Sədaqət DİLQƏM (1977)

Sədaqət DİLQƏM (1977) TƏBRİK EDİRİK!..

Bu günlərdə Rusiyada yaşayan tanınmış
şair-jurnalist Sədaqət Dilqəm
son illərdə
vətənpərvərlik və yurdsevərlik mövzusunda
qələmə aldığı yeni şeirlərinə görə
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin
"XXI əsrin Ziyalıları" Cəmiyyəti ilə birgə
təsis etdiyi "Abdulla Şaiq" mükafatına və
"Professor Mədəd Çobanov adına Xeyriyyə
Fondu"
nun Fəxri Diplomuna layiq görülüb.


Sədaqət DİLQƏM (1977)


Sədaqət Dilqəm qızı Mir­­zə­yeva (Abbasova) -
1977-ci il iyul ayının 1-də qədim Borçalı ma­ha­lının
əs­ra­rən­giz Baş­­keçid elin­də - indiki Gürcüstanın
Dma­nisi ra­yo­nu­nun dağlar qoy­nunda yer­ləşən
Səfərli kən­dində ziyalı ailəsində anadan olub.
Atasının adı və soy adı rəsmi sə­nəd­lərdə
faktiki olaraq Dil­qəm Ab­basov ya­zılsa da,
el ara­sında onu Elşad Qaraca oğlu kimi ta­nıyırlar.
Gö­zəl saz-söz ustasıdır.
Sədaqət 3 uşaqlı ailənin 2-ci övladıdır,
bir qar­daşı, bir ba­cısı var.
Hazırda hamısının gözəl ailəsi var.
Qardası İkram da, atasının yolunu şərəflə da­vam etdirir, sazda ifa etməyi ba­­­­carır.
Sə­daqətin dünyaya göz açdığı ailənin sazlı-sözlü, musi­qi­sevər, poeziyasevər bir ailə olduğun­dan,
o da, elə uşaqlıq illə­rin­dən saza-sözə aşiq olub, şeirə, poezi­yaya böyük maraq və sonsuz həvəs göstərib.

Sə­daqət Abbasova 1984-cü ildə doğma Səfərli kəndindəki orta mək­təbin I sinfinə daxil olub,
1992-ci ilədək burada əla qiy­mət­­­lərlə təhsil alıb.
1992-ci ildə Borçalıda baş ver­mış mə­lum ha­di­sələrdən - bəzi “şovinist millət­ci”­lə­rin soydaşlarımıza qarşı gös­­tər­­dikləri sonsuz təqib və təziqlərdən sonra, minlərlə soy­daşı­mız kimi, Sə­daqət xanımgilin ailəsi də doğ­ma yurd-yu­va­ların­dan uzaq düşməyə məcbur ol­muş­­lar. Ki­misi Azər­bay­cana, kimisi Rusiyaya, kimisi Orta Asiya respublikalarına, kimisi də başqa xarici ölkələrə pənah apar­mışlar.
Sədaqət Dilqəm Azərbay­canın Mingə­çevir şə­hə­rində əmi­­si - tanın­mış ri­yaziy­yatcı Əhmədov Oruc Qaraca oğlu­nun ailə­sində ya­şaya­raq təhsilini Mingə­çevir şəhərin­dəki 1 saylı orta mək­təbdə da­vam etdir­miş və məktəbi ə’la qiy­mət­lərlə bitir­mişdir.
O, 1994-cü ildə ali təhsil almaq məqsədilə Bakı şə­hə­rinə gəlmiş, sənədlərini Azər­baycan Tex­niki Uni­versi­te­ti­nin Av­tomexanika Fakultəsinin İs­tilik Fizikasi ixtisasına ver­miş və yuk­sək balla qəbul olmuş­dur.
1995-ci il­də ikinci kurs tələbəsi ola­r­kən Azərbaycanı tərk etmək məc­bu­riy­yəti ilə qar­­şı­­laş­mış­dır.
Belə ki, həmin müddət ailəsi Ru­si­yada ya­şayırdı və hə­min vaxt Çeçenistanda mü­haribə oldu­ğuna gö­rə Azərbaycan Ru­siya sər­həd­lərində vəziy­yət gər­gin idi, hava, yol, dəmir yol nəq­liy­yatları da­yan­dırılmışdı, sərhədlərin ta­mam bağ­lanma təh­lükə­si vardı. Elə buna görə də, Sədaqət xanım 1995-ci ildə Ba­kıda ali təh­si­lini yarımçıq qoyaraq Rusiyanın Bel­­qorod şəhərinə valideynlərinin yanına köç­müşdür. O, burada da təhsilini davam etdirmək məqsədilə sənəd­lərini Belqorod Dovlət Uni­ver­site­tinə vermiş və bu dəfə Uni­ver­sitetin Akuşer (Ma­­malıq) fakul­təsinə qəbul ol­muş­dur. 2001-ci ildə təhsilini mü­vəffəqiyyətlə bi­tirmiş və Bel­qorod şəhər doğum evində mamaça olaraq əmək fəa­liyyətinə başla­mış­dır.

Sədaqət xanım hazırda həm də Ba­­kıda nəşr olu­nan “Şər­qin səsi” Beynəlxalq ictimai-siyasi, ədə­bi-bədii, publisistik qəzetin Bel­qorod vila­yəti üzrə böl­gə müxbiri kimi də sə­mərəli fəaliyyət göstərir və müntəzəm olaraq öz maraqlı mə­qalələri və şeirləri ilə qə­zetin səhifələrində sevimli oxu­cularının görü­şünə gəlir.

Sədaqət xanım həm də gözəl anadır. 2002-ci ildə Kəl­bəcərli Ka­mil Mirzəyev ilə ailə qurmuşdur.
16 yaşında Ramil adlı gö­zəl bir oğul öv­ladları var. Allah saxlasın!...

Nəhayət, Sədaqət xanım həm də istedadlı şairədir. Şeir­ləri müxtəlif mətbuat orqanlarında çap olunub.

2014-cü ildə isə “Kədərə sovqatam, intizara pay...” adlı ilk şeirlər ki­tabı Bakıdakı “Borçalı” nəşriyyatında
məhz bizim naşirli­yi­miz və “Ön söz”ümüz­lə nəfis şəkildə çapdan çıxıb.

Daha sonralar isə Sədaqət Dilqəmin şeirləri Müşfiq Borçalının 3 cildlik "Sazlı-sözlü Başkeçid" (2015) kitabında,
5 cildlik "Zirvə" (2017-2018) poeziya antologiyasında, "Sazlı-sözlü Borçalı" (2019) Ədəbi Məcmuəsində,
"Ziya", "Şərqin səsi" "Elm və Təhsil" qəzetlərində, "turan.info.az", "Zirve.İnfo", "Borcali.org" və s. saytlarda,
eləcə də, digər müxtəlif dövrü mətbuat orqanlarında, kütləvi informasiya vasitələrində işıq üzü görüb.

Bu günlərdə isə Səadət Dilqəm son illərdə vətənpərvərlik və yurdsevərlik mövzusunda qələmə aldığı
şeirlərinə görə Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin "XXI əsrin Ziyalıları" Cəmiyyəti ilə birgə
təsis etdiyi "Abdulla Şaiq" mükafatına və "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun
Fəxri Diplomuna layiq görülüb.

Biz də turan.info.az-ın bütün yaradıcı heyəti adından çox hörmətli Sədaqət xanımı yüksək mükafata
və Fəxri diploma layiq görülməsi mu­nasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can-sağlığı,
şəxsi həyatında, eləcə də, ictimai fəaliyyətində və bədii yaradıcılığında yeni-ye­ni uğurlar arzulayır və
aşağıda bir neçə şeirini dəyərli oxucularımızın nəzərinə çatdırırıq!..


Müşfiq BORÇALI,
turan.info.az



Borçalı qoxulum Səfərli kəndim Sədaqət DİLQƏM (1977)

Tanrı qələmini əsirgəməmiş,
Çəkərkən mənzərə bəsdi deməmiş
Başkeçid elinə bir çəmən əkmiş,
Borçalı qoxulu Səfərli kəndim.

Gəlinlər gətirib, qızlar köçürüb,
Neçə dərdli insan məlhəm götürüb.
Sənin uzaqlığın həsrət bitirib,
Borçalı qoxulu Səfərli kəndim.

Dağların qoynuna xalça toxuyub,
Bütün qonaqların ətrin qoxuyub.
Şəninə xanəndələr mahnı oxuyub,
Borçalı qoxulu Səfərli kəndim.

Görkəmli insanlar yetişdiribdir,
Sağalmaz yaralar bitişdiribdir.
Mərdi mərdanəyə məğrur durubdur,
Borçalı qoxulu Səfərli kəndim.

Gözəlliyi səfa təmsil eyləyir,
Bunu Sədaqət yox, aləm söyləyir.
Uzaqlardan qərib qəlbim göynəyir,
Borçalı qoxulu Səfərli kəndim.


Qarabağım

Əsdi külək, əsdi yellər...,
Talan qaldı neçə ellər...
Açıq qaldı neçə əllər...,
Viran qaldı Qarabağım!

Neçə övlad yetim qaldı...,
Əzrayıllar məskən saldı.
Qəlb qopardı canlar aldı...,
Viran qaldı Qarabağım!

İgidlər sinəsin gərdi,
Alçaq düşmən qalib gəldi...
Neçə oğul qayıtmadı...,
Viran qaldı Qarabağım!

Neçə gəlin girov düşdü,
Neçə yurd, ev dağıldı...
Körpələr şişə taxıldı,
Viran qaldı Qarabağım!

Vətənim xiyaban saldı...,
Şəhidlər məzara qoydu...
Bahar çağı qış qayıtdı...,
Viran qaldı Qarabağım!

Neçə qapılar var bağlı...,
Xalqımdır ürəyi ah-dağlı...
Xocalım yaralı, ahlı...,
Viran qaldı Qarabağım!

Haqq hardasan, soruşuram...?
Gözləməkdən yorulmuşam...
Sədaqətəm vurulmuşam,
Ürəyimdən ah, Qarabağım...


Qara bəxtli Kəlbəcər...

Ah..., köksümə ötürürəm,
Dəsmalı götürürəm.
Gizlincə ağlayıram,
Qara bəxtli Kəlbəcər...

Ürəyim paralanıb,
Keçmişim qaralanıb.
Xalqıma böyük dərdsən,
Qara bəxtli Kəlbəcər...

Yağı düşmən tapdayır,
Kəpəz, Murov çatlayır.
Elində bayquş ulayır,
Qara bəxtli Kəlbəcər...

Şəhidlərin saysızdır,
Ruhları şad olmayıb.
Anaların vətənsizdir,
Qara bəxtli Kəlbəcər...

Sədaqətəm qəlbim xal,
Kamil əyən dərdin var.
Demə məni el unudar,
Qara bəxtli Kəlbəcər...


Könül

Özünə xəyal axtardı,
Sözümdən çıxdı könül.
Başdan huşumu aldı,
Gözümdən düşdü könül.

Könlümün də könlü var,
Döndü yarın başına.
Eylədi bağrımı xal,
Könlümü satdı könül.

Ləli-cəvahirim idi,
Döşümdə köhlənim idi.
İndi mənə lazım idi,
İndi mənə yaddı könül.

Məni haldan-hala saldı,
Canda sahibini dandı.
Sədaqət bunun işi qandı,
Məni oda atdı könül.


Sədaqət DİLQƏM (1977) Küsdü arzularım, kama yetmədi...

İstədim unudum olanları mən,
Ömrümə qəmxanə quranları mən.
Könlüm gizli gəzib soraqlar etdi,
İncidi urəyim “ah”-a varmadı,
Qəlbim üsyan etdi razı qalmadı.


Dedi ahu-zarla sevdalıyam mən,
Eşqə dair yükü daşıyıram mən.
Səninlə doğuldum sənlə ölərəm,
Savaşdı fikirlər yola gəlmədi,
Kədər hücum çəkdi sərhəd bilmədi.

Bir məhkəmə qurdu hisslər icimdə,
Yuku boyuk oldu dunya bicimdə.
Udmayıb, uduzub çətin seçimdə,
Puc oldu gumanim, əkdim bitmədi,
Küsdü arzularım, kama yetmədi.

Axtarıb hərarət solqun dodaqlar,
Catlayib qəhərdən etdi soraqlar.
Gozumde caqladi narin bulaqlar,

Savasdim vurusdum gucum catmadı,
Nə qəlbim, nə könlüm sözə baxmadı....
Yordu həzin-həzin, məni dağladı,
Sədaqət kor eşqə çarə tapmadı.


MƏNIM GÜNAHSIZ KORPƏ MƏLƏYIM -
ELVINAM, RUHUN SAD OLSUN!!!


Göz yaşından boqulan,
Caresiz ana gordum,
Gullu tabutda yatan ,
Bir korpe bala gordum.

Ata tutmus buz elden,
Varmi bele gozelden -
Qisqirib aqlayirdi,
Baqri yanani gordum.

Dehset -yuxu cin cixdi,
Felek bele ev yixdi.
Basinda qara wali,
Layla calani gordum.

Gozler gul sanayirdi ,
Kim gorse quruyurdu,
Bir melek uyuyurdu,
Qebir qazani gordum.

Bala olmek ne zulum -
Ana olur min olum.
Bir yol olume ne var ,
Min yol oleni gordum .

Bele fani dunyada,
Doz ey urek feryada .
Bir gunahsiz korpeye,
Vaxtsiz qiyani gordum,

Yanan-yaxan nə şamdı,
Ne ciraqdi, ne şamdı?
Din-imanim usandı,
Ölmədim nələr gördüm.
Arzular nakam qaldı,
Ananı meler gördüm.


Sədaqət DİLQƏM (1977) ARTIQ MƏHƏBBƏT TƏK
ƏSƏRİM YOXDUR!!!...


VƏFA GÖRMƏYƏNDƏ
QƏLBƏN SOLMUŞAM,
DƏYMƏ SƏN QƏLBİMƏ
YAMAN DOLMUŞAM.
YUVAMI DAĞIDIB
VEFASIZ BİRİ,
GECƏLƏR XEYALDA
YUVA QURMUŞAM....

TAPILMAZ DƏRDİMİ DUNYADA QOVAN,
HASARIM SINIBDI YOXDU QORUYAN.
YARSIZ BİR GECƏDİ MƏNİ SOYUDAN,
QƏDİR-QİYMƏTİMİ BİLƏNİM YOXDUR....

ZÜLMƏT GECƏ TƏKİ ƏLDƏ SOYUQDUR,
KÖNÜLDƏ SOYUQDUR QƏLBDƏ SOYUQDUR.
YUXUNDA ƏLİMDƏN SƏN TUTMUSANSA,
İNDİ YUXUDADA GORƏNİM YOXDUR...

CƏNNƏT DUNYASINI GÖRƏ BİLMƏDİM,
GECƏLƏR SAATIN SƏSİN DİNLƏDİM .
GƏNNƏTİ QƏLBİMDƏN ELƏ SİLİBLƏR,
İNDİ O CƏNNƏTDƏN ƏSƏRDƏ YOXDUR....

SEVINC DƏ ÇEVRİLİB MƏNƏ QƏM OLUB,
İNDİ BİR SIĞALDA MƏNƏ KƏM OLUB.
ZİL DÖVRÜ KEÇİBDİ HALIM BƏM OLUB,
BƏM HALI ZİLLƏRƏ CƏKƏNİM YOXDUR....

XOŞBƏXTLİK SÖZÜNÜ ARTIQ UNUTDUM,
SƏDAQƏTƏM YAŞLA DƏRDİ OVUTDUM.
YARSIZ QƏM KƏDƏRDƏN ƏSƏR UCALTDIM,
ARTIQ MƏHƏBBƏT TƏK ƏSƏRİM YOXDUR!..


OX VURDUM DOST SINƏSİNƏ…

Dost istədim, sevgili yox,
Dost da dindi sevgi ile .
Axi niye axtarirdim?!
Derdim vardi gile-gile …

Dedim yukumu bolecek,
Aqlayanda guldurecek.
Demedimki incidek,
Derdlerimi bile-bile…

Men qacarken bir beladan,
O birisi yolum kesdi.
Sevgisiyle sebrim uzdu.
Mehebbetden dine-dine.

Bilmirem yanim men kime,
Ya dostami ,ya ozume?!
Ozum yarali olarken,
Ox vurdum dost sinesine…
19.O4 .2015.

***

Dost dostunu qısqanarmı,
Heç şeytana aldanarmı,
Casib sevgili sanarmi?
Mence bunler cox ebesdir,
Çünki dostluq müqeddesdir…

Haqqdan verilib payimiz:
Sen ozgenin ,men ozgenin.
Budur bizim qismetimiz,
Bunla barismasaq bizden,
Kuser heya ismetimiz.

Kisi qadin arasinda ,
Niye dostluq ola bilmez?
Cox tessuf ki,axir evvel,
O da cevrilir sevgiye,
Mehebbet gelir erseye…

Gel bu serti inkar edek ,
Biz gunaha yol vermeyek,
Seytani konulden qovaq !
En ali -ulvu dost olaq ,
Cenneti--nura boyanaq…
16.04.2015.


***

AŞIQ, QURBAN OLUM, ASTA ÇAL SAZI...


Köklə sen sazını, çək dərdi, nazı,
Hikmetin erz edir her gelen yazi.
Asiq quraban olum asta cal sazi .
Sesinde bulbulun gul avazi var.

Cixim Borcalimin xeyal seyrine,
Elim goz ustunde, duman seyrine,
Bir seir de qatim veten serine,
Qeribin sazinda el sedasi var .

Kovrelmisem bu deminle ,sesinle,
Tufan qopub ureyimde zeminle.
Ince–ince lay vurduqun telinle,
Aqrin alim malhem eyle yaram var.

Gozlerim qan aqlar, icim sizildar.
Sazinda sehirli el havasi var.
Vursan mizrabini belke azaldar,
Konlumde dunyanin derd qadasi var.

Ele asta cal ki,laylami deyim,
Sesine ses verim ,avazat verim.
Bir xeyal ,bir konul ,min arzu evim,
Desin bu qelbimin oz havasi var.

Qirilsa mehebbet simi konlumun,
Sazda qou uyusun dini konlumun ,
Divane konlumun deli konlumun,
Hicran ocaqinda koz vedesi var.

Qefil Sedaqetden ismaric gelse,
Ezrail omrumun qapisin doyse .
Ondada ay asiq bu telli sazda ,
Calarsan dunyanin koc havasi var…
Hər qərib ruhunun el havasi var…



(Bax:Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". III cild, Bakı, 2015. səh.713-720)

turan.info.az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ARTIQ MƏHƏBBƏT TƏK ƏSƏRİM YOXDUR!!!...

ARTIQ MƏHƏBBƏT TƏK ƏSƏRİM YOXDUR!!!...

Poeziya, Başkeçid, Rusiya
Sədaqət DİLQƏM: Küsdü arzularım, kama yetmədi...

Sədaqət DİLQƏM: Küsdü arzularım, kama yetmədi...

Poeziya, Başkeçid, Rusiya
Sədaqət Dilqəmqızı:

Sədaqət Dilqəmqızı: "İki mələk Kürə doğru baxırdı..."

"SAZLI-SÖZLÜ BORÇALI"
Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu...

Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu...

Poeziya, Başkeçid, Rusiya
MƏDƏD COŞĞUNA Başsağlığı

MƏDƏD COŞĞUNA Başsağlığı

Borçalı, Nekroloqlar
MURTUZ FƏRHADOĞLU (1967)

MURTUZ FƏRHADOĞLU (1967)

"SAZLI-SÖZLÜ BORÇALI"
Ədliyyə polkovniki NƏBİ NƏBİYEV  (1932)

Ədliyyə polkovniki NƏBİ NƏBİYEV (1932)

"XXI əsrin Ziyalıları", Başkeçid, Bolus
AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..

AD GÜNÜN MÜBARƏK, MURTUZ FƏRHADOĞLU!..

TDPİ-nin Azərbaycan bölməsi, Poeziya, Borçalı, Başkeçid, Təbriklər
Yaşar QAFQAZLInın Şeirləri

Yaşar QAFQAZLInın Şeirləri

Poeziya, Darvaz
AŞIQ QIZQAYIT KƏLBƏCƏRLİ (1984)

AŞIQ QIZQAYIT KƏLBƏCƏRLİ (1984)

Ədəbiyyat, Müsabiqə
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

Başkeçid, Təbriklər, "Borçalı" Cəmiyyəti
RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Darvaz, Arxiv
RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

Başkeçid, Nekroloqlar
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
Məmməd  ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

Məmməd ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

RÜBAİLƏR, Başkeçid
Səadət NUR NOVRUZLU:

Səadət NUR NOVRUZLU: "Vəfalı bir Türk qızıyam!.."

Müsabiqə, Başkeçid
TELLİ SƏNƏM BORÇALI (1969)

TELLİ SƏNƏM BORÇALI (1969)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rustavi, Başkeçid
HAVA NƏSİBOVA (1964)

HAVA NƏSİBOVA (1964)

Müsabiqə
XATİRƏ XƏYAL (1971)

XATİRƏ XƏYAL (1971)

Poeziya, Müsabiqə, Qərbi Azərbaycan
Təbrik edirik, Gulxanım Rzazadə!..

Təbrik edirik, Gulxanım Rzazadə!..

Poeziya, Borçalı, Təbriklər
Rəy yazın: