Bahəddin FAXRALI (1937-2008)

Bahəddin FAXRALI (1937-2008) UNUTSAQ, UNUDULARIQ!..

Bahəddin FAXRALI (Həsənov) -
1937-ci il dekabrın 19-da
qədim Borçalı ma­halının ağır ellərindən olan
Faxralı kən­din­də dünyaya göz açıb.
1961-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.
1962-ci ildən Azər­baycan DİN orqan­larında
əmək fəa­liy­yətinə baş­layıb.
1989-cu ildə polkovnik rütbəsinə layiq gö­rülüb.
1992-ci ildə yaş həd­diy­lə əlaqədar olaraq DİN orqanla­rın­dan təxris olu­nub.
Sonra “Az­neftkimyamaş” ASC-də şöbə mü­diri işləyib.

Bahəddin FAXRALI həm də istedadlı şair kimi tanınıb. Müxtəlif mətbuat or­qan­larında bir sıra şeirləri işıqüzü görüb.
2007-ci ildə “Bir öm­rün yarpaqları” adlı şerlər və poemalar kitabı “Borçalı” nəş­riy­yatında çapdan çıxıb (Kitabın naşiri və redaktoru: Müşfiq Bor­çalı).
Elə həmin il Bahəddin müəllimin kitabının yüksək səviy­yədə təqdimatı keçirilib və anadan olma­sının 70 illik yubileyi təntənə ilə qeyd olunub. (Bax: Müşfiq Borçalı. Təbrik edirik!.. “TƏHSİL” qəzeti, 25 dekabr, 2007.)

Bahəddən Həsənov 2008-ci ildə dünyasını dəyişib.
Bahəddin müəllimə Allahdan rəhmət diləyir və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Müşfiq BORÇALI,
turan.info.az



AZƏRBAYCAN

Sən ortada bir çıraqsan,
Biz dövrəndə pərvanənik.
Həm döyüşkən bir əsgərin,
Həm dəlinik, divanənik.

Bu gün artıq savaş bizim
Yazılıbdı adımıza,
İnşallah ki, çıxardarıq
Xalqımızı qışdan yaza.

Ey Cənnətin bir timsalı,
Ana yurdum Azərbaycan.
Xilaskarın olacaqdır
Milli Ordun, Azərbaycan!

Bahəddin də sevinəcək,
Qarabağda gül əkəcək,
Xoşbəxt gönlər çox görəcək,
Hər övladın, Azərbaycan!


ANA XƏZƏR

Ana Xəzər, Ana Xəzər,
Sahilini güllər bəzər,
Güllər üstə rüzgar əsər,
Qağayılar qanadında,
"Xəzri", "Gilavar" adında.

Ey türk ruhlu türk dənizi,
Bu aləmin görk dənizi,
Yaşa, yaşa, yaşat bizi,
İsti Bakı yaylarında.

Bura cavan-qoca gələr,
Hamı burda deyib-gülər,
Dost sevinər,düşmən ölər,
Baxdıqca xoş tamaşana,
Yaşa, yaşa, Xəzər ana!


OLSUN

Dönya azərbaycanlılarının Həmrəylik günü mönasibətilə


A dostlar, qarşıdan Yeni il gəlir,
Arzum budur qismətiniz bol olsun,
Badələri al şərabla doldurun,
Rəngləriniz şərab kimi al olsun.

Biz yaşayaq, Azərbaycan yaşasın,
El-obamız əmin-aman yaşasın,
Külli-aləm, ərzi-zaman yaşasın,
İstəmirəm birdə qeyli-qal olsun.

Qora sıxaq erməninin gözünə,
Keçəmməsin bir türkün də izinə,
Baş əyilsə haqq-ədalət sözünə,
Kəs dilini, - qarı düşmən lal olsun.

Yurd naminə yumruq təki birləşək,
Səf-səf olub səngərlərdə yerləşək,
Bahəddinəm, qələbəyə etməm şək,
Təki bizim birliyimiz var olsun!


CAVANLIĞIM

Qayıt cavanlığım, qayıt bir anlıq,
Mən səni yenidən görmək istərəm.
Çiçəkli daglarda, yaşıl çəməndə,
Yarıma bir çələng hörmək istərəm.

Qayıt cavanlığım, qayıt bir anlıq,
Ötsün gözlərimə çökən dumanlıq,
Törfə gözəllərə eyləyib qılıq,
Yanaqlardan lalə dərmək istərəm.

Könlüm vurğun olub yara əzəldən,
Ayrılmam bircə an o şirin dildən,
O səhəng çiynində gedən gözəldən,
Mehir-ülfət, iltifat görmək istərəm.

Qəlbimi dağlama, sən ey qocalıq,
Susuz yaşamaz ki, bir qızıl balıq,
Qaytar gəncliyimi mənə bir anlıq,
Səfasın yenidən sürmək istərəm.

Belimdə patrondaş, əlimdə tüfəng,
Bərədə yataydım mən əvvəlki tək,
Yenə gözəlliyə qıymayıb biçək,
Tamaşaya dalıb durmaq istərəm.

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Səyavuş UYĞUN (1949): Rübailər...

Səyavuş UYĞUN (1949): Rübailər...

Müsabiqə, RÜBAİLƏR, Borçalı
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
MURTUZ FƏRHADOĞLU (1967)

MURTUZ FƏRHADOĞLU (1967)

"SAZLI-SÖZLÜ BORÇALI"
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Hardasan, ay ana, dillən, de harda?.."

Müsabiqə, Qərbi Azərbaycan
AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..

AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..

TDPİ-nin Azərbaycan bölməsi, Poeziya, Borçalı, Başkeçid, Təbriklər
Sona ABBASƏLİQIZI:

Sona ABBASƏLİQIZI: "Barmağında üzük olmaq istərəm..."

Poeziya, Müsabiqə
Sona Abbasəliqızı:

Sona Abbasəliqızı: "Mənim ruhum bu torpağa bağlıdır..."

---
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

Tv, Qarayazı, Müşfiq Borçalı
TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Təbriklər, Müşfiq Borçalı, Turan
İLYAS EŞQLİOĞLU (1953)

İLYAS EŞQLİOĞLU (1953)

Poeziya, Müsabiqə, Başkeçid
QURBAN İSGƏNDƏROV (1959)

QURBAN İSGƏNDƏROV (1959)

Qabal, Müşfiq Borçalı

"ÜMİD" qəzeti, N: 05-06, 15.12.2015. POEZİYA

"Ümid"
VAHİDƏ NİFTALIYEVA (1960)

VAHİDƏ NİFTALIYEVA (1960)

Poeziya, Müsabiqə
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

---
Ad gününüz mübarək, hörmətli Sona xanım!..

Ad gününüz mübarək, hörmətli Sona xanım!..

"Şərqin səsi", Poeziya, Müsabiqə, Təbriklər, Qərbi Azərbaycan
Səadət Məlikova:

Səadət Məlikova: "SEVİRDİM SƏNİ"

Müsabiqə
ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış şair yubileyini qeyd edir

Tanınmış şair yubileyini qeyd edir

Qarabağ
Etimad AYVAZOV:

Etimad AYVAZOV: "Var olsun elm adamları!"

"Elm və Təhsil", Bolus
XATİRƏ XƏYAL (1971)

XATİRƏ XƏYAL (1971)

Poeziya, Müsabiqə, Qərbi Azərbaycan
Rəy yazın: