RAHİLƏ QARALOVA (1967)

RAHİLƏ QARALOVA (1967) TƏBRİK EDİRİK!..

Bu gün dəyərli elqızımız, istedadlı şairə,
çox hörmətli RAHİLƏ SEYFƏDDİN qızı
QARALOVAnın doğum günüdür.


Rahilə Seyfəddin qızı Qaralova - 1967-ci il noyabrın 28-də Ulu Borçalımızın Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub.
İlk təhsilinini Şahmarlı 8 illik məktəbində alıb.
1985-ci ildə Başkeçid (Dmanisi) 2 saylı Azərbaycan
orta məktəbini, sonra Tbilisi şəhərində Maliyyə
Texnikumunu bitirib.
Bir müddət Başkeçiddəki 147 nömrəli texniki peşə məktəbində kadrlar şöbəsində çalışıb.

Orta məktəb illərindən poeziyaya xüsusi maraq göstərən Rahilə xanımın ilk şeirləri
o zamanlar bakıda nəşr olunan "Azərbaycan Pioneri" qəzetində
və Başkeçiddə nəşr olunan yerli "Trialeti" qəzetində işıqüzü görüb.
Son dövrdə Azərbaycanda və Gürcüstanda nəşr olunan mətbuat orqanlarında
müntəzəm olaraq dərc olunur.
O cümlədən, turan.info.az, Zirve.info, Borcali.org saytlarında, "Ziya", "Şərqin səsi",
"Qala", "Bütöv Azərbaycan", "Elm və Təhsil" qəzetlərində, "Xəzan jurnalı"nda,
"Zəlimxan özü var xatirələrdə" kitabında, "Xarı bülbül" almanaxında,
eləcə də, Müşfiq Borçalının 3 cildlik "SAZLI-SÖZLÜ BAŞKEÇİD" kitabında (2015-2019),
"SAZLI-SÖZLÜ BORÇALI" Ədəbi Məcmuəsinin I və II cildlərində (2018, 2019),
5 cildlik "ZİRVƏ" poeziya antologiyasında (2017-2019) və s. dərc olunan şeirləri
oxucuların böyük marağına səbəb olub.

O, Azərbaycan Respublikası "Təhsil" Mərkəzi tərəfindən "Abdulla Şaiq" Fəxri mükafatına,
Qafqaz Media İçtimai Birliyinin təsis etdiyi "Cəsarətli Qələm" Diplomuna və
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Xüsusi mükafatına layiq görülüb.

"Qərib Həsrəti", "Məndən Nağıl Umma, Dünya", "Yaşamadım özüm üçün""Ana laylası" adlı 4 kitabın müəllifidir.
Beşinci kitabı nəşriyyatdadır, bu yaxınlarda işıqüzü görəcək.

"SAZLI-SÖZLÜ BORÇALI" Ədəbi Məclisinin yaradıcılarından olan Rahilə xanım həm də
"Dirili Qurbanı" Ədəbi Məclisinin üzvüdür.

Ailəlidir, iki övladı və iki nəvəsi var.


Rahilə xanım "AD GÜNÜMDÜ" şeirində yazıb:


RAHİLƏ QARALOVA (1967) Qocalıram, demirəm mən,
Saçlarıma düşsə də dən.
Xatirəyə dönüb gedən,
İllər uzaq bir ünümdü...
Bu gün mənim ad günümdü.

Doymayıbdı hələ ürək,
Qabaqdadı neçə dilək, ,
Qocalmasın həvəs gərək,
Doğum günüm,şad günümdü,
Bu gün mənim ad günümdü.

Xoş gələcək qışım yazım,
Dillənəcək telli sazım,
Ay Rahilə necə yazım?
Taleyimnən dad günümdü.
Bu gün mənim ad günümdü.

RAHİLƏ QARALOVA (1967)Bizə isə qalır, yalnız və yalnız onu ürəkdən təbrik etmək!..

Doğum gününüz mübarək, hörmətli Rahilə xanım!
Sizi ürəkdən təbrik edirik!..
Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda və
bədii yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!...

Gün o gün olsun ki, ikinci yarım əsrlik yubileyinizi də də bax beləcə -
sevinc və şadyanalıqla, şərəf və ləyaqətlə, xoşbəxt və gülərüz qeyd edəsiniz...

Və aşağıda Sizin bir neçə şeirinizi turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
turan.info.az



VƏTƏN

Bütün kainatın bəzəyi sənsən,
Sən mənim uğurlu anımsan, Vətən!
Ömrümün təməli, özəyi sənsən,
Parlayan üfüqüm, danımsan, Vətən!

Suyundu, havandı, dərdlərə dərman,
Ruhumda gəzirsən, hər zaman, hər an,
Gözəllik məskəni, olmuşam heyran
Ürəkdə dolanan qanımsan, Vətən!

Sənsiz həyat donar, gül-çiçək solar,
Qəm-qüssə, kədərin qəlbimə dolar,
Vətənsiz, gözümdə dünya heç olar,
Sən məni yaşadan canımsan, Vətən!

Verərəm canımı yolunda qurban,
Səni çox sevirəm inan canımdan,
Çox uğurlu adın var, Azərbaycan,
Sən mənim şöhrətim şanımsan, Vətən!


BORÇALI

Onun gözəlliyi Allahdan gəlib,
Bütün gözəlliyin gözü Borçalı.
Sehr etdim çəmənin çiçəklirini,
Bütün çiçəklərin özü Borçalı.

Təbiblər, lağmanlar sehrinə çıxdı,
Gələn mehmanlar əlini sıxdı,
Hər kəsin könlünə nur kimi axdı,
Ürəkdə məhəbbət közü Borçalı.

Nə qədər söz desəm yenə də azdı,
Sevənlər köksündə çaldığı sazdı,
Qışda da, yayda da havası yazdı,
Ozanlar, aşıqlar sözü Börçalı.

Gözəllik donuna bürünüb hər yan,
Hər baxan hüsnünə olubdu heyran,
Rahilə gözündə sanki bir ceyran,
Gürcüstan elinin gözü Borçalı.


ŞAHMARLI


Uca dağlarında sal qayası var,
Dərdə məlhəm olan saf havası var,
Göllərində üzən gül sonası var -
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı.

Şırşır bulağıdı, suyu bal dadır,
Qatar qayaları ruhu oyadır.
Dağların qoynunda sankı röyadır,
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı.

Bitən gül-çiçəyi dərdə dəvadı,
Tarıxlər yaşadan məğrur qaladı.
Mənim yurdum qəriblərə anadı
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı.

Sızır dağlarından buz bulaqları,
Göylərə büləndir uca dağları.
Güllü çiçəklidi barlı bağları
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı.

Təbiət veribdir bu əzəlliyi,
Əzəldən Rahilə, var özəlliyi.
Kaş hami gorəydi bu gözəlliyi -
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı!


SAZIM

Dağı yerindən oynadıb,
Sinəm üstə duran sazım,
Meydanlarda at oynadıb,
Toy məclislər quran sazım.

Yandırıbdi “Kərəmiylə”
Qəm veiribdi “Dilqəmiylə”,
“Koroğlunun cəngi”siylə,
Qılınc-qalxan vuran sazım.

Məhəbbəti eldən aldın ,
Çox dövranlar yola saldın.
Şahlar ilə qonaq qaldın,
Namərdləri qıran sazım.

Dədə Oorqud yadigarı,
Qoruyubsan düz ilqarı,
Yol alıbsan bizə sarı,
Əsrləri yoran sazım!

İlham verdin yenə mənə,
Alqışladım dönə-dönə.
Rahilə də olub sənə,
Lap əzəldən heyran, sazım.


DAĞLARIN

Qəlbimə hakimdi ruhuma qənim,
Məni məndən alır, gülü dağlarin,
Ürəyi coşdurur qəlbi coşdurur,
Sinəsindən axan seli dağların.

Çoban tütəyidi ana laylası,
Zirvəsində qarı olub aynası,
Gözəlliyi bir bir deyib sayılası,
Çeşməsi, bulağı ləli dağların.

Baharda al yaşıl dona bürünər,
Ətəyində lalə nərgiz görünər,
Zirvəsində sazaq, çiskin sürünər,
Dumandan çəkilmiş tülü dağların.

Ayrılıq həsrəti nədir bilirəm,
Vətən, həsrətindən hər an ölürəm,
Qəm çəkir, ağlayıb hərdən gülürəm,
Eyləyib məni də dəli dağların.


ELƏ BAĞLIYAM

Şəhərdə olsam da nə vaxtdan bəri,
Çəmənə bağlıyam, çölə bağlıyam,
Sevdim çiçəkləri, sevdim gülləri,
Çiçəyə bağlıyam, gülə bağlıyam.

Havasız şəhərdə gəzə bilmirəm,
Əlimi dağlardan üzə bilmirəm,
O təmiz havasız, dözə bilmirəm,
Sonalar üzüşən gölə bağlıyam.

Vətəndən uzaqda həsrət dəmliyəm,
Toydada, yasdada kədər qəmliyəm,
Toxunmayın mənə zilli, bəmliyəm,
Şırmayı saz üstə telə bağlıyam.

Rahilə, uzaqdan vətənə baxar,
Coşqun çaylar kimi düzlərə axar,
Sevgi çələngini telinə taxar,
Harda yaşasamda elə bağlıyam.


ATA

Dilimdə söhbətim, dilimdə sözüm,
Aləmə nur saçan gözümsən, ata!
Sənsənsəcdəgahım, dünya əvəzim,
Ətirli baharım, yazımsan, ata!

Cavan köçdün, bu həyata dözmədin,
Baxça saldın, bir doyunca gəzmədin.
Dar günümdə əllərini üzmədin,
Müqəddəs çörəyim, duzumsan, ata!

Verdiyin nəsihət çatır dadıma,
Xatirən çox şeyi salır yadıma.
Şəkərim deyərdin hər gün adıma,
Sönməyən ocağım, közümsən, ata!

Xudam heç baxmadı cavan yaşına,
Qurbanam çiçəkli məzar daşına.
Oğlun, qızın hey and içir başına,
Könlümdə susmayan sazımsan, ata!


ATA DEYİB KÖVRƏLTMƏYİN SİZ MƏNİ

Ata dedin, alt-üst etdin binəmi,
Fikrin dərdi çatdırmaqdı minəmi?
Ah-nalənlə sən dağladın sinəmi,
Ata deyib, kövrəltməyin siz məni.

Ata dedin, bağrım başı köz oldu,
Dərdim artdı, bir idisə yüz oldu,
Yoxluğuna inanmırdım, düz oldu,
Ata deyib, kövrəltməyin siz məni.

Dərdim, qəmim karvan kimi düzülür,
Göz yaşlarım, ürəyimə süzülür,
Ata dedin, canım candan üzülür,
Ata deyib, kövrəltməyin siz məni.

Ata mənim candan əziz canımdı,
Ata mənim zülmət sökən danımdı.
Ata mənim şöhrətimdi, şanımdı,
Ata deyib, kövrəltməyin siz məni.

Canım ata, kaş olaydın yanımda,
Dolanırsan, damarımda, qanımda,
Unutmaram səni heç bir anımda .
Ata deyib, kövrəltməyin siz məni.


AY ANA

Qurban olum sənin qəmli gözünə,
Bəstəm olan şirin-şirin sözünə,
Darıxmışam, bir baş qoyum dizinə.
Anaların anasısan, ay ana,
Sonaların, sonasısan, ay ana !

Sığal çəkim qoy dağılan telinə,
Qulluq edim çiçəyinə, gülünə,
Qurban olum o titrəyən əlinə…
Anaların anasısan, ay ana,
Sonaların sonasısan, ay ana!

Oğlun-qızın qoy həmişə şad olsun,
Nəvələrin ömrə-günə dad olusn.
Kədər sənə qoy həmişə yad oslun!
Anaların anasısan, ay ana,
Gözəlliyin sonasısan, ay ana!


KƏLAĞAYI

Ulu nənələrdən yadıgar qalan,
Kəlağayı gözəlin qeyrət örtüyü.
Yaşmanıb gələrdi ağbirçək anam,
Xanım anaların ısmət örtüyü.

İndi muzeylərdə tarixə dönüb,
Günəşə tamarzı, kölgəyə enib,
Elə bil nənəmin çırağı sönüb,
Bir vaxtlar xalqımın şöhrət örtüyü.

O namus rəmzidir, həm də ki, qeyrət,
Başı papaqlılar edibdir hörmət,
Ortada olanda bitibdir söhbət,
Heç zaman olmayıb qiybət ortüyü.

Rahilə, bu deyil adi bir geyim ,
Bu gözəl örtüyü nə qədər öyüm?
İsmətdi, abırdı, qeyrətdi deyim
Mərifət, ləyaqət, hörmət örtüyü.


ÜRƏK

Bir ürəkdə yerləşibsən.
Sən onunla sirləşibsən,
Görən necə birləşibsən?
Məni məndən alan ürək.

Xəyalından nələr keçdi?
Ömrüm sənsiz inan heçdi,
Bu gözlərim səni seçdi,
Məni eşqə salan ürək.

Təbəssümü canı yaxan,
Gözlərimdən qəlbə axan,
Sakit-sakit durub baxan,
Ömrü günü talan ürək.

Rahilə də səni anar,
Gözəllərin gözü sanar,
Ürəyinin başı yanar,
Əhd-ilqarı yalan ürək.


ELOĞLUMUZ CAVANŞIR RAHİLƏ QARALOVA (1967)

Polis general-mayoru Cavanşir Məmmədova
həsr edirəm


Vətən üçün çalışıbdı hər zaman,
Çox hünərli eloğlumuz Cavanşir.
Çətinliyə sinə gərib çox zaman,
Çox dəyərli eloğlumuz Cavanşir.

Zamananın ələyində, ələnib,
Sevincinə, həm qəminə bələnib,
Zirvələrdə dayanaraq, əylənib,
Çox dəyərli eloğlumuz Cavanşir.

Arxasını el-obaya dayayıb,
İki əsr, iki ömür yaşayıb,
Ər doğulub, ər adını daşıyıb,
Çox dəyərli eloğlumuz Cavanşir.

Örnək olub ögeylərə, yadlara,
Dar günlərdə çox çatıbdır dadlara,
Layiq olub, uca-yüksək adlara,
Çox dəyərli eloğlumuz Cavanşir.

Pillə-pilə əməyilə ucalıb,
Ucaldıqca zamanadan bac alıb,
Deməyin ki, yaşa dolub, qocalıb…
Çox dəyərli eloğlumuz Cavanşir.

Öz adını, hörmətini saxlayıb,
Çeşmələr tək çağladıqca, çağlayıb,
El-obayla gözəl ülfət bağlayıb,
Çox dəyərli eloğlumuz Cavanşir.

Rahilənin sözü güllər ətridi,
Eloğluna hörmətidi, xətridi
Borçalının, Şahmarlının fəxridi,
Çox dəyərli eloğlumuz Cavanşir.


RAHİLƏ QARALOVA (1967)
CAVANŞİR BULAQ

"Cavanşir Bulaq" -
Ulu Borçalımızın
qədim Başkeçid rayonundakı
əsrarəngiz gözəllikləri ilə
məşhur olan Şahmarlı kəndinin
cənnət guşələrindən birində,
uca bir dağ başında
dəyərli eloğlumuz,
polis general-mayoru,
“Azərbaycan Bayrağı” ordenli,
hörmətli Cavanşir Məmmədovun
şərəfinə tikilib.

Dağların qoynundan sən süzülürsən,
Bulaqlar bulağı - Cavanşir bulaq.
Hər damlanı bizlər ilə bölürsən,
Xəstəyə məlhəmsən, Cavanşir bulaq.

Qarlı zirvələrdən sən üz tutmusan,
El-obaya halal nemət, çatmısan,
Zümzümənlə cana şəfa qatmısan,
Dərdlərə dərmansan, Cavanşir bulaq.

Bulaqlar bəzəyi, dillər əzbəri,
Şahmarlının tacı, ürək təpəri,
Eşitsin ellər də bu xoş xəbəri,
Əbədi çeşməsən, Cavanşir bulaq.

Toy büsatlı olub ötən hər çağın,
Dörd yanda deyilir xoş bir sorağın,
Müşfiq Borçalı da oldu qonağın,
Könüllər alansan, Cavanşir bulaq.

İlqar Paşa qoyub üstünə maya,
Açdırıb şırımı, çapdırıb qaya,
Rahilə, amalı getməyib zaya,
Xatirə qalansan, Cavanşir bulaq.


MÜŞFİQ BORÇALI RAHİLƏ QARALOVA (1967)

Vətənin adını sən daşıyırsan ,
Qeyrətli oğulsan Müşfiq Borçalı!
Şərəfli ömürü sən yaşıyırsan .
Heyrətli oğulsan Müşfiq Borçalı!

Xətrinə dəymirsən sən heç bir kəsin,
Zirvələrdən gəlir şöhrətin, səsin,
Təmizdi əməlin, saf həyat bəsin,
Qüdrətli oğulsan Müşfiq Borçalı!

Borçalı elinin sipər, qalası,
Hər xoş təbəssümün könül alası,
Vətənin ziyalı, alim balası,
Şöhrətli oğulsan Müşfiq Borçalı!

Fəxrisən ailənin, ata-ananın,
Arxası, dayağı qoşa balanın,
Uca zirvəsisən bilib qananın,
Niyyətli oğulsan Müşfiq Borçalı!

Necə tələbənin sınağı oldun,
Əyrinin, yalanın qınağı oldun,
Rahilə elinin qonağı oldun,
Hörmətli oğulsan Müşfiq Borçalı!


HÖRƏK

Vaxtın varsa gəl dayanma, kömək elə,
Götürək biz məhəbbətdən qala hörək.
Yarı sənnən, yarı mənnən, bilə-bilə,
Əlac edək, dərdimizə çara hörək.

Sənin kimi bir gözələ mən sadağa,
Siyah zülfün tökülübdür düz topuğa,
Külək vurur dalğalanır sola, sağa,
Ver ucundan mən yapışım dara, hörək.

Bu sevginin bünövrəsin biz qoymuşuq,
Qoymuşuqsa fikirləşib düz qoymuşuq,
Rahiləyəm sevgi dolu söz qoymuşuq,
Seçək bir-bir qəlbimdəki yerə hörək.


SƏNMİ GECİKDİN

Qoşa gediləsi ömür yolunda,
Mənmi tələsidim, sənmi gecikdin?
Biz niyə çıxmadıq qoşa bu yola?
Mənmi tələsidim, sənmi gecikdin?

Neçə yolçu naçar qaldı bu yolda,
Neçələri çatdı arzu, murada.
Sənə də, mənə də bəxt yazılanda,
Mənmi tələsidim, sənmi gecikdin?

Çox gec qoşalaşdı bizim yolumuz,
Daim yanar olsun eşq çırağımız.
Bəs hanı Tanrıdan sevgi payımız?
Mənmi tələsidim, sənmi gecikdin?

Əsli də, Kərəm də yandı bu yolda,
Qeyis Məcnun oldu quru səhrada.
Taleyin eşq adlı bu oyununda,
Mənmi tələsidim, sənmi gecikdin?


BACIM

Nə qəmli gəzirsən, yaşıl çəməndə,
İtirib sirdaşı axtaran, bacım.
Şərikəm çəkdiyin kədərə, dərdə,
Ayrılıb yarından tək qalan bacım.

Xəyallar içində qəmli gəzirsən,
Özünü, qəlbini nahaq üzürsən.
Gecələr gözyaşı köksə düzürsən,
Məhəbbət eşqilə alışan bacım.

Tanrı qismətini yazıbdı belə,
Səni həsrət qoyub sevdiyin gülə.
Ayrılıq odunda döndərib külə,
Çoxdu sənin kimi qocalan, bacım.


GÖYÇƏDƏDİ

Bülbül kimi qəfəsdəyəm,
Mahnılarda xoş bəstəyəm,
Uzaqdan gələn səsdəyəm,
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

Ellərdən ayrı nəsdəyəm,
Dərdləri dəstə-dəstəyəm,
Vətəndən uzaq xəstəyəm.
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

Dağlarının başı qarlı,
Ocaqları sönük qorlu,
Səmaları ahu-zarlı.
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

Turanım uzaq, aralı,
Təbrizim bəxti qaralı,
Göycəm də yaslı, yaralı.
Xəyallarım Borçalıda,


UŞAQLARIN DÜNYASI

HALAL ÇÖRƏK


Soyuq payız səhəri,
Baba buğda əkirdi.
Dəni şumun üstünə,
Çətinliklə səpirdi.
Puçur-puçur tərini,
O torpağa tökürdü.
Ramal baxıb babaya,
Elə bil ki, kövrəldi...
Ay baba gəl oturaq,
Sonra işlərsən dedi.
Baba dedi, - ay bala,
Eşitməmisən məyər!?
İşləməyən dişləməz.
Qoysan işə sən ürək,
Yeyərsən halal çörək.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ RAHİLƏ XANIM QARALOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ RAHİLƏ XANIM QARALOVA!..

"Ümid", Poeziya, Başkeçid
CAVANŞİR BULAQ

CAVANŞİR BULAQ

Başkeçid
ELOĞLUMUZ  CAVANŞIR

ELOĞLUMUZ CAVANŞIR

Başkeçid
Gənc aşıq Fatimə Şahmarlı

Gənc aşıq Fatimə Şahmarlı

"Elm və Təhsil", Gənc istedadlar
Cavanşirin bulağında

Cavanşirin bulağında

Başkeçid, Darvaz, Müşfiq Borçalı
AFTANDİL QƏMƏRLİnin POEZİYA DÜNYASI

AFTANDİL QƏMƏRLİnin POEZİYA DÜNYASI

Poeziya, Ədəbiyyatşunaslıq, Başkeçid
POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

POLİS GENERAL-MAYORU CAVANŞİR MƏMMƏDOVU TƏBRİK EDİRİK!..

"XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ

MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ

Poeziya, Müsabiqə, Diaspora
HƏMİD QƏMƏRLİ

HƏMİD QƏMƏRLİ

Başkeçid
YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

Əsas xəbər, Azərbaycan, Borçalı, Başkeçid, Hüquq, Təbriklər
Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Başkeçid
Teymur İSMAYIL (1982)

Teymur İSMAYIL (1982)

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid
Əlyar Oruc oğlu (1962)

Əlyar Oruc oğlu (1962)

Müsabiqə, Qərbi Azərbaycan
Tofiq BƏXTİYAR:

Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azər ...

Müsabiqə, Başkeçid
Sədi YARADANQULU: -

Sədi YARADANQULU: - "ATA YURDDU, ANA OCAQ!..." "HAVALANIB YENƏ KÖNLÜM... ...

Poeziya, Müsabiqə, Başkeçid
Şahid ƏLİOĞLU (KOLAYIRLI)

Şahid ƏLİOĞLU (KOLAYIRLI)

Müsabiqə, Bolus
Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Borçalı, Təbriklər
Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Müsabiqə, Təbriklər
Müşfiq Əliyev (1974)

Müşfiq Əliyev (1974)

Müsabiqə
Rəy yazın: