Qiyas Ruqa Mollanəsib oğlu - 1938-ci ildə
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonundakı Kəpənəkçi kəndində
ruhani ailəsində anadan olub.
Atası Mollanəsib ortabab kasıb kəndi idi, o zaman mollalıq sənətini Stanbul şəhərində almışdır. Sonra gəlib Kəpənəkçi kəndində mollalıqla məşğul olmuş, çox savadlı təmiz, pak, güclü molla kimi tanınmışdır. Çox yaxşı mativindı uca səslə oxuyardı. Çox dərin hədislər edərdi. Hədisi ilə xalqı itaətə və düzgün yola çəkərdi.
4 oğlu, 2 qızı var idi.
Anası Lalə Süleyman qızı evdar qadın idi. O da, çox yaxşı, güclü savadlı idi. O, sınıq, qırıq, çivan, yara, qızılca, boğaz və s. xəstəliklərin türkəçarə müalicəsini əla bilirdi. O həm də savadlı həvəçi idi. 6 uşağını sağlam böyüdüb başa çatdırmışdır. Anası Gorarxı kəndinin qızı idi, tanınmış adlı-sanlı Rəşid və Günüşü pəhləvanların mamaları idi. Anası qadınlar içində savadına görə pəhləvan ana idi. 4 oğlu var idi. Südünə görə qardaşlar dördüdə gülüşçi idi. Yarışlarda, el-obada heç vaxt arxası yerə gəlmirdi. Bu işi bütün el-oba gözəl bilir. Hər tərəfli ailə güclü olubdur.
Qiyas Ruqa 1945-ci ildə Kəpənəkçi 8 illik məktəbinin birinci sinfinə gedib. Oranı bitirdikdən sonra təhsilini Arıxlı kənd orta məktəbində davam etdirib. 1953-cü ildə orta məktəbi bitirib. Arzusunun dalınca Bakıya oxumağa gedib. Lakin maddi cəhətdən iztirab çəkdiyinə görə geri Tbilisi şəhərinə qayıdıb. Orada o qapı və podrat işlərində işləyib. Bir qədər özünə pul əldə etdikdən sonra evlərinə qayıdıb. Bakıya getmək arzusunda olduğunu ailəsinə bildirib. Çox götür-qoy etdikdən sonra Allahı çağırıb Bakıya yola düşüb. Bakıda xəbər tutub ki, belə bir şəhər var - Sumqayıt gənclər şəhəri. Gənclərin yaşamasına imkan və tələbat var bu şəhərdə. Beləliklə Sumqayıta gəlib, Turba Prokat zavodunda işə başlayıb. İşdə fəal işlədiyə görə qəzetdə haqqında yazılar dərc olunub və dəfələrlə fəxri fərmanlarla təltif olundu. Zavod komsomol katibi seçilib. 1960-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) İqtisadiyyat fakültəsinə qəbul olub. 1965-ci ildə universiteti bitirib. Təyinatla Sumqayıt şəhərində Ticarət İdarəsinə göndərilib. Əvvəlcə əmtəşünas, sonra nazirliklə əlaqəli əmtəşünas, sonra şəhər üzrə baza müdiri, daha sonra idarənin direktoru vəzifəsində çalışıb.
İşlədiyi dövrlərdə çox fəal və aktiv olub.
Yoldaşlıq Məhkəməsinin sədri olub.
Ailəlidir 2 oğlu, 3 qızı var. Hamısı da ailəlidir.
Qiyas Ruqa hələ gənclik illərindən şeirə, poeziyaya böyük həvəs göstərib. Özü də şeirlər yazıb.
Şeirləri Azərbaycanda və Gürcüstanda nəşr olunan müxtəlif qəzetlərdə işıq üzü görüb.
Bu günlərdə isə Qiyas müəllim öz şeirlərini cəmləşdirib kitab şəklində çap etdirərək
oxuculara təqdim etmək istəyib. Gözəl təşəbbüsdür. Biz də çox hörmətli Qiyas müəllimin
təşəbbüsünü alqışlayır, ilk kitabının nəşr olunması münasibətilə onu ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Şeirləri Azərbaycanda və Gürcüstanda nəşr olunan müxtəlif qəzetlərdə işıq üzü görüb.
Bu günlərdə isə Qiyas müəllim öz şeirlərini cəmləşdirib kitab şəklində çap etdirərək
oxuculara təqdim etmək istəyib. Gözəl təşəbbüsdür. Biz də çox hörmətli Qiyas müəllimin
təşəbbüsünü alqışlayır, ilk kitabının nəşr olunması münasibətilə onu ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
İlyas ƏFƏNDİ VƏFALI
Şöhrətim, şanım Azərbaycanım!
Ey Koroğlu nəsli Azərbaycanım,
Sən doğulmusan günəş alovundan.
Çıxmısan neçə ağır tufandan,
Şanım, şöhrətim Azərbaycanım.
Ermənilər hara, sən hara,
Ağlamaq yaraşır Hayqanuşa.
Adın səhv salıb bütün cahana,
Şanım, şöhrətim Azərbaycanım.
Sənki polad kimi möhkəmsan,
Sənki aslan, şir ürəklisən,
Sənki Cavanşir, Babəksən,
Şanım, şöhrətim Azərbaycanım.
Qoc döyüşünə qoc dayanar,
Qoçaq oğulsan göstər hünər.
Qartal kimi düşmənin bağrını dəl,
Şanım, şöhrətim Azərbaycanım.
Ağlayır torpaq və daşlar,
Soxulub torpağına bayquşlar.
Qoyma salsın torpağına lövbər,
Şanım, şöhrətim Azərbaycanım.
İgid olan qorxmaz qandan,
Mərmi yağsa da hər yandan.
Çıxar kişi kimi tufanlardan,
Şanım, şöhrətim Azərbaycanım.
Səmaya qaldır o qırıcıları,
Bula hər yana qılıncları.
Azad et o ağlıyan torpaqları,
Şanım, şöhrətim Azərbaycanım.
Qoyma hünərlənsin Sarkisyan,
Qoy ağlasın o həzin-həzin.
Öz-özünə dərdi kədərin,
Şanım, şöhrətim Azərbaycamın.
Qoy qalxsın göyə fəryadları,
Görsünlərin əllərinin dadını.
Allahdan istəsinlər imdadı,
Şanım, şöhrətim Azərbaycanım.
Bilirəm vecinə deyilsən,
İsraf çəkirsən nahaqdan.
Allah qorusun səni şərdən,
Şanım, şöhrətim Azərbaycanım.
Get zəfərlə həmişə irəli,
Qov qapından dilənciləri.
Vermə aman əz yağı düşməni,
Şanım, şöhrətim Azərbaycanım.
Ağlaya, ağlaya ağ elədilər,
Bu həyasız, alçaq bədnamlar.
Dünyada bizi xar elədilər,
Şanım, şöhrətim Azərbaycanım.
Keç züləməti yara-yara,
Dağ çək o həyasız qanmazlara.
Tarixdə dərs olsun onlara,
Şanım, şöhrətim Azərbaycanım.
Zaman-zaman bizə şər atdılar,
Hiylə qurub plan tutdular.
Axırki hiyləyə əl atdılar,
Şanım, şöhrətim Azərbaycanım.
Ləngimə tez oyan qəflətdən,
Seç dostunu düşmənlərindən.
Çıxard düşmənini torpaqlarından,
Şanım, şöhrətim Azərbaycanım.
Gözəl Azərbaycanım
Qazı, nefti hər yerdə alovlanır,
Hər tərəf gül və çiçəklənir.
Nəslin dalınca gəlir nəsillər,
Gözəl Azərbaycanımız.
Yolları abad, çölləri abad,
Oğul və qızları yaşayır şad.
Bağ bostanı doludur sərvət,
Gözəl Azərbaycanımız.
Sərvətdən bol, səxavətdən bol,
İnanmırsansa gəl qonaq ol.
Hüsnünə baxanda şadlanır şönül,
Gözəl Azərbaycanımız.
Meşələri ceyran-cüyürlü,
Yaylasında sərin sulu.
Bulaq üstə kəsilir əmlik quzu,
Gözəl Azərbaycanımız.
Dalğalan bayrağımız
Vətənimizdə dalğalanırsan,
Ölkəmizin şan-şöhrətisən.
Azərbaycanın qüdrətisən,
Dalğalan bayrağımız, dalğalan.
Adımıza layiq rəmizsən,
Daimi əllərimizdə gəzirsən.
Sən qəlbimizə çox əzizsən,
Dalğalan bayrağımız, dalğalan.
Hünər meydanında qalıbsən,
Günü-gündən hünərlənirsən.
Sevincindən dalğalanırsan,
Dalğalan bayrağımız, dalğalan.
Qadağa qoymuşdu qəsbikar,
Heçə çıxdı bütün əməllər.
Azad oldu bütün bayraqlar,
Dalğalan bayrağımız, dalğalan.
Bir dəfə ucalan bayrağımız,
Bir daha heç enməyəcək.
Gözümüz önündə görünəcək,
Dalğalan bayrağımız, dalğalan.
16.06.2017
Borçalıyam
Xəbər alsan Borçalıyam,
Öləndə oradan götürün məni.
Bilsən vətənə bağlıyam,
Mən o mahalın oğluyam.
Mən valehəm o diyara,
Məhəbbəti var əzəldən.
Orada doğulmuşam anadan,
Heç o çıxarmı qəlbimdən.
Bir söz gəlir ürəyimdən,
Kim inciyər Borçalıdan.
Doymaq olmur abu-havasından,
Birdəki cahi-cəlalından.
Qeyrəti var öz canında,
Vicdanında və qanında.
Qonaq ol bilərsən onda,
Hörməti var hər qonağına.
İlqarından çox möhkəmdi,
Sözü və şöhrəti birdir.
Qeyrəti ər oğulu, ərdi,
Xatırladır şir pələngi.
A Başkeçid
Çox çəkdim intizarını,
İndi dolay-dolay yolum.
Aparır məni sənə sarı,
Əziz gözüm a Başkeçid.
Cənnət guşəsidir guşən,
Kövsərə oxşar suyun.
Sən dünyanın xoşbəxtisən,
Əziz gözüm a, Başkeçid.
Havan təmiz, suyun sərin,
Gül-çiçəkdi hər yanın.
Xoşuma gəlir bütün aləmin,
Əziz gözüm a Başkeçid.
Baharda bahar çiçəyisən,
Yamacları bənövşəsən.
Gül-çiçəyin lap şahısan,
Əziz gözüm a Başkeçid.
Yaraşırsan saza-sözə,
Gəlməyəsən heç vaxt gözə.
Tərifə layiqsən həmişə,
Əziz gözüm a Başkeçid.
Nə çoxludur oylaqların,
Ləzzəti var Əyriqarın.
Oy dərəsi qızıl balığın,
Əziz gözüm a Başkeçid.
Durnalar üzür gölündə,
Nə çoxdu şanı, balı elində.
Xalı salınır çəmənində,
Əziz gözüm a Başkeçid.
Başı qarlı dağların,
Şəfalı göy laylaqların.
Heyran edir buz bulağın,
Əziz gözüm a Başkeçid.
Əmliklərin sağ-solunda,
Qonaqların hər yanında.
Süfrən düzülür yan-yana,
Əziz gözüm a Başkeçid.
Kamandardı o ağır elli,
Saz-sözü söhbəti, şirin dilli.
Rəbb həq etmiş belə gözəli,
Əziz gözüm a Başkeçid.
Telli sazın ustadı, gülü,
Qara bulağın bülbülü.
Kamandar kimi var oğulu,
Əziz gözüm a Başkeçid.
Qiyas heç yalan söyləməz,
Yalanın mənzili olmaz.
Yalanı açar telli saz,
Əziz gözüm a Başkeçid.
17.06.2017
Kəpənəkçi
Yay yaylağın, qış qışlağın,
Təmiz havan, buz bulağın,
Zövq verir bütün oylağın,
Yaşa səni, Kəpənəkçi!
Hər yanın dağ, ümman,
Adın verir insana can.
Tarixində çox qəhrəman,
Yaşa səni, Kəpənəkçi!
Gələn səndə olur mehman,
Yaxşı keçir səndə dövran.
Rəhmət olsun ay him qoyan,
Yaşa səni, Kəpənəkçi!
Ayrılıq
Qəlbim hərdən olur para-para,
Elə bil düşmüşəm zindana.
Bilmirəm mən günahkaram, ya zamana,
Çox çətindir, çətin ayrılıq.
Bilsən xəyalımdan nələr keçir,
Düşündükcə duyğularım, zehnim itir.
Allah, ayrılığı sən aradan götür,
Çox çətindir, çətin ayrılıq.
Biz ikimizdə elə bir canıydıq,
Biri-birimizə mehribanıydıq.
Zaman-zaman əyildik, büküldük,
Çox çətindir, çətin ayrılıq.
Kimsə ayrılıqdan kəm almadı,
Arzu-diləkləri gözlərində qaldı,
Çoxları dərdən, soldu saraldı.
Çox çətindir, çətin ayrılıq.
Dərdlərini ürəyində qalanlar,
Ürəyinə düşür o talanlar.
Çox çətindir, çətin ayrılıq.
Çox çətindi ayrılıq dəmi,
Yandırır yaxır könülləri.
Dildə gəzdirirlər gileylərini,
Çox çətindir, o çətin ayrılıq.
09.03.2003
Kimsəsiz canım
Ümidim qalıb yaradana,
Qoy çəkməsin məni dara.
Qəsd etməsin miskin cana,
Əli boş qayıtmasın anama.
Ürəyim tüğyan edir hərdən,
İstəyir qırsın o tər güldən.
Yaradım Rəbbim qüdrətindən,
Qoysun razı olaq bəxtimizdən.
Obaları keçib də gəldim,
Sevincimi saçıb da gəldim.
Bakımı seçib də gəldim,
Oğluyam keçməsin məndən.
Miskin könül
Niyə belə miskinsən könül,
Nədir mənim sənə günahım?
İstərəm əlindən tez ölüm,
Onsuz da dünyada var ölüm.
Gəl bu qədər incitmə məni,
Rəbbi yaradıb hər ikimizi.
Yazıbdı alın yazımızı,
Bizdən yaxşı bilir halımızı.
Heç bu qədər də çəkmə kədər,
Ömrünü verməyəsən hədər.
Bizdən də o lap çox-çox bilir,
Əgər istəsə kömək edər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.