakıda (“Yeni Poliqrafist” MMC-2013 səh. 165)
nəfis şəkildə işıqüzü gürüb.
Bu kitab Qəzənfər Məsimoğlunun
“Kimin yoxsa məhəbbəti”
kitabından sonra oxucularla ikinci gürüşüdür.
Kitabda toplanmış şeirlərdə insanlara sevgi,
Vətənə məhəbbət, torpağa bağlılıq,
gözəlliyin tərənnümü və s. əsas yer tutur.
Hər iki kitaba tanınmış şair-jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, el ağsaqqalı Mədəd Coşqun Ön söz yazmışdır.
“Nə küskün ol, nə də Qərib, Məsimoğlu” sərlövhəli Ön sözdə Mədəd müəllim yazır:
“Qəzənfərlə ilk görüşümüz təxminən 30 il bundan əvvəl olub. Başkeçiddə rayon qəzetinin Azərbaycan bölməsinin redaktoru işləyirdim. Redaksiyaya şeir gətirmişdi. Bir neçəsini dərc etdik. Sonralar özünü görməsəm də imzaları ilə qarşılaşırdım. Bu dəfəki görüşümüzdə elə ilk sualım da imzası ilə bağlı oldu:
-Bir zamanlar Küskün, sonra Qərib, Məsimoğlu imzaları ilə yazıbsan. Bu təxəllüs dəyişkənliyi nə ilə bağlıdır?
Belə cavab verdi: -Hələ 5 yaşında olarkən atamı itirdim. Həyatda arxasını, dayağını erkən itirmiş, irili-xırdalı 7 uşaqla dul qalmış bir ana böyütdü məni... Ətrafıma baxdım, özümə baxdım. Keşməkeşli yollardan keçdikcə öz taleyimdən küsüb Qəzənfər Küskün oldum. Ali məktəbi bitirdim. Çılğın, əlçatmaz arzularla həyata atılan bir gənc ikən taleyim belə gətirdi ki, təyinatım uzaq Qazaxstan Respublikasının şimalına, Selinoqrad (indiki Astana) vilayətinə, küləkli, tozanaqlı, qarlı-boranlı bir yerə, bir istehsalata verildi. Ömrümün ən gğzəl 5 ilini dost-tanışsız, qohumsuz-qardaşsız yaşaya-yaşaya Qəzənfər Qərib oldum.
Əsl şair taleyi, əsl şair ümrü...”
Qəzənfər Məsimoğlu ulu Borçalının gözəllik tacı olan Səfalı Başkeçid rayonunun əsrarəngiz guşəsi olan, müəllifin özünün bir şeirində yazdığı kimi “Zoğalları hallanan, yemşənləri xallanan, çiyələyi ballanan” Əngirəvan kəndində dünyaya göz açıb. Onun şeirləri də bu əsrarəngiz gözəllik kimi ürəyəyatandır, təbiidir. Qəzənfər poeziyaya məsuliyyətlə yanaşır, sözün qədir-qiymətini bilir. “Söz var” şeirində müəllifin dedikləri də bunu təsdiq edir:
Söz var edir vaxtdan məni,
Söz var qovur baxtdan məni.
Söz var salır taxtdan məni,
Söz var rütbəm, çinim olur.
Onun şeirlərinin təbiiliyi, səmimiliyi, duruluğu, oxuculara doğmalığı diqqəti cəlb edən əsas şərtlərdəndir. Şair hər şeyə - dünya hadisələrinə də, gğzəllik və məhəbbətə də, təbiətə də, hətta məişət məsələlərinə də öz düşüncələrinin, öz xəyallarının aynasından baxır. Bu yöndə yaradılan bənzətmələr maraqlı və düşündürücü olur:
Söyüd olub salxım-salxım söz açardım,
Puçurlanıb düzüm-düzüm göz açardım.
Ürəyimə od bağlayıb köz asardım,
Ürəyindən qanın kimi keçmək üçün.
Alışmışam, pərvanəsən, olsan yarım,
Yaşıllaşar yarpaq-yarpaq budaqlarım.
Can verəydim, quruyaydı dodaqlarım,
Su yerinə güz yaşını içmək üçün.
Bu qəbildən daha bir nümunə:
Pünhan Qəzənfərəm, dinə bilmirəm,
Elə alışmışam, sönə bilmirəm.
Verdiyim vədədən dönə bilmirəm,
Qalmışam eşqimin dar küçəsində.
Bütün sənət adamları kimi, Qəzənfər Məsimoğlu da dünyaya sığmır, dünyadan gileylidir:
Oddu, közdü, ocaqdı,
Düşdün, yandıracaqdı.
Dərdi qucaq-qucaqdı,
Dünya nə pis dünyadı.
Bu nöqteyi-nəzərdən onun “Ay başı daşdı dünya” şeiri xüsusilə fərqlənir. “Kimə dolu, kimə boş, gah qızmar yay, gah qarlı qış, bir güzü sevincli, bir güzü yaş olan dünya” Qəzənfərə çox zülmlər etsə də o, bütün bunları bağışlaya bilərdi. Onu ən çox sarsıdan cəhət isə belə ifadə olunur:
Özü qəmsiz, kədərsiz,
Evi damsız, çəpərsiz.
Gəncliyimi xəbərsiz,
Götürdü qaçdı dünya.
Qəzənfər Məsimoğlu taleyin bütün şıltaqlığına dözmüş, 20 il poeziyadan uzaqlaşsa da yenidən ülvi hisslərlə döyünən qəlbinin tələbinə tabe olmuş, yenidən qələmə sarılmış, gözəl, səmimi şeirlər yazmışdır.
Özü də etiraf etdiyi kimi hələ tam püxtələşməsə də, kəm-kəsirli olsa da ilhamının bəhrəsini, ona əziz olan hissləri əks etdirən şeirləri toplum şəklində çap etdirmək arzusu ilə bu kitabı ərsəyə gətirmişdir. Şeirlərinə münasibətdə də bu təvazökarlığı aydın hiss edilir:
Varsa hər şeirin üz dünyasına
Keçdiyim yolları tapar oxucum.
Xoşuna gəlməyən qoy mənim olsun,
Xoşuna gələni apar, oxucum!
Qəzənfər Məsimoğlunun şeirlərində qürbətdə çəkdiyi sarsıntılar və ən əsası Vətən həsrəti geniş yer tutur.
Qürbət eldən həsrət-həsrət boylanan,
Gözlərimin axan yaşı Vətəndi.
Atəşinə pərvanətək yanar can,
Hər kəlməmin əzəl başı Vətəndi.
Deyən şairin ürəyindən nələr keçir:
Bu torpağın oğluyam mən,
Bu torpaqda izim ola.
Bu torpağa qarış-qarış,
Sürtmək üçün üzüm ola.
Şairin “Ürəyim ağrıyır” şeirində oxuyuruq:
Ürəyim ağrıyır, a süzən durna,
Vətəndən bir soraq gətir, ölürəm.
Könlümdə bitməyən qərənfil varsa,
Vətən torpağında bitir, ölürəm.
Bütün şairlər kimi Qəzənfərdə də müxtəlif səpgidə şeirlərlə bərabər sevgi motivləri güclüdür.
Bu kitabın “Kimin yoxsa məhəbbəti” adlandırılması təsadüfü deyildir.
Sevən ürək, sevər qəti,
Uca tutar sədaqəti.
Kimin yoxsa məhəbbəti,
İnsanlıqdan kasad olar.
Bu nöqteyi-nəzərdən “Şairlərin məhəbbəti çox olar” şeri diqqəti xüsusi ilə cəlb edir:
Tanrım özü yaradıb ki, sevəsən,
Kim nə deyir, sevmirsənsə sevmə, sən.
Beşiyindən qəbrə qədər sevməsən,
Gördüklərin gözlərinə ox olar,
Şairlərin məhəbbəti çox olar.
O, gözəlləri, sevgini mədh etməklə bərabər gözəlin ərkindən, cəfasından, nazından da qorxmur.
Dodaq püstə, dilin şəkər,
Səndən doymaq olar məgər?
Çəkə bilən üzü çəkər,
Naz edirsən, eylə nolar.
Mədəd Coşqun “Söz var...” sərlövhəli Ön sözünü belə bir cümlələrlə bitirmişdir:
“Qəzənfər Məsimoğlunun oxuculara ilk tühfəsi olan bu kitab haqqında uzun-uzadı danışıb, mühtərəm poeziya sevərləri yormaq istəmədim. Onlara bu şeirlərə səmimiyyətlə yanaşmaq, ağrılar, acılar çəkmiş şair olan Qəzənfərə isə yaradıcılıqda rəvanlıq, səadət arzulayıram.”
Biz də Mədəd Müəllimin bu səmimi arzlarına qoşuluruq. Bəli, Barlı budaqlar həmişə başıaşağı olur. Qəzənfər Məsimoğlunun gözəl cəhətlərindən biri də təvazükarlığıdır. O yazır, daim qəlbinin dediklərini ağ vərəqlərə köçürür. Çap olunmağa tələsmir, müxtəlif qəzet-jurnalların qapısını döyməyi sevmir.
İlk kitablarının oxucular tərəfindən səmimi qarşılanması ona inam və yeni ruh bəxş etmişdir.
İnanırıq ki, bu inam, bu yeni ruh onu daha yüksək səviyyəli şeirlər yazmağa vadar edəcəkdir.
Bu yolda Qəzənfər Məsimoğluna yeni-yeni uğurlar diləyirik...
P.S.: Bu günlərdə Qəzənfər Məsimoğlunun 50 illik Yubileyi və kitablarının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş süzü ilə AYB-nin üzvü, tanınmış şair Mədəd Coşqun açmış, yubilyarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra yubilyarın qələm dostlarından Abbas Abdulla, Səadət Buta, Müşfiq Borçalı, Salman Qazi, İladi Üməroğlu, Əflatun Keşəli, İsaxan İlyas və başqaları çıxış edərək şairin bədii yaradıcılığının məziyyətlərindən danışmış və yubilyarı təbrik etmişlər.
Biz də bir daha Yubilyarı ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini oxucularımıza ərmağan edirik!..
Müşfiq BORÇALI.
“Şərqin səsi” qəzeti, N: 60 (290) Yanvar, 2014-cü il.
Azərbaycandan yazaq
Borçalıda yaşayan qələm dostum Molla Əflatun Keşəliyə müraciətlə
Şair dostum qələm götür, gözəl məkandan yazaq,
Canımızdan əziz olan Azərbaycandan yazaq.
Qucaq açır qonağını qucaqlayır ürəklə,
Qarşılayir duz-çürəklə, yola salir çiçəklə
Təki gələn gəlsin bura saf niyyətlə, diləklə.
Məqsədi pak, mərami xoş, dostdan mehmandan yazaq,
Canımızdan əziz olan Azərbaycandan yazaq.
Gül-çiçəyə bürünübdür hər tərəfi, hər yani,
Neçə uca binalari, neçə geniş meydani.
Hara baxsan güz oxşayir valeh edir insani,
Gələcəyə imza atan büyük insandan yazaq,
Canimizdan əziz olan Azərbaycandan yazaq.
Yer üzündə nə qədər ki, səpələnib millətim,
Hamisinin arxasidir, dayağidir dövlətim.
Gündən-günə aşib, daşir neftim, qazim, sərvətim,
Tanrim üzü bəxş etdiyi şührətdən, şandan yazaq,
Canimizdan əziz olan azərbaycandan yazaq.
Vətənimiz azad olsun, ülümə də haziriq,azğın,
Mənfur düşmənlərə dərin qəbir qaziriq,
Bu gün ürək ağrisiyla qaçqinlardan yaziriq,
Zəfər adli dan yetirir, həmin o dandan yazaq,
Canimizdan əziz olan Azərbaycandan yazaq.
Baş kəsərik, qan tükərik, qayıdar torpağımız,
Dalğalanar qarabağda üç rəngli bayrağimiz.
Şəhid olar ülənimiz, qalib olar sağimiz,
Yaradanin qarşisinda ali məqamdan yazaq,
Canımızdan əziz olan Azərbaycandan yazaq.
Dərbənd, Göyçə, Təbriz, Zəncan, Borçalıyla Ərdəbil,
Məlhəm olar ürəklərə, dərman neçə dərdə, bil,
On dörd yaşli şah babamiz gələr bir də, bir də, bil,
Bütüvlükdən, büyüklükdən, həmin düvrandan yazaq,
Canımızdan əziz olan Azərbaycandan yazaq.
Mən gözəllik aşiqiyəm
sevgidir dilimin qəndi,
sevdim, yazdim hər bir bəndi.
şeirlərim sevgidəndi,
mən güzəllik aşiqiyəm.
düzü, daği, çəni sevdim,
torpaği, vətəni sevdim.
künlümdə bitəni sevdim,
mən güzəllik aşiqiyəm.
uçaram, güyü gəzərəm,
bulud süzümlə bəzərəm.
gül üzünə gül düzərəm,
mən güzəllik aşiqiyəm.
Qəzənfərəm, budur mayam,
gur bulağam, dəli çayam.
eşqimin üzü boydayam,
mən güzəllik aşiqiyəm.
Borçalı
Daşlı sapandini zaman atanda,
küksünü qabağa verdi Borçali.
“haqqin” ədalətsiz imtahaninda,
nə qədər haqsizliq gürdü Borçali.
Neçə yol bülünüb, parçalanibdi,
neçə yol dərilib uralanibdi.
namərd gülləsiylə yaralanibdi,
açilib-bükülməz sirrdi Borçali.
tufanlar ünündə dayanan, duran,
igidlər qocaldan, kühlənlər yoran.
bir yani yaylaqdi, bir yani aran,
bir yani xramdi, kürdü Borçali.
Ayırmaq olarmi xirda “qüsurla”,
ya dəmir qapiyla, ya daş hasarla.
Kürək-kürəyədir Gəncəbasarla,
Tovuzla, Qazaxla birdi Borçali.
Qəzənfər sadiqdi məhəbbətində,
yaradan qorusun darda, çətində.
Ozan sənətində, süz sənətində,
müqəddəs ocaqdi, pirdi Borçali.
BAŞKEÇİD
Yaman düşüb ürəyimə dağları,
Başımdakı xoş xəyaldı Başkeçid.
Zirvələri sevgilisi, öz yarı,
Keçidindən ilham aldı Başkeçid.
Boynu bükük bənövşəsi yuxulu,
Hər çiçəyi, gülü cənnət qoxulu,
Gözəlliyi yaxasına taxılı,
Həm həsrətdi, həm vüsaldı Başkeçid.
Yamacları həzin mehlə daranmış,
Xəstə könlü dərman üçün qar anmış.
Borçalının yanağında yaranmış,
Busə yeri, şirin xaldı Başkeçid.
Məsimoğlu, yollarına çıx, düzəl,
Ağrılara, acılara çəkər əl.
Yazda, yayda tuti dilli bir gözəl,
Zimistanda sanki laldı Başkeçid.
Ustad
Şeir, ustadım Mədəd Coşquna ünvanlanıb.
Şeirimi oxuyub tərif eyləmə, de, nəyə layiqdi düzünü, ustad!
biz ki, tapmaliyiq süz sənətində,hər şeyin əslini, üzünü, ustad!enişli, yoxuşlu yol keçib şeirim,ətirli güllərdən bal çəkib şeirim.
bilmirəm həyatda heç, nədi xeyrim?çalişiram bəxtimin sazini, ustad.ürəyim arzuyla doludur, dolu,şair babalarim uludan ulu.
yolum ali yolu, ələsgər yolu,gəzirəm yunusn izini, ustad.xəyal aləmində bəzən azaram,bu fikri yüz yerə bülüb yozaram.qəlbimə nur dolsa tapib yazaram,zamanin ən güzəl süzünü, ustad.nizamin, tarazin, düzümün üstə,iradin, tənqidin, güzümün üstə.bir güzəl süzdə yaz süzümün üstə,təzədən taniyim üzümü, ustad.
itirdiyim vaxta o ki, var danla,vurğunam sənətə ürəklə, canla.açsin ustad kimi xeyir-duanla,qəzənfər bulağin güzünü, ustad.mədəd coşqunaeşitdim balaca nasazlayibsan,neyləyim ay ustad, neyləyim sənə?həyatda gah gülüb, gah sizlayibsan,neyləyim ay ustad, neyləyim sənə?gedim başkeçiddən qarmi gətirim,qayidim güyçaydan narmi gətirim.yarali künlünə yarmi gətirim,neyləyim ay ustad, neyləyim sənə?hər süzü, sühbəti əlvan naxişlim,uca dağ vüqarlim, qartal baxişlim.ildirim sədalim, şimşək çaxişlim,neyləyim ay ustad, neyləyim sənə?
qəzənfər nə desin tanri yazana?arzumdur sağlam ol, ümrün uzana!
boynumda haqqin var-çoxa, aza nə, neyləyim ay ustad, neyləyim sənə?
Mədəd Coşqun
aey qoca, ey uca şair qardaşim,mənə sərf etməyə zamanin varmi?payizin qapini düyən vaxtidir,de gürüm bahara gümanin varmi?qərq olub dəryada gəmin batanda,qurtular, dadina tanrin çatanda.haqq-hesab sahibi gəlib yetəndə,ondan istəməyə amanin varmi?nələri yazmadi yazan baxtinda,oturdun şeirin uca taxtinda.künlüncə olmayan qoca vaxtinda,eşqini, sevgini qananin varmi?istəyin ünündə dayandin qəti,min varağa yazdin bir məhəbbəti.güynədir içini güzəl həsrəti,yolunda şam kimi yananin varmi?nə qədər arzular batib gedibdir,ümrün qaynar düvrü bitib gedibdir.eh, daha nələrin ütüb gedibdir,küvrək xatirəylə ananin varmi?knyaz aslanadeyirlər oxşardir qələmlərimiz,ekiz qardaş kimi, a knyaz aslan.gəl kürək-kürəyə dayanaq, duraq,alib üstümüzü, a knyaz, aslan.üzdə qədim kədər, saçda qədim dən,torpaq da bitirmir daha qədim dən.bu qismət bizdədir hələ qədimdən,kim deyir asi ol, a knyaz, aslan!dünyani üşüdən buz olmadiqmi?yağilar güzünə biz olmadiqmi?tarixə nəzər sal, biz olmadiqmi,çəkilən çarmixa, a knyaz, aslan?qəzənfərəm, neçə bağlar gürmüşəm,kəməndlər gürmüşəm, bağlar gürmüşəm.adina binədə bağlar gürmüşəm,üstünə yazilib a knyaz, “aslan”.
Dilləndir telli sazını
Aşiq Ziyyədin Keşəliyə
Aşiq, bir dilləndir telli sazini,səsi cingildəsin qulaqlarimda.
oxu koroğludan “misri” üstündə,rəsmini yaradim varaqlarinda.təzədən verilsin sevgi butasi,düyməsiz geyinsin əsli libasi.zəhər quyusundan çixart abbasi,sevinc gəz gülgəzin yanaqlarinda.qəzənfər vurğundur saza, sühbətə,qovuşsun sevənlər əbədiyyətə.bir nəğmə qoşasan bu məhəbbətə,yaşadam həmişə dodaqlarimda.
Niyə gəlmədin?vaxt vaxta calandi, vədə vədəyə,niyə gəlmədin?camalin mənimçün dündü kəbəyə,niyə gəlmədin?içimdə baharim qarli qiş oldu,ümid gümanima bir yağiş oldu.gəlməyin nə yaman müşkül iş oldu?niyə gəlmədin?həsrət ürəyimdə bitən dağimdi,bu dünya qifilli qəm otağimdi.bilirdin buludtək dolan çağimdi,niyə gəlmədin?günəş arzuladim, çəni güzlədim,çürək arzuladim, dəni güzlədim.səni arzuladim, səni güzlədim,niyə gəlmədin?yara yarulu tanri, nə hikmətdi, nə sirrdi?cavan, qoca hami deyir:-“yar, a yar”.ümrü boyu sevdiyinə əsirdi,yorulmadan sevgi bəslər yara yar.eşq dediyin dəli külək, bil, əsən,kitab deyil oxuyasan, biləsən.zülm eyləmə üzün bilə-bilə sən,həsrətindən bağrim başi yara, yar.gecə, gündüz haraylaram elə-hey...qalmayibdi daha məndə elə hey.yaralidir, sizildayir elə hey,neştər ala, ürəyimi yara, yar.bir bulaqda mən dodağam, sən susan,bir otaqda mən danişan, sən susan.məsimoğlu dediyini sən sus, an,xatirədir, vaxti gələr yarayar.yasəmən pünhanla deyişməqəzənfər qərib:demə ki, düzümün yoxuymuş sənin,düzümün neyləsin buna, a, pünhan.xar olub qisməti gül istəyənin,çəkilib xəncəri qina, a, pünhan.yasəmən pünhan:deyirlər qəriblik yuxaldir qəlbi,şəkki-şübhəm yoxdur buna darixma.bülbülün fürsəti xara qayil düy,çəkilməz xəncərin qina darixma.qəzənfər qərib:coşqunum üyrədə şeirin yolunu,duyam bu sənətin qeyli-qalini.şair qardaşimin soruş halini,yetir salamimi ona, a, pünhan.yasəmən pünhançəkmə pul qəhrini, dünya malidir,ayriliq cütlüyün əksi-halidir.fikirlər qarişiq müəmmalidir,üzünü təklikdə sina, darixma.qəzənfər qəribqənim kəsilibdir təklik canima,bu yerin havasi axmir qanima.dostlarim yiğilib, gələ yanima,yetişə həsrətim sona, a, pünhan.yasəmən pünhanümrün üzgə harayi nə hayi nə?insan ümrü çox güdəkdir, sayi nə?dünya üzü sirr verməsin xainə,bül dərdini dərd qanana darixma.qəzənfər qəribincitməz künlümü nə duman, nə çən,dağlar məskənimdir, dağlarsiz heçəm.hani buz bulaqlar, suyundan içəm,dişlərim güynəyə, dona, a, pünhan.yasəmən pünhanqərib olan bilər vətən qədrini,gürüm tanri kəm etməsin səbrini.
Çox cavansan çəkmə dünya fikrini,üzün bunu qana-qana darixma.qəzənfər qəribbir qərib durnayam teldən ayrildim,həmdəmim el idi eldən ayrildim.sazimdaki bəmdən, zildən ayrildim,az qalir barmaqlar yana, a, pünhan.yasəmən pünhanhər el verməz başkeçidin yerini,o şindinin qar zirvəli pirini.sən unutma gəl pünhanin şeirini,həsrətin yetişər sona, darixma.
SÖZ var...
söz var dünyanin yaşidi,
söz var sözlərin başidi.
söz var süzün qardaşidi,
söz var sözə qənim olur.
söz var ağdi, söz var-qara,
söz var sevinc, süz var-yara.
söz var yaddi, misralara,
düzə bilsəm mənim olur.
söz var edir vaxtdan məni,
söz var qovur baxtdan məni.
süöz var salir taxtdan məni,
söz var rütbəm, çinim olur.
axtariram tapmayanda,
əlim ona çatmayanda.
qəlbimə yatmayanda,
süz-dumanim, çənim olur.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.