(Solmaz Ağaxan qızı Ədilova) -
1955-ci il fevralın 1-də Şamaxı rayonunun
Ovculu kəndində dünyaya göz açıb.
1972-ci ildə orta məktəbi bitirib.
Sonra Şamaxıda mühasib
peşəsinə yiyələnib.
1977-ci ildən 1994-cü ilə kimi
mühasib işləyib.
1994-1995-ci illərdə Musa Yaqubun
redaktor olduğu "Cavanşir yurdu"
rayon qəzetində çalışıb.
Hazırda "Yurd" Ədəbi-Bədii jurnalının xüsusi əməkdaşıdır.
Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb.
İlk şeiri "Yeni Şirvan" qəzetində
çap olunub.
İyirmi ildən çoxdur ki, rayon və respublika mətbuatında, o cümlədən, "Kommunist" (indiki "Xalq qəzeti"), "Azərbaycan gəncləri", "Müstəqil" qəzeti, "Azərbaycan Dünyası", "Bütöv Azərbaycan", "Cavanşir Yurdu", "İsmayıllı Xəbərləri", "Şirvan", "Haqqın Sədası", "Uğurlu Yol", "Şərqin səsi", "Elm və təhsil", "Ziya", "Oxu məni", "Həkəri", "Paklıq", "Şəffaflıq", və s. mətbu orqanlarında, "ZİM.Az", "Zirve.İnfo", "DünyaXəbər.İnfo", "DJB.Az" və s. saytlarda şeirləri və müxtəlif səpgili məqalələri ilə çıxış edir.
"Tanrım mənə qəm qıyıb" (2002) və "Duyğu çiçəkləri" (2018) adlı şeirlər kitablarının müəllifidir.
Şeirləri "ZİRVƏ" Poeziya antologiyasında (2015-2020), "Sazlı-sözlü Borçalı" (2018-2020) və "Canım Azərbaycanım" (2019-2020) Ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Türkmənistanda buraxılan "Türkmən Yazarı" Dərgisində tez-tez şeirləri çap olunur. Çanaqqala döyüşünün 103-cü ildönümü münasibətilə Bağdadda buraxılan "Muhariblər Dərnəyi" adlı Dərginin xüsusi nömrəsində Azərbaycandan Vətənpərvərlik mövzusunda "Vətən Sarı" adlı şeiri məxsusi olaraq çap edilmişdir. Turkiyədə şeirləri müsabiqədə yer tutduğu üçün "Türkiyə Sevdası" Ödülü ilə təltif olunub. Turkiyədə yayımlanan "Kafiye.Net" radiosu ilə ardıcıl olaraq şeirləri dunyaya yayımlanır. "Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyi"nin üzvüdür. "İRAK TÜRKMƏN EDEBİYYATÇILAR ÖRGÜTÜ"-nun FƏXRİ ÜJELİK KİMLİGİ-ni alıb.
"Türkmən Yazarı Dərgisində ardıcıl çap olunduğu üçün Dərginin "TƏQDİRNAMƏ"si ilə təltif olunub. Kecən il Türkiyənin Sivas şəhərində buraxılan 9-cu Antolojidə şeirləri çap olunub. Kecən ilin may ayında Türkiyənin Adana şəhərində lll-cu Uluslararasi Şiir-Muzik Festivalında iştirak edib, diplomlarla mükafatlandırılıb.
Şeirlərinə mahnılar bəstələnib.
2003-dən Azərbaycan Aşıqlar Birliyinin və Jurnalistlər Birliyinin, "İti Qələm" Respublika Ədəbi Birliyinin,
"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin, İsmayıllıdakı "Dağ Çiçəkləri" Ədəbi Birliyinin, Şamaxıdakı "Beytüs-Səfa" Ədəbi Birliklərinin üzvüdür. Həmin birliklərin tədbirlərində müntəzəm iştirak edir.
Dəfələrlə "N" saylı hərbi hissələrdə əsgərlər qarşısında çıxışlar edib,
Şəhid ailələrində görüşlərdə olub. Müxtəlif televiziya və radio kanallarında çıxışlar edir.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP-ın) üzvüdür.
2003-cü ildə Azərbaycan Qadınlarının II Qurultayının nümayəndəsi olub.
2004-2014-cü illərdə Kənd bələdiyyəsində sədr müavini vəzifəsini icra edib.
"ZİRVƏ" Poeziya antologiyasında şeirləri dərc olunub.
"Qızıl Qələm", "Azərbaycan Bayrağı" Ədəbi media Mükafatlarina layiq görülüb.
"Əsrin Ziyalısı" qəzetinin "İlin Şairi" Fəxri Diplomu və "Ədalət yolu" ictimai siyasi hüquq qəzetinin Fəxri Diplomu ilə təltif olunub.
Azərbaycan Həqiqətlərinin Beynəlxalq aləmdə tanınmasında xidmətlərinə, şair-publisist kimi ictimai fəallığına, "Xocalı Soyqırımını tanıtma" İctimai Birliyinin təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə "İGİDLİYƏ GÖRƏ" Medali ilə təltif olunmuş Şəhid Şöhrət Həsənov adına "DİPLOM"la mükafatlandırılib.
turan.info.az
Azərbaycanım mənim
Odur Məkkəm-Mədinəm,odur Kəbəm-Kərbəlam,
Çətin Anam bildiyim yurdumdan ayrı qalam,
Başdan-başa gül açıb, yaşıl orman, gül talam,
Şəninə söz qoşdugum,havasına uçdugum,
Azərbaycanım mənim,anam doğma Vətənim!
*
Mən də səndən almışam şerı,həm şeriyyatı,
Sən mənim havam-suyum,könlümün kainatı,
Sən mənim şən nəğməmsən, şeir-qəzəl,bayatı,
Dağlarını aşdığım, dizlərində qaçdıgım,
Azərbaycanım mənim,anam doğma Vətənim!
*
Gedib-gələn nəfəsim,ruhum da,canım da sən,
Bu cismimə can verən,damarda qanım da sən,
Qəddimi şax saxlayan,dərdə dərmanım da sən,
Zəmisindən biçdiyim,canına and içdiyim,
Azərbaycanım mənim,anam doğma Vətənim!
*
Şairə İlham verən bağlarının barıdır,
Ruhumu oyadanım,Şahdağımın qarıdır,
Sevdiyim Vətənimdir,Solmaz onun yarıdır,
Torpağından boy alıb, çeşməsindən içdiyim,
Azərbaycanım mənim,anam, doğma Vətənim!
Anamın
Bir ana həsrətindən,qaldı gözlərim ağlar,
Ruhumu ovutmadı,neynim bu bağça- bağlar,
Düşüb yenə yadıma,o xoş analı çağlar,
Getməz gözüm önündən,nur camalı anamın.
*
Elə xanım-xatındı,nur yağırdı üzündən,
Kaş olaydı yanımda,öpəm ala gözündən,
Fələk aldı əlimdən,doymadım ki, sözündən,
Mələyə bənzəyirdi, xətti-xalı anamın!
*
Xəyalı göz önündə, kəlağayı başında,
İtirmişik biz onu,düz əllicə yaşında,
Yaşasaydı olardı,indi ömrün qışında,
Gəzir bağda-bağçada,nur xəyalı anamın!
*
Otuz dörd il yaşadım,onsuz gözü yaşlıyam,
Onu itirən gündən,mən də başı daşlıyam,
Bilmirəm nə yazıram,bilməm hardan başlayam,
Məni kösöv eylədi, dərd-məlalı anamın!
*
Solmaz gün görmədi ki, anasız qalan gündən,
Soldu rəngi-ruhu da, o fəryaddan,o ündən,
Laylası,nalə-nisgil, oldu imandan-dindən,
Səsi qulağımdadır, xoş laylalı anamın!
MƏNİM KƏNDİM
Düzülüb dağ döşündədir,
Övliyalar tuşundadır,
Ürəyimin başındadır,
Mənim kəndim,mənim kəndim!
*
Haqdan gələn gözəl imiş,
Çox gözəldən əzəl imiş,
Şeir imiş,qəzəl imiş,
Mənim kəndim, mənim kəndim!
*
Yamyaşıldır bağça-bağı,
Gözəlləşir xoş novrağı,
Şölə saçır şam-çirağı,
Mənim kəndim,mənim kəndim!
*
Neçə alim verib elə,
Öz nuruyla düşüb dilə,
Sabah açır gülə-gülə,
Mənim kəndim,mənim kəndim!
*
Neçə şəfa pirləri var,
Möcüzəli sirləri var,
Tamaşalı yerləri var,
Mənim kəndim,mənim kəndim!
*
Dağlara çıx,seyr et düzün,
Keç əllini,yaşa yüzün,
Bəzəyidir ömrümüzün,
Mənim kəndim,mənim kəndim!
*
Gözəlləri bulaq üstə,
Söhbət edir dəstə-dəstə,
Dərman edər gəlsə xəstə,
Mənim kəndim,mənim kəndim!
*
Sağ Bağırlı,solu Göylər,
Səndən ayrı qalan neylər,
Solmaz da,səni vəsf eylər,
Mənim kəndim,mənim kəndim.
VƏTƏN SARI
(Hacı Əkbər Rustəmovun
"Yuxularda Vətənə gedirəm" sözündən
təsirlənib yazdım)
Darıxıb özünə zülüm edirsən,
Röyalarda Vətən sarı gedirsən,
Gün gələr düşməni məğlub edərsən,
Bax onda qoyarsan üz Vətən sarı!
Gəzdiyin oylağı gəzərsən bir də
Gör neçə illərdi dözürsən dərdə,
Tükənməz o zaman hər dərdi-sər də,
Qoyarsan qədəmimiz Vətən sarı!
Gələcək o günlər,ay Hacı Əkbər,
Yetəcək hasilə bir gün diləklər,
Qələbə xəbərin verər küləklər,
Atarsan torpağa, diz Vətən sarı!
Yigarsan başına obanı-eli,
Silərsən ürəkdən qəmi-nisgili,
Sən şəhid vermisən Vətən bülbülü,
Sayları bilinmir,yüz Vətən sarı!.
Yadların əlində məzarlarımiz,
Sözlə nalə çəkir yazarlarımız,
Vətən həsrəti dur azarlarımiz,
Axıdır, yaş tökür, göz Vətən sarı!
Yurddan perik düşüb bülbüllərimiz,
Sahibsiz qalıbdır, şux güllərimiz,
Haçan qayıdacaq bəs ellərimiz,
Qalayam, bir ocaq, köz Vətən sarı!
Sızladı,ay qardaş, yandı ürəyim,
Gözləmə, heç kəsdən olmaz köməyin,
Götür qılıncını,bərkit biləyin,
Doğra,yad-yağını,düz Vətən sarı!
Doğra öz əlinlə, yadı-yağını,
Azad et düşməndən Qarabağını,
Qurtar,xilas eylə öz torpağını,
Yol alaq, Şuşaya, biz Vətən sarı.
Alaq Kəlbəcəri,alaq Laçını,
Analar yolmasın,bir də saçını,
Alaq Xocalını, dərd Əlacıni,.
Axır, düşmən qanın, süz Vətən sarı!
Gedək Cəbrayıla,Füzuliyə biz,
Yurda həsrət qalıb körpələrimiz,
Virandır yağıda gör nələrimiz,
Bəsdir,qan ağladı, göz Vətən sarı!
Bəsdir,daha susduq,bəsdir dayandıq,
Bəsdir,ağlar yatıb, ağlar oyandıq,
Bəsdir qara geydik, qara boyandıq,
Düzülün cərgəyə, siz Vətən sarı!
Solmazam,şəhidə ağlayan diləm,
Alına torpaqlar, göz yaşın siləm,
Əlimdə piyalə,sevincdən güləm,
Kaş deyəm,bir sağlıq,söz Vətən sarı!
Gedəm Xankəndinə, düz Vətən Sarı!!!
02-06-2017
DƏRMAN DEYƏRƏM
Sən mənə can desən bil ki,can ollam,
Yer ollam, göy ollam,asiman ollam,
Səndən uzaqlarda sis-duman ollam,
Bir can kəlməsinə min can deyərəm!
*
Axtarsan-arasan,hey əzizləsən,
İllərlə gözlərəm,desən gözlə sən,
Arxamca dolanıb,məni izləsən,
Yoluna,izinə qurban deyərəm!
*
Sən mənim qeydimə qalası olsan,
Qəmlərin əlindən alası olsan,
Könlümün rübabın çalası olsan,
Həm sübhün səfəri,həm dan deyərəm!
*
Sən mənim eşqimlə çay tək çağlasan,
Fikrini-zikrini mənə bağlasan,
Mənimlə bir gülüb,birgə ağlasan,
Könlümə şölə saç,həm yan deyərəm!
*
Gəlsən yollarına güllər səpərəm,
O, gül qədəmindən,vallah öpərəm,
Bil ki,gül bağında tikan- çəpərəm,
Sənsiz ötən günə zindan deyərəm!
*
Sənin xəyalınla ötür hər anım,
Gəl ki,al canımı, halaldır qanım,
Sənsiz yaşamaqdan bezibdir canım,
Ver bir ölüm hökmü,fərman deyərəm!
*
Solmazam,eşqinlə coşan-çağlayan,
Həsrəti-hicranda hər gün ağlayan,
Ölürəm, gözümü sən ol bağlayan,
Bil ki, əllərinə dərman deyərəm!
10-09-2017
Müşfiq Borçalı
Eylədiyim bircə dilək,
Bəxtinə əsməsin külək,
Zəhmətin çəkdiyin kitab,
Hamısı olsun mubarək!
Durub el keşiyində,
Durub dil keşiyində,
Öyüdü beşiyində
Alıb Müşfiq Borçalı!
O, elmin zirvəsində
Vətəninin səsində,
Həm "Zirvə" həvəsində
Olub Müşfiq Borçalı!
Bənzər zirvədə qara,
Çatar xoş arzulara,
Solmazın da adını,
Yazdığı kitablara,
Salıb Müşfiq Borçalı!
***
Müşfiq Borçalı
Borçalı elinin mərdi-igidi,
Ən gözəl atadan alıb öyüdü,
O, ata adına layiq böyüdü,
Hər kəsə qardaşdır Müşfiq Borçalı!
Elmli-ürfanlı evin balası,
Üzündə nur gördüm dağlar lalası,
O qədər saf, təmiz könül aynası,
Həm dostdur, sirdaşdır Müşfiq Borçalı!
Elin alim oğlu, zəkalı-nurlu,
Gördüyü hər işi olsun uğurlu,
Keçdiyi yolları zirvə çığırlı,
"Zirvə"də ən başdır Müşfiq Borçalı!
Bir alim atanın alim oğludur,
Savaşda Nəbidir, həm Koroğludur,
Ürəyi qızıldır, elə bağlıdır,
Altundur, daş-qaşdır Müşfiq Borçalı
Solmaz nə söyləsə, baş üstə deyir,
Gözlərim üstündə, qaş üstə deyir,
Şair hər sözünü kaş üstə deyir,
Ürəklərdə kaşdır Müşfiq Borçalı!
Solmaza qardaşdır Müşfiq Borçalı.
Solmaz Şirvanlı
04.03.2020
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.