MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI

MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI Naftalan şəhərində sadə, mütəvazi, ziyalı bir ailədə kiçik bir qız uşağı dünyaya gəlir.
Adını Kubra qoyub, “Qismətini Allah versin!” - deyirlər.

Kubra böyüyür və böyüdükcə öz müşahidəçilik qabiliyyəti, nənəsi Sehran müəllimənin əbədiyyata olan marağı sayəsində olub keçənləri yazıya çevirib dünyaya baxışlarını hekayələrdə ifadə etməyə ehtiyacı olduğunu hiss edir.

Beləcə başlanır kiçik Kubranın hekayə dünyası.
O ətrafında olanları qələmə alıb kiçik hekayələr yazmağa başlayır.

Onun düşüncələri bəzən kövrək hislərə, bəzən möhkəm qəzəbə, bəzən də mübariz bir qəhrəmana çevrilib onun yaradıcı dünyasını formalaşdırır.
Nənəsinin xatirələri, atasının Vətən müharibəsində iştirakı və qəhrəmanlıqları Kubranın duyğu dünyasının nağılına çevrilir.
Və bu kiçik qız nağıllı və eyni zamanda da ağıllı dünyasının hekayələrini yazmağa başlayır.
Və günü-gündən öz düşüncələrini daha dolğun şəkildə ifadə etməyə çalışır.


MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI Kubra hazırda Naftalan şəhəri Səməd Vurğun adına 2 saylı məktəbin 8-ci sinfində təhsil alır. Dərs əlaçısıdır, idmanın cüdo döyüş növü ilə məşğul olur, yarışlarda iştirak edib uğurlu nəticələr göstərir. Və hekayələr yazmağa davam edir. Onun öz fikirlərini hekayələrdə dolğun və obrazlı şəkildə ifadə edə bilməsi onun müsabiqələrdə iştirakına və qalıb olmasına səbəb olmuşdur.
MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI Belə ki, Kubra Musayeva "Uşaq incəsənət festivalı"-nın peşəkar qalibi adına layiq görülüb, "İlin yazarı" diplomu ilə təltif olunub və "Qızıl qələm" mükafatı və digər hədiyyələrlə mükafatlandırılıb.

Kubranın hekayələri dövrü mətbuatda, antologiyalarda mütəmadi çap olunur.
Ona bu işdə dəstək olan nənəsi, “Nur ocağı” ədəbi-bədii məclisinin yaradıcısı və rəhbəri Sehran Süleymanova anasının adını daşıyan nəvəsinin uğurlarına daim sevinir və onu gələcəkdə daha yüksək zirvələrdə görmək arzusundadır.

MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI Kubraya ədəbi fəaliyyətində dəstək olan, bütün yaradıcı insanların dostu, dəyərli ziyalımız Müşfiq Borçalı öz rəhbərlik etdiyi “Borçalı” nəşriyyatında çap olunan antologiya kitablarında Kubranın yaradıcı fikirlərinə yer ayırmış və Kubranın "Vətən sevgisi" adlı hekayələr kitabının çap olunmasına köməklik göstərmişdi.
Yeri gəlmişkən, Müşfiq müəllimə yaradıcı insanlara yaşından, mövqeyindən asılı olmayaraq hər zaman diqqət və qayğı göstərdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk.

Vətənimizin köksündə boy atan kiçik, zərif bir çiçəkdir Kubra.
Özündə tarix yaşadan və tarix yaşadanların zamanında boy atan bu balaca qızımıza duyğu və düşüncələrini ruhunun dili və qəlbinin sevgisi ilə qələmə alıb oxucularına çatdıra bilməsi istiqamətində müvəffəqiyyətlər arzu edirəm.

MƏKTƏBLİ QIZIN YARADICI DÜNYASI Uğurlar diləyirəm, Kubra.
Köksündə döyünən ürəyin və səni sabahkı uğurlara səsləyən düşüncələrin heç vaxt susmasın.
Yaz, yarat! Daha böyük uğurlara imza at!
Və sonda Kubranı doğum günü münasibətilə ürəkdən təbrik edir və ona nənəsinin diliylə ünvanladığım şeirimi təqdim edirəm:


KUBRAMA SEVGİLƏRLƏ

Gözəl qızım, mələyim,
Saf arzum, xoş diləyim.
O şirin baxışına necə,
Qurban deməyim?

Sən anamın adaşı,
Sən könlümün sirdaşı.
Sənə olan dəyəri,
Hər an qürurla, daşı!

Kubram, qəlbin şad olsun,
Kədər sənə yad olsun.
Sevincin aşsın, daşsın,
Qoy, könlün abad olsun.

RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
"NUR OCAĞI" Ədəbi Məclisinin mətbuat katibi,
“Zirvə” və “Zəfər” mükafatlarıı laureatı


turan.info.az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"NUR OCAĞI" Ədəbi-bədii Məclisi - dünənimiz, bu günümüz, sabahımız...

QHT, Köşə yazılar
VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova

VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova

Gənc istedadlar
Elmira müəllimənin rənglər dūnyası

Elmira müəllimənin rənglər dūnyası

Məktəblər
“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
KÜBRA MUSAYEVA (2010)

KÜBRA MUSAYEVA (2010)

Nəsr, Müsabiqə
Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!..

Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!..

Müsabiqə
Elmin hərbçi olmaq arzusundadır

Elmin hərbçi olmaq arzusundadır

"Elm və Təhsil", Gənc istedadlar

"Həkim olmaq istəyirəm"

"Elm və Təhsil", Gənc istedadlar
Hüquqşünas olmaq arzusundadır

Hüquqşünas olmaq arzusundadır

"Elm və Təhsil", Gənc istedadlar
Pilot, iqtisadçı, bəzən də futbolçu olmaq arzusunda olan Fərid

Pilot, iqtisadçı, bəzən də futbolçu olmaq arzusunda olan Fərid

"Elm və Təhsil", Gənc istedadlar
DOĞUM GÜNÜN MÜBARƏK, TUNCAY!..

DOĞUM GÜNÜN MÜBARƏK, TUNCAY!..

"SALDO"
GİLƏ ƏLİQIZI:

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..."

Poeziya, Müsabiqə
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
Bu günün istedadlı şagirdləri

Bu günün istedadlı şagirdləri

Məktəblər, Gənc istedadlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
TƏBRİK EDİRİK, SƏADƏT XANIM!..

TƏBRİK EDİRİK, SƏADƏT XANIM!..

Qarayazı, Təbriklər
BU GÜNÜN ŞAGİRDLƏRİ...

BU GÜNÜN ŞAGİRDLƏRİ...

"Şərqin səsi", Gənc istedadlar
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Rəy yazın: