II Cahan müharibəsi gənc aşıq Əhmədin arzularına qənim kəsilmiş və cəbhəyə göndərilmişdir. Aradan qanlı illər keçdikdən sonra yaralı aşıq Əhməd doğma Borçalıya və saza yenidən qovuşmuşdur. Ustad Hüseyn Saraclının yanında yenidən sənət məktəbi bitirən aşıq Əhməd bir ustad aşıq kimi yetişmişdir. O, Hüseyn Saraclı, ustad Xındı Məmməd və başqa sənətkarlarla bir ömür Borçalının ağır el məclislərini, toy nişanlarını keçirmişdir.
Müharibə onun sol qolunu şikəst eləsə də sazın əlindən ala bilməmişdir. Aşıq Əhməd Qəriblinin çox zərif səsi, incə yumoru, gözəl yaddaşı və dastan danışma məharəti olmuşdur.
Böyük oğlu Tariyel Qəribli Borçalının ən ünlü şairlərindən biri olmuşdur. Digər oğlu Teymur Qəribli isə atasının sənətini davam etdirmişdir.
Aşıq Əhməd Qəribli 1997-ci ildə doğma Saraclı kəndində vəfat etmişdir. Allah rəhmət eləsin!..
turan.info.az
.