Bu gün haqqında söhbət açacağımız istedadlı gənc - Əlizadə Aylin Kamran qızıdır.
O, 2009-cu ildə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.
2015-ci ildə Bakı şəhərinin Xəzər rayonundakı Qala qəsəbəsində yerləşən 19 saylı məktəbin 1-ci sinifinə gedib.
Hazırda Qala qəsəbəsindəki 216 saylı məktəbin 9-cu sinifində oxuyur.
Məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edən və öz çalışqanlığı ilə seçilən Aylin Əlizadə həm müəllimlərinin, həm də sinif yoldaşlarının sevgisini qazanıb.
Musiqiyə olan böyük marağı Aylini həm də Pirallahıda yerləşən Vagif Mustafazadə adına 14 saylı musiqi məktəbinin Fortopiano şöbəsinə gətirib çıxarıb.
Hazırda həmin musiqi məktəbinin 3-cü sinifində təhsil alan bu istedadlı qız gələcəyə çox böyük ümidlərlə baxır.
Boş vaxtlarında mütaliə və rəqs etməyi çox sevən Aylinin ən böyük arzusu ali təhsil almaq, vətəninə, xalqına layiqli övlad olmaqdır.
Gözəl arzudur!
Biz də Aylin Əlizadəyə bu gözəl arzularına qovuşması naminə uğurlar diləyirik!..
Şəfa İBRAHİMLİ,
“Yurd.info.az”ın xüsusi müxbiri
turan.info.az
.