"Dekan olmaq böyük məsuliyyət tələb edir..."

"Dekan olmaq böyük məsuliyyət tələb edir..." Müsahibimiz
Bakı Avrasiya Universitetində
Filologiya fakültəsinin dekanı,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Salman Səfərağa oğlu Süleymanovdur.


Qısa arayış:
Süleymanov Salman Səfəralı oğlu -
1971-ci ildə
Saatlı rayonunun Qaranuru kəndində anadan olub.
1978-1988-ci illərdə Qaranuru kənd orta məktəbində təhsil alıb.
1989-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsinin
Ərəb şöbəsinə daxil olub,
1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.
1994-1997-ci illərdə Ərəb filologiyası kafedrasının aspiratura pilləsini bitirib.
1994-cü ildən İlahiyyat fakültəsinin dillər kafedrasında müəllim,
1999-cü ildən isə fakültənin dekan müavini vəzifəsində çalışıb.
2003-cü ildə "Ərəb ədəbi dilində feil bablarının quruluş və məna xüsusiyyətləri" mövzusunda namizədlik disertasiyasını müdafiə edib.
2006-cı ildə dosent elmi dərəcəsini alıb.
25 məqalə, 1 tezis və 1 metodik vəsaitin müəllifidir.
2000-ci ildə Misirdə bir aylıq elmi təcrübə keçmişdir.
2017-ci ildən etibarən BAAU filologiya fakultəsinin dekanıdır.
Ailəlidir, iki övladı var.

-Bizimlə pedaqoji fəaliyyətinizlə bağlı nələri bölüşə bilərsiz?
-Mənim təhsil və pedaqoji fəaliyyət illərimin böyük bir qismi Bakı Dövlət Universitetində keçmişdir.
1989-cu ildə tələbəlik həyatına qədəm qoymuşam. 2015-ci ilə qədər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşam. 2017-ci ildən isə Bakı Avrasiya Universitetinin kollektivinə daxil olmuşam.

-Universitetimizlə bağlı fikirləriniz nələrdir?
-Bakı Avrasiya Universiteti ilə bağlı fikirlərim olduqca müsbətdir, çünki bu universitetdə sözün əsl mənasında disiplin,nizam-intizam gördüm,müəllimlərin tələbələrə qayğıkeş münasibətinin şahidi oldum.Tələbələrin də müəllimlərə eyni cür müsbət münasibətini gördüm.Kadrların yaxşı və dolğun hazırlanmasında, gənc nəslin milli-mənəvi dəyərlərə sadiq bir ruhda böyüməsində universitetimizin çox böyüx xidmətləri vardır.
Bildiyimiz kimi universitetdə Filologiya fakültəsinin dekanı vəzifəsində çalışırsınız.Bu vəzifə sizin qarşınıza hansı öhdəliklər qoyur?
Dekan olmaq böyük məsuliyyət tələb edir. Sıravi müəllim tələbənin ikinci valideyni sayılırsa, birbaşa onunla münasibətdə olaraq onun yetişməsində rol oynayırsa, dekan isə bu məsuliyyətin iki qatını daşıyır. Təkcə bir auditoriya daxilindəki tələbələr qarşısında deyil, bütün tələbələr, onların valideynləri qarşısında, dövlət və dövlətçilik qarşısında məsuliyyət daşıyır. Gənc nəslin dövlətçilik prinsiplərinə əsaslanaraq dövlətimizə tam layiqli bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Bu baxımdan dekanın işi çox şərəfli və məsuliyyətlidir.

-Günümüzdə tez-tez işlədilən bir cümlə var: “Bizim vaxtımızda belə deyildi.” Sizin fikrinizcə əvvəlki nəsillə indiki nəsil arasındakı fərq nədən ibarətdi?
-Hansı dövr olur olsun gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir və dövlətin, cəmiyyətin inkişafı gəncliyin inkişafı ilə birbaşa əlaqəlidir. Bu baxımdan da indiki gəncliyin üzərinə böyük məsuliyyət, böyük öhdəlik düşür. İndiki gənclik də təbii ki dövrünün tələblərinə uyğun gənclikdir. Bizim gəncliyimizdə quruluşla bağlı olaraq sovet təhsili, sovet təsiri var idi, kommunizm qurmaq ideyaları təbliğ olunurdu. O dövrə görə də insanların valideynlərindən keçən təsir gənclərdə özünü biruzə verirdi. Bununla yanaşı bizim gəncliyimiz bir çox təlatümlü illər yaşadı. Müstəqillik əldə etmək üçün mitinqlər, tətillər və bir çox mücadilələrimiz oldu. Şükürlər olsun ki bütün bu mücadilələr öz bəhrəsini verdi və müstəqillik yenidən əldə olundu o dövrün gənclərinin sayəsində. Bugünkü gəncliyin də öz öhdəlikləri var və mən qeyd etməliyəm ki, bu gəncliyin məsuliyyəti, öhdəlikləri heç də o dövrün gəncliyinin öhdəliklərindən az deyil.

-Deyirlər ki, təhsil qurban tələb edir. Bəs Salman müəllim bu yolda nələri qurban verib?
-Təhsil qurban tələb edir, elm qurban tələb edir. Bəli bu bir deyimdir və bu həmişə var. Amma təhsili, elm sahəsini insan özü seçir və deyir ki, mən bu yolda davam edəcəm. Əgər mən bu yolu deyil başqa bir yolu seçsəydim yəqin ki, bugünkü təhsil həyatımı qurban vermiş olardım. Elm çox gözəl bir sahədir. İnsan öz elmi ilə fərqlənir, seçilir. Ataların da çox gözəl bir sözü var: “İnsanı geyimi ilə qəbul edib, savadı ilə yola salarlar.” Bu baxımdan bu sahədə hər hansısa bir qurban verilirsə, buna dəyər.

-Pedaqoji fəaliyyət illərinizdə elə bir tələbəniz olubmu ki, onda özünüzü görmüsünüz?
-25 ildən artıq pedaqoji fəaliyyətim var və yetişdirdiyim tələbələr bugün müxtəlif yerlərdə və sahələrdə işləyir və mən onlarla fəxr edirəm. İstər təhsil sahəsində, diplomatiya sahəsində, respublikamızda və xaricdə ölkənizi təmsil edirlər.

-Hansı bacarıq və təcrübənin sizdə olmadığını, lakin ona ehtiyacınız olduğunu düşünürsünüz?
Düzü bu sual bir az qəribə oldu. Auditoriya həyatı həyatımın böyük bir parçasıdır və mən auditoriyaya daxil olanda artıq özümü unuduram. Bəzən auditoriyada uşaqlar hər hansı bir nüansı çəkdikləri zaman özümə qəribə gəlir və bir aktyor kimi hərəkət edirəm. Pedaqoji fəaliyyətimdə elə bir imkansızlıq hiss etməmişəm ki, bu bacarıq da kaş məndə olaydı deyib istifadə edəm.

"SALDO"


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
GƏNC ƏRƏBŞÜNAS ALİM

GƏNC ƏRƏBŞÜNAS ALİM

BDU, Başkeçid, Təbriklər
AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

AzTU
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Təbrik edirik, YAŞAR ÖMƏROV!..

Təbrik edirik, YAŞAR ÖMƏROV!..

Nazirlik, BDU, "Şərqin səsi", Darvaz, Təbriklər
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ADİLXAN NƏBİYEV  (1938)

ADİLXAN NƏBİYEV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

Humanitar elmlər, ADPU, Təbriklər
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Rəy yazın: