Doğma kəndlərindəki orta məktəbi bitirib. Erkən yaşlarında şeirə, sənətə böyük maraq göstərib, poeziya vurğunu olub.
1997-ci ildə ömür-gün yoldaşının qəfil ölümü ona ən ağır zərbə olur və qəm dünyasını şeirlə, müxtəlif səpkili yazılarla ovutmağa başlayır.
2008-ci ildə “Sən həmişə mənimləsən” adlı şeirlər kitabı işıq üzü görür. Bir zamanlar Marneulidə dərc olunan satirik, müstəqil “Borçalı mollası” qəzeti ilə sıx əməkdaşlıq edir.
Şeirləri və məqalələri Gürcüstanda “Region press”, “Ozan”, “Sözün işığı” və Azərbaycanda “Könül” və “Əsrin ziyalıları” qəzetlərində çap olunub. “Ədəbi Gürcüstan” toplusunda, “Azərbaycan ədəbiyyatı antologiyası”nda, “Borçalı–1” almanaxında dərc olunmuşdur. Həmçinin Azərbaycanda nəşr edilmiş ensiklopedik-məlumat yönlü “XX-XXI əsrin yaradıcı və ziyalı insanları” adlı kitabda yazı və şeirlərinə yer verilmişdir.
Bir müddət “Könül” və “Əsrin ziyalıları” qəzetlərində müxbir olaraq fəaliyyət göstərib. O, “Sən həmişə mənimləsən” şeirlər kitabına görə “Könül” qəzeti redaksiyası tərəfindən fəxri diplomla təltif olunmuşdur.
Ailəlidir, bir oğul və dörd qız atasıdır.
Biz də aşağıda Qurbanəli İskəndər oğlunun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Zemfira AYVAZOVA,
turan.info.az
Ay Vətən
Necə deyim, necə sorum,
Ay Vətən, haran ağrıyır?
Sağ bir yerin qalıbmı ki,
Yerin-göyün qan ağlayır.
Sayı milyon ay, ulduzun,
Yasa batıb oğul-qızın.
Yadlar alıb “Cıdır düzün”,
Köksümüzü dərd dağlayır.
Qurbanəli, çox çəkmə ax,
Kaslblar ac, harınlat rox.
Bu dərdin bir çarəsi yox?
Görməsən ölüm haqlayır.
Borçalı
Şairlər, aşıqlar söz qoşur sənə,
İndi söz mənimdi, sözüm, Borçalı.
İzin ver qolumu salım boynuna,
Öpüm üz-gözündən özüm, Borçalı.
Daödan gələn xoş ətirinə qurban,
Qəlb aşan fəslinə, ilinə qurban.
Bülbül kimi ötən dilinə qurban,
Gözümün nurusan, gözüm, Borçalı.
Dərdli gəzir torpağında yaralı,
Harda ölsəm məzaım da buralı.
Yoxdu sənin kimi dosta vəfalı,
Yandırmasın səni közüm, Borçalı.
Görüm
Aman, ana torpaq bircə anlığa,
Aralan, yarımın üzünü görüm.
Dən düşən saçımı bağrıma basıb,
Nəmli kirpiyini, gözünü görüm.
Dərdıə ömür sürmək çətinmiş yaman,
Dərdə sinə gərən mətinmiş yaman.
Allah, bu həsrətə yanıram inan,
Amansız taleyin közünü görüm.
Dözülməz dağım var, dağlardan ağır,
Qəm-kədər sinəmdən bulaqtək axır.
Yaralı Dərdlini yanına çağər,
Vəfalı yarımın özünü görüm.
Baxır
Qara çərçivədən bir ana qəmgin,
Tutqun baxışına qəm sarıb baxır.
Seyr edir öz körpə balalarını,
Baxır, aman Allah, nə qərib baxır.
Günəş öz nurunu ona veribdi,
Təbiət donunu ona veribdi,
Həyat son anını ona veribdi,
Əbədi xəyala baş vurub baxır.
A Dərdli, könlündə dərdini bəslə,
Günəş səs verməsə, sən Ayı səslə.
Yüz dəfə, min dəfə Minayə səslə,
Həsrətlə, kədərlə hey durub baxır.
Gürcüstandadı
Zülmətli bir ömür yaşasam da mən,
Bil, cənnətməkanım Gürcüstandadı.
Nakam köçən yara layla çaldığım,
Əbədi torpağım Gürcüstandadı.
Nə qədər yer gəzdim, nə qıdır ölkə,
Dedim unudaram dərdimi bəlkə.
And yerim olsa da Mədinə, Məkkə
Yenə də inamım Gürcüstandadı.
Aradım, axtardım bilən olmadı,
Gözümün yaşını silən olmadı.
Hayıma hay verib gələn olmadı,
Təbibim, loğmanım Gürcüstandadı.
A Dərdli, yaxşını yamandan ayır,
Fələk saydığını sənsiz də sayır.
Bu Vətən yolunda olaram hazır,
Ölümə fərmanım Gürcüstandadı.
Qiymətinə
Əgər qafa boşdur, qavramayırsa,
Qiymət verə bilməz söz qiymətinə.
Şöhrət adamları, pul düşkünləri,
Satarlar adamı bez qiymətinə.
Bilin başqasına olmaz gümanı,
“lənətə gəlsin” der belə zamanı.
Nə yaxşını anar, nə dı yamanı,
Oğulsan zamanın döz qiymətinə.
A Dərdli, uzaq ol şər tələəsindən,
Heş kim də inciməz öz dəlisindən.
Vallah, gəl incimə sən beləsindən,
Özü də mat qalıb öz qiymətinə.
Yaz günü
Yaz günü bir gözəl gördüm,
Açıb tökmüş siyah teli.
Görsənirdi tül köynəkdən,
Nərmə-nəzik incə beli.
Durub bir az yaxın gəldi,
Gözlərimi oydu, dldi.
Qaş-göz ilə sürüklədi,
Saldı məni tora dili.
Bu qız bir el gözəlidi,
Dadlı, şirin, məzəlidi.
Eşqimin ilk əzəlidi,
Dözsün necə Qurbanəli.
Dədə Zəlimxan
Dədələr azaldıqca qəlbi kövrələn,
Daha sən Dədəsən, Dədə Zəlimzan.
Ad gətirdin, şan gətirdin özünlə,
Dillərdə nəğməsən, Dədə Zəlimxan,
Sən dahi Dədəsən, Dədə Zəlimxan.
Kəpənəkçi – doğma ana beşiyin,
Borçalı, Ankara evin-eşiyin.
Hər şeirin, hər nəğmən Vətən keşiyin,
Böyük sırkırdısın, Dədə Zəlimxan,
Sən dahi Dədəsən, Dədə Zəlimxan.
Ürəyin bu yurda, torpağa bağlı,
Müqəddəs üç rəngli bayrağa bağlı.
Qarabağdan bir xoş sorağa bağlı,
Vətənə zəfərsən, Dədə Zəlimxan,
Sən dahi dədəsən, Dədə Zəlimxan.
Sinəndə saz, əldə qələm, həm əsgər,
Unutmaq olarmı şairi məgər.
Dodaqda zümzümələnir nəğmələr,
Türkün şöhrətisən, Dədə Zəlimxan,
Sən dahi Dədəsən, Dədə Zəlimxan.
Borçalı oğlusan, bir Türk oğuzsan,
Yunus İmrə, həm Qorqud qopuzusan.
Qurbanəli Dərdlidi bu türkü yazan,
Sən sönməz hikmətsən, Dədə Zəlimxan,
Sən dahi Dədəsən, Dədə Zəlimxan.
Sürgündən gəldin ki
(İbrahimxəlilə)
Sürgündən gəldin ki, mayın onudur,
Geyindin əyninə qəm köynəyini.
“Allah uzaqdadır, padşah yaxında”,
Bir cəllad da sevər nəm köynəyini.
Sürgündən gəldin ki, cəllad günüdür,
Şuşa yeriyirdi şüşə üstündə.
Ana doğsaydı torpaq günü səni,
Cəllad da durmazdı sözün qəsdində.
Sürgündən gəldin ki, xəzəlli payız,
Cəllad kötüyü də çiçəklənmişdi.
Göycənin, Təbrizin ahı üzündən,
Qan ətirli torpaq ləkələnmişdi.
Sürgündən gəldin ki, cəllad kötüyü,
Onda ağ gününü kəfəndə gördün.
Nə yubiley keçirdi, nə dı tıqdimat,
İşğal altındadır Qarabağ, – dedi.
Sürgündən gəldin ki, millət yasdadır,
Soruşdun, ay Vətən haran ağrıyır.
Eh, nəyi sağ qalıb, nəyini desin,
Sənin ki, Borçalı yaran ağrıyır.
Sürgündən gəldin ki, torpaq bölünür,
Gözünə səpməyə torpaq istədin.
Ermənidən betər bəylər vermədi,
Qolsuz oğullardan varaq istədin.
Sürgündən gəldin ki, dəlixanadır,
Nə qanun var, nə ədalət divanı.
Biqeyrət oğullar var yığa-yığa,
Yarıya böldülər Azərbaycanı.
Sürgündən gəldin ki, bir gecə vaxtı,
“Cəllad baltalayır sözün başını”.
Cəllad bağırırdı üst-başı qanlı,
Ayağa duranın əzin başını.
Sürgündən gəldin ki, xoş gəldin şair,
Daha sənə vallah cəllad batammaz.
Peyğəmbər adınla köçdün kitaba,
Cəllad yuxusunda rahat yatammaz.
Yaşayəb gördün ki, ad dəftərində,
Vaqif adamların əl-qolu bağlı.
Oxumaq, yazmağın qadağası yox,
Dərdlinin sinəsi yarından dağlı.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.