gözəl alimimiz
Borçalı elinin, nəinki, Borçalı elinin,
eləcə də, bütün Azərbaycanın,
bütün Türk dünyasının alim oğlu
Müşfiq Borçalıya
həsr edirəm.
Doğma ellərinə uzanır əlin,
Çiçək-çiçək açan sözdür əməlin,
Adınla öyünür Mədəd müəllim,
Elin dayağısan Müşfiq Borçalı.
Arzuya bələnmiş işıq yolusan,
Vətənin eşqiylə qəlbi dolusan,
Bir alim atanın alim oğlusan,
İrfan ocağısan Müşfiq Borçalı.
Ümid ətirlidir baharın-yazın,
Kövrək duyğuların çəkirsən nazın,
Adını ucaltdın doğma Darvazın,
Yurdun sorağısan Müşfiq Borçalı.
Düşüncə nəhəngi, şeir azmanı,
Ruhun qabaqlayır dövrü zamanı,
Bu Telli Sənəmdən söz ərməğanı,
Dostluq bayrağısan Müşfiq Borçalı.
Telli Sənəm BORÇALI
Əziz və dəyərli izləyicilərimiz!..
Əgər bu şeiri müəllifin -
Telli Sənəm Borçalının
öz dilindən eşitmək istəyirsinizsə
BURA KEÇİD EDİN...
Sazda şirin barmaqlarıyla ifa eləyir -
gözəl ustadımız, saz ustadımız
İlkin Borçalı.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.