Şəhərlər şəhəri Nəqşi Cahandi!..
Türkiyə mayakdı, yoxdur qorxusu,
Məmməd Araz - möhtəşəm söz toplusu,
Heydər Baba yenilməz dağ ordusu,
Bütün sülaləsi sultandı, xandı,
Dahilər yetirən o Naxçıvandı!
Möminə türbəsi, piri ocağı,
Memar Əcəmidir ustad qocagi,
Mərdlikdən ucaldı Xatun ocağı,
Dinə, şəriətə verdi təkandı
Möminlər gətirən o Naxçıvandı.
İlahi bəxş edib eldə qüdrəti,
"Bata-bat"a gedən duyar cənnəti,
Anlayar özündə dini, ümməti,
Gözəllikdən aləmdə nur sacandi
Könüllər dindirən o Naxçıvandı.
Arpa çay çağladı böldü arayı,
Apardı Saranı saldı harayı,
Xan Coban ağladı yaxdı sarayı,
Dastanda yaşadı gözəl bir candı,
Nuhdan bizə qalan o Naxçıvandı,
Şəhərlər şəhəri Nəqşi Cahandi!..
Leyla VƏKİLQIZI,
turan.info.az
.