Bu günlərdə mənim dəyərli dostum, əzizimiz Azər müəllimin oğlu Tuncay balamızın ad günü olmuşdur.
Tuncay 14 yaşına qədəm qoydu. Ürəkdən təbrik edir, can sağlığı, uzun ömür arzulayıram.
Təhsil həyatında hər daim zirvələrdə olmağı, gələcəyin savadlı kadrlarından olmağını arzu edirəm.
Yeni yaşın sənə uğur və sevinc dolu günlər bəxş etsin.
Azər müəllim hər zaman səndən bəhs edərkən fəxrlə danışması, necə ağılı, düşüncəsi ilə yaşıdlarından fərqləndiyindən, savadlı bir övlad olduğundan danışarkən çox sevinir və duyğulanırdım. İnanıram ki,illər ötsə neçə yaşına gəlsən belə atan və mən hər daim səninlə fəxr edəcəyik.
Arzulayıram xalqa, vətənə layiqli, savadlı, seçilən insanlardan olasan. Səsin hər zaman yüksəklərdən gəlsin. Universitetə qəbul sevincini birgə yaşayaq.
Arzu edirəm ki, həyatında heç bi çətinliyin olmasın. Həyatdakı uğursuzluqlar sənə ruh düşgünlüyü yox, əksinə hər şeyi yenidən başlamaq üçün təkan versin.Gözəl,parlaq gələciyin üçün hər daim çalış. Daim yeniliklər axtarışında ol.
Bir daha səni ad günün münasibəti ilə təbrik edir, valideynlərinim fəxri olmağı arzu edirəm.
Üzündən gülüş əskik olmasın.Yeni yaşında həyatının yeni pilləsində sevinc və xoşbəxtlik səninlə olsun.
Rəcəb ƏFƏNDİ VƏFALI,
"SALDO"
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.