BU GÜN DƏYƏRLİ ZİYALIMIZ,
TANINMIŞ ŞAİR-JURNALİST,
"Abulla Şaiq", "Qızıl qələm",
"Zirvə", "XXI Əsrin ziyalısı" və s.
mükafatların laureatı
XALİDƏ NURAYın AD GÜNÜDÜR!..
Daha doğrusu, YUBİLEYİdir!
Anadan olmasının 60 illik YUBİLEYİ!..
Xalidə Nuray (Xalidə Qələndər qızı İsmayılova) - 1962-ci ildə Naxçıvan MR, Şərur rayonundakı Oğlanqala kəndində dünyaya göz açıb.
1969-1979-cu illərdə orta məktəbi, 1981-1985-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin İTPM (İbtidai Təhsil Pedaqogika və Metodikası) fakültəsini bitirib.
Bir neçə il orta məktəbdə ibtidai sinif müəllimi, 5 il Bağça müdiri, 2 il Ali Tətbiqi Elmlər Kollecində müəllim işləyib.
Hazırda “Azad qələm” qəzetinin redaktorudur.
Xalidə xanım həm də istedadlı şairə kimi tanınır.
2018-cil də nəşr olunan “Xəyallarımın göz yaşı” adlı şeirlər və hekayələr kitabının müəllifidir.
“Ruhum sızlayır” adlı ikinci kitabı 2019-cu ildə İran İslam Respublikasının Təbriz şəhərində əski əlifba ilə işıq üzü görüb.
3-cü şeir kitabı çap ərəfəsindədir.
Türkiyədə türk dilli ölkələrin şairlərinin Cukurova Ədəbiyyat Dərnəyinin “Şairlerden bir demet” antologiyasında, Azərbaycanda Nəsiminin 650 illiyinə həsr olunan "Cahana sığmazam" adlı almanaxda, "Turana açılan könüllər" (3 cild) antalogiyasında, "Zirvə", "Canım Azərbaycanım" və "Poeziya Çələngi" ədəbi məcmuələrində şeirləri dərc olunub.
AJB-nin, İraq Türkmen Edebiyyatçı və Yazarlar Birliginin üzvüdür.
2019-cu ildə Türkiyədə "Elbistan" redaksiyası tərəfindən "2019-cu ilin EN-ləri" arasında yer alıb və Mərkəzi Asiyanın "YENİ AVAZ" Yazıçılar və Tarixçilər Birliyinin və Əmir-Teymur OBF-nun təsis etdiyi "TURAN BİRLİYİ" medalı ilə mükafatlandırılıb.
2020-ci ildə Azərbaycan KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə "İLİN ŞAİRİ" Media mükafatı və 2021-ci ildə isə "Azərbaycan ziyalısı" Fəxri diplomuna layiq görülüb.
Ailəlidir, üç övladı, dörd nəvəsi var.
Biz də "ZİM.Az"-ın bütün Yaradıcı Heyəti adından
hörmətli Xalidə xanımı YUBİLEYİ münasibətil ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, jurnalistlik fəaliyyətində, eləcə də
bədii yaradıcılığında və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik!..
hörmətli Xalidə xanımı YUBİLEYİ münasibətil ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, jurnalistlik fəaliyyətində, eləcə də
bədii yaradıcılığında və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik!..
Müşfiq BORÇALI,
turan.info.az
turan.info.az
AZƏRBAYCAN
Azərbaycan, ana yurdum!
Bu kəlmələr yaranışdan,
Müqəddəslik məbədinin,
Qibləgahı, zirvəsidir!
Neçə əsr oyanışdan,
Zülümlərin, zillətlərin
Dinən həqiqət səsidir.
Bu zirvəni fəth etməyə,
Sevgi gərək, hünər gərək.
O kəslərin ürəyində vətən eşqi,
Vulkan kimi aşsın, daşsın…
Səni sevən, gərək sənlə qoşalaşsın.
Sinəsini sipər etsin,
Ağır, çətin günlərində.
Yad oğullar doğmalaşsın.
Dağ çəksinlər düşmənlərə.
Yurdumuzda iz qoymağa,
Nərə çəksin bircə kərə,
Yol verməsin yağılara.
Əsrlərlə parçalanmış torpaqları,
Qaytarsınlar öz elinə.
Qərib düşən İrəvanı,
Zəngəzuru, Drbəndimi,
Həsrət gözlü Təbrizimi,
Ozan havalı Göyçəmi…
De, dərdimin hansın deyim…
Birdimi?!
İllərdi düşmənin gözünü oyan
Cavanşirlər yurdu Qarabağımı,
Şikəstənin doğulduğu Şuşamı.
Susan “İsa” bulağımı!
Şəhid qanlı torpaqlarda
Qoy çalınsın cəngi səsi,
Haraylasın vətən üçün,
Candan keçən,vətənsevər oğulları.
Azad edək yağılardan torpaqları.
Düşmənlərdən qisas alaq.
Təmizləyək Xocalının,
Ləkələnmiş yaddaşını.
Əvəzləyək sevinc ilə
Analarınaxan qanlı göz yaşını.
Azərbaycan, ana yurdum,
Türk oğlunun məskənisən!
Qürurunla, hünər göstər,
Qeyrətinlə tarixləri yenilə sən!
Şərəfinlə, şöhrətinlə öyünərək,
Gələcəyə haqq yoluyla,
Zəfər ilə irəlləyək!
Zəfər ilə irəlləyək!
AZƏRBAYCAN BAYRAĞI
Dünya lərzəyə gəlsin üç birliyin rəngindən,
Alınmış torpaqları qurtaraq yad cəngindən,
Zəfər marşı çalınsın istiqlal ahəngində,
Al qoynuna birləşdir parçalanmış torpağı,
Azərbaycan bayrağı!
Müstəqillik uğrunda qurban gedib canımız,
Al rəngin təməlində qaynayır Türk qanımız,
İlahidən İslama səcdədi hər anımız,
Tarixə şahid kimi düşmənə ol göz dağı,
Azərbaycan bayrağı!
Vətən qibləgahısan ,əbədi şan yerimiz,
Sabaha doğan günəş,sabaha dan yerimiz,
Azadlığa səslənən tökülən qan yerimiz,
Tükənməz varlığınla ol yurdumun dayağı,
Azərbaycan bayrağı!
Qızıl şəfəqlərinlə oyat Turan elmizi,
Bir oxunsun himnimiz,qoruyaq Türk dilmizi,
Səninlə bir qaldıraq Tanrıya haqq əlmizi,
Dağılmış ocaqlarda alışdıraq çırağı,
Azərbaycan bayrağı!
Qubarlı ürəkləri bir araya səslə sən,
Sahilsiz ümmanlarda ümidləri bəslə sən,
Qartal kimi qanad çal, zirvələri süslə sən,
Dalğalanan dəniz tək, al-əlvan göy qurşağı,
Azərbaycan bayrağı!Azərbaycan bayrağı!
AZƏRBAYCAN ƏSGƏRİ
Yoğrulub öz qanıyla,
Ağrısına tən oldu.
Can verib torpağına
Müqəddəs Vətən oldu!
Qeyrətimin sipəri,
Azərbaycan əsgəri!
Gül bitirdi şəfəqdən,
Ləkəli dan üzünə.
Əsdirdi zəfər mehi,
Zülmətli gündüzünə.
Elimin cəngavəri,
Azərbaycan əsgəri!
Dədə-baba yurdunu,
Soy-kökünü qorudu.
Bir ölüb,min dirildi,
Yağıya gözdağ oldu.
Qürur yeri səngəri,
Azərbaycan əsgəri!
Allahu-Əkbəriylə,
Haqq səsinə güvəndi.
Ulu Türk nərəsiylə,
Hər an düşməni yendi.
Güvən oldu hünəri,
Azərbaycan əsgəri!
Döyüşdə cəsarəti,
Bəllidi yad ellərə.
Şuşada savaşıyla,
Düşdü dildən-dillərə.
Oğuz,Türk nəvələri,
Azərbaycan əsgəri!
Bozqurdlar oylağında,
Şimşəyə dönüb çaxdı,
Ən hündür zirvələrə
Zəfər bayrağı taxdı
Tarixin daş əsəri,
Azərbaycan əsgəri!
12.01.2021.
Azadlıģa çıxan məhbus
"Qarabağım"!
Zümrüdqaşlı bulaqların
zümzüməsinə,
Xarıbülbülün aşiqi,
bülbüllərin eşq nəğməsinə,
Cıdır düzündə, qonur libaslı
köhlənlərin kişnəməsinə
həsrət qaldığımız Qarabağım...
Məhbusu olduğun zülmətin
çiliklənməsini,
yağmalanmış arzularının,
qırılmış ümidlərimizdən
yandırdığımız ocaqların
hənirinə qısılıb,
dan yerinin sökülməsini
səbrsizliklə gözləyirik.
Arabir mirvari yağmur damcıları
gah içimizi göynədən yaralarımızı,
gah da günəş şəfəqlərini gözləyən
utancaq bənövşələrin
ləçəklərinə qonan şeh kimi,
çatlamış dodaqlarımı isladır.
Vətənin sinəsinə tuşlanan
güllə səslərindən yağan damcılar
özüylə həm kədəri, həm sevinci ovlayır.
Torpağın hər qarışında
şəhid olur igidlərin gözlərindəki
vətən sevdalı həsrətli gülüşlər.
Azad etdiyi torpaqlarda
otuz ilin yurd həsrətilə
titrəyən ürəklərdə gerçəkləşir
doğma ocaqlarıyla görüşlər.
Kimisi illərlə həsrətində olduğu
ata ocağında boynubükülü qalan
ağacları bağrına basır,
kimisi dizin-dizin doğmalarının,
ruhları qarşısında baş əyir,
illərdi tərk etdikləri ata-babalarının
məzarları önündə sürünür.
Kimisi şəhidlərin daģlara,
daşlara çökən naləsini,
vətən harayını nəfəsində duyur,
Kimisi qələbə sevincindən
kipriklərində intihar edən
göz yaşlarında boģulur.
Oğullarımız günahsız
qız-gəlinlərimizin,
doğulmamış körpələrin inləyən,
eşidilməyən fəryadını
qaytarır düşmənə, zəfər qoxulu
güllə yağışlarında .
İgidim bilmir ki, zəfərinə sevinsin...
Ya, əyninə geyindiyi
acı xatirələrin arxasınca sürünsün...
Ya Rəbbim, çox şükür deyərək,
öpüb gözləri üstünə qoyduğu
vətən torpağında tapır təskinliyini.
Tarixə qanla yazılan
bu vəhşətlər içərisində anlayır,
Tanrının bizə bəxş etdiyi,
heç nə ilə əvəz olunmayan,
"Vətən" sevgisinin
dəryalar tək dərinliyini.
Şükranlıqla körpə uşaq
anasının qoxusuna sığındığı kimi,
dağın-dərənin gül-çiçək qoxuyan,
vətən ətirli havasını
içinə çəkərək deyir:
Mənim Məkkəm, Mədinəm,
İslamiyyət günəşi doğan
qibləmsən Vətənim!
04.11.2020.
TƏBRİZİM
Türkmənçay imzası böldü tifağı,
Bölündü ikiyə Vətən torpağı,
Çəkdi sinəsinə doğma yurd dağı,
Sağalmaz yaralı oldu Təbrizim.
Arazla vurdular qandal qoluna,
Qəriblik çəkdilər doğma yoluna,
Vətəni itirən dözərmi buna,
Dilimdən asılı qaldı Təbrizim.
Haqqı, həqiqəti qəmə büküldü,
Azadlıq yoluna qanı töküldü,
Neçə mərd oğullar dara çəkildi,
Fəryadı göyləri aldı Təbrizim.
Boğdu Şəhriyarın ana dilini,
Viranə eylədi doğma elini,
Saxlaya bilmədi namərd əlini,
Düşgün xəyallara daldı Təbrizim.
Baxıram Təbrizə necə həsrətlə,
Bağlıyam mən ona sözlə, hikmətlə,
Oyan ey türk xalqım, oyan qeyrətlə,
Gözləri qan yaşla doldu Təbrizim!
Xalidə səslənir doğma elinə,
Vətəni veribdilər yağı əlinə,
Haydı igidlərim kəhər belinə,
Novrağı qürbətdə soldu Təbrizim!
ŞUŞAŞIZ VƏTƏNİM
Cavanşirlər yurdu Qarabağımın,
Şuşa dağlarında dumanı azıb.
Tərlanlar oylağı Cıdır düzündə,
Könlümü oxşayan gümanı azıb.
Ərənlər oylağım, nəğməli dilim,
Əyilməz vüqarım batıbdı yasa.
Tarixi bağrına basıb yaşadan,
Gözümdə Şuşamız dönübdü yaşa.
Natəvan haraylı gücüm-qeyrətim,
Topxanam adında dərdim od tutur.
Üzeyrin, Cabbarın, ahı-naləsi,
Həsrət nəğməsi tək dünyamda yatır.
Doğma yuvasından didərgin düşən,
Yurd oğlum, yurd qızım üzgünləşibdi.
Suşasız can deyən, can verənlərin
Vətənsiz ruhları küskünləşibdi.
İgid oğulların şəhid qanından,
Qan içdi ürəyi qaralmış Şuşam.
Koroğlu qeyrətli, Nəbi ürəkli,
Nəfəsi boğulub, dayanmış Şuşam.
Şuşasız vətənim, Vətənsiz Şuşam,
Yağıdan qisasın alınacaqdır.
Vətən sinəsində ucalan bayraq,
Şuşa qalasına sancılacaqdı.
TÜRKOĞLU!
Zəfər qoxusu gəlir türkün ayaq səsindən,
Qeyrət, hünər boylanır türkün hər kəlməsindən,
Bir millət, iki dövlət hayqıran nəfəsinlə,
Vətəndə sədd çəkəni yandırıb- yax, Türkoğlu!
Otuz ildir Qarabağ ayaq altda inləyir,
Qəlbi səngər yurdumuz haray, imdad diləyir,
Şəhid qanlı torpaqlar səndən qisas gözləyir,
İldırım tək yağının başına çax, Türkoğlu!
Vətən sağolsun deyib torpağa qan verənin,
Vətən libası geyib, Vətənə can verənin,
Şəhidlik zirvəsinə sevərək yüksələnin,
Düşməninə silinməz çək sinədağ, Türkoğlu!
Tanrı pay eləyibdi, sarsılmaz qüdrətini,
Dünyaya bəyan etdin mərdlik, cəsarətini,
Qanınla yaz tarixə döyüş məharətini,
Qaliblik zirvəsinə bayrağı tax, Türkoğlu!
Aslan kimi düz durar, Türkün başı əyilməz,
Yağını məhv etməyə çarpışar, qorxu bilməz,
Bil ki vətən bölünməz, bil ki, şəhidlər ölməz,
Haqqın haqq dərgahına üzüağ qalx, Türkoğlu!
15.09.2020.
"Buralar Laçına bənzəmir"
Dağların harayı saçımı yolur,
Xatirəm saralır,ümidim solur,
Hoçaz dağ yanğısı canımı alır,
Düşmənə əsirdir yamacım-yalım,
Buralar Laçına bənzəmir oğlum.
Çəkir qəribliyi elat yaylağın,
Azıb kəhərlərin,itib oylağın,
Zümzüməylə layla deyən bulağın,
Kuzə olum qəhərinə mən dolum,
Buralar Laçına bənzəmir oğlum.
Süzür xəyalların məzarıstanı,
Arayır hardadı qərib yatanım
Dursun səcdəsinə nakam atanın,
Əlim də yetmir ki,imdadın olum,
Buralar Laçına bənzəmir oğlum.
Susub Xan əminin qəm şikəstəsi,
Dinmir Üzeyirin "Cəngi" bəstəsi,
Məhəbbət olmuşdu Laçın xəstəsi,
Açardı səsində xarı bülbülüm,
Buralar Laçına bənzəmir oğlum.
Tarixi qanlıdı "Qanlı dərə"nin,
Qisas aldı Soltan bəy tək ərənim,
Kəsdi qulağını hay Andranikin,
Belə mərd oğulun dərdini alım,
Buralar Laçına bənzəmir oğlum.
Ovutmur didərgin dərdimi ellər,
Bizə qəbir qazıb o şirin dillər,
Zabuxlu sinəmdən yol salıb sellər,
Laçınsız qırılıb qanadım, qolum,
Buralar Laçına bənzəmir oğlum.
XAİNLƏRİN HİYLƏSİ
Bu nə zülmət, bu nə dəhşət,
Bürüyübdü qəlbimizi.
Bir kimsəyə deyəmmirik,
Bizi didən dərdimizi.
Bəlkə bizim cəzamızdı,
Allah edir sınağını.
Yurdu verib düşmənlərə,
Düşünmədik qınağını.
Ərənləri itirmişik,
İtən yurdun döngəsində.
Qeyrətsizlik damğasının
Boğulduq məngənəsində.
Ey yurdumun igidləri,
Torpağımız göz dağlıyır.
Düşmənlərin tapdağında,
Qarabağım qan ağlıyır.
Parçalanmış torpaqların,
Qaçammarıq naləsindən.
Birləşməsək qurtarmarıq,
Xainlərin tələsindən.
Haqqımızın haqqı ölüb
Allah bu necə dövrandı?
Gümanıyla ovunuruq.
Haqqı boğub əlimizlə,
Günahıyla qorunuruq.
Söz kasamız dolub-daşır,
Doğru deyən dil kəsilir.
Quldur, oğru həddin aşır,
Əl qabarlı qol kəsilir.
Hökm edibdi Qarabağda,
Cavanşirlər, Səfəvilər.
Qeyrətiylə tarix yazıb,
Şah İsmayıl Xətailər.
Bu gün xain, şər qonşular,
Fitnə-fəsad toxuyurlar.
Qısılıb yad kölgəsinə,
Bizə meydan oxuyurlar.
Əsrlərdi el-obamın,
Yarasına duz basıblar.
Hünərini zəlil edib
Yaxasınna şər asıblar.
Yurdumuzu tikə-tikə,
Bölüb yağıya satıblar.
Qeyrətimi güllələyib
Məhşər oduna atıblar.
Qürurumuz tapdalanıb,
Yurdum viran, biz talanıq.
Bu arxalı köpəklərin,
Yalanı düz, biz yalanıq.
Düşmüşük Şeytan felinə,
Qurtarmırıq hiyləsindən.
Dərd odur ki, mərd oğullar,
Ölür satqın gülləsindən.
İblislərə aldanmışıq,
Vətən yanır dilimizdə.
Haqqımızın haqqı ölüb,
Dilə gəlir külümüz də.
Mübarizim, Fəridlərim,
Qalxın, qəflətdən oyanın!
Cəsarətdən qala hörüb
Keşiyində mərd dayanın!
XƏYALLARIMIN GÖZ YAŞI
Xəyaldan asılı ümidlərimdən,
Sevgisiz həyata nifrət doğulur.
Arzular dalınca qaçan könlümün,
Gözündə boy atan arzu böğulur.
Üçan xəyalımda gizlənireşqim,
Allanır həyalı utanc yanağım.
Hərdən küskünləşib boynunu bükür,
Hərdən gülüşüməolur qonağım.
Nəmli xəyalımın göz yaşı olur,
Üşüyən ümidin,donan baxışın.
Könüldə silinməz ilmə toxuyur,
Qəlbimi oxşayan sevda naxışın.
Qara xəyallarım azır səmada,
Zülmətə bürünür, dolur buludlar.
Qərib duyğularım göz yşlarıyla,
Əl atıb içimdə köksümü odlar.
Buludlar içində ötən xəyallar,
Məni uzaqlara aparır yenə.
Bir vüsal soraqlı dərd aşiqi tək,
Məni öz mənimdən qoparır yenə.
RUHUM SIZLAYIR
Ruhum sızıldayır, qəlbim ağlayır,
Həsrətin sazağı dərd sığallayır,
Sənli xatirələr könül dağlayır,
Gəl al bu qəhərin əlindən məni…
Ürəyim gizlədi dərdi özündə,
Sinəmdə dil açıb, yanan közüm də,
Səni tapammıram artıq özüm də,
Gəl al bu kədərin əlindən məni…
Qurdum ilmə-ilmə taxt sarayımı,
Uçurdum əlimlə baxt sarayımı,
Susdura bilmədim eşq harayımı,
Gəl al bu dərd-sərin əlindən məni…
Könlümdə qurduğun könül üşüyür,
Dərib gətirdiyin o gül üşüyür.
Yanan o dodaqlar, o dil üşüyür,
Gəl al bu rüzgarın əlindən məni.
İlahi yazdığı gözəl qismətin,
Dəyərin bilmədik ilk məhəbbətin,
Sevda qələmiylə yazdı nifrətin,
Gəl al bu qədərin əlindən məni..
DÜŞÜNCƏLƏRİM...
Hələ anlamayıram,
Nələr olur özümlə,
Özümün parasında,
Tərk edirik həyatı,
Gözlə-qaş arasında.
Mən özüm oturmuşam,
Uçur düşüncələrim.
Özüm düşündüyümə,
Yetib çata bilmirəm...
Görünməzdən güc alıb,
Ruhən yata bilmirəm...
Gecələr yatağımda,
Vücudumla yatıram.
Ruhum gəzir göyləri,
Hətta görmədiyimiz,
Əbədi dünyaya da,
Mən bir anda çatıram.
Atamla görüşürəm,
Anamla dərdləşirəm.
Vardan yoxa çönürəm,
Yoxdan vara dönürəm.
Heç özüm də,bilmirəm,
Necə anamla birgə,
Qanımız şərik oldu,
Canımız şərik oldu.
Sevgisiylə bəslədi,
İstəyiylə yetirdi
Bu dünyaya əzabla,
Mözüzəylə gətirdi.
Ana adlı bir mələk,
Bir də,zaman böyütdü.
Tufanlarla çarpışdım,
Dalğalarla boğuşdum,
Gah yüksəyə qaldırdı,
Gah suda boğdu məni,
Ruhumu boğa-boğa,
Yenidən doğdu məni.
Nəhayət acı-şirin,
Bir həyata qovuşdum.
İndi yaşım yarıdı,
Ömrüm sona sarıdı...
Keçmişi xatırlayıb,
Bu günü yaşayıram,
Amma bir an sonranı,
Alnımda daşıyıram.
TƏNHALIQ
Qapını çırparaq getdiyin anda,
Üzümə ayrılıq sazağı dəydi.
Qəmli gedişinə kövrəldi qəlbim,
Əyilməz qürurum qəddini əydi.
Azdı xatirələr yorğun xəyalda,
Getdiyin yoluna dikildi gözüm.
Sənsizlik içimdə alışıb yandı,
Sığındım səbrimə, qalmadı dözüm.
Hər addım başına xəyala daldım,
Çırpıldı qapıya ürkək baxışım.
Təkliyin acısı doğradı məni,
Dondu yanağımda axan göz yaşım.
Qönçə arzularım boynu bükülü,
Qopardı köksümdən sevda yelini.
Gülüşü üzümdən yudu, apardı,
Mənə həmdəm etdi həsrətin selini.
Neyləyim, İlahi qayıtsın sevgim,
Qurtarsın qınağı doğmanın, yadın.
Sönmüş ocağında oda qalannam
Külümlə örtərəm tənhalıq adın.
01.02.2019.
İNTIZAR NƏĞMƏSİ
Qəmdən zər-zibalı yazılan baxtım.
Rüzgarı telimə hey sığal oldu.
Uşaqkən yıxıldı atalı taxtım,
Bu nisgil qəlbimə qara xal oldu.
Duyduqca kövrəldim ata nəğməsin,
Həsrətin sazağı göynətdi məni
Dindi xatirəmdə dərd için-için
Biçib qəm köynəyin inlətdi məni.
Zamanın ovcunda sıxılıb qaldım,
Xəzana büründü ömür çiçəyim.
Üzdüm əllərimi haqsız dünyadan,
Töküldü ömrümün küsən ləçəyi.
Sevgi ümmanında uçan duyğular,
Dalğalar qoynunda çırpıldı daşa.
Hicran şərbətini süzdü badəmə.
Bil,sənsiz yaşadım səninlə qoşa.
Azdı eşq yuxulu xəyallarımda,
Gənclik illərimin qoxusu itdi.
Cavab tapmadığım suallarımda,
Ruhumun bir həsrət nəğməsi bitdi.
03.01.2021.
ŞƏHİD TALEYİM
Mənə könül verib getdin döyüşə,
Gedişin son oldu, döndü nisgilə.
Sökdün ilmə-ilmə sevən qəlbimi,
Döndü gileylərim yaģışa, selə.
Dikildi yoluna kövrək baxışım,
Kədər qollarını sardı boynuma.
Bəxtin daş üzünə yumub gözümü,
Sığındım şəklinin isti qoynuna.
Nişan üzüyümün bölündü qaşı,
Danladım taleyi, bəxti qınadım.
Sənsiz haray çəkən dəli sevdamın,
Dünyanı bürüyən ahına yandım.
Qərənfil baxışlı şəhid sevgimin,
Bükülməz qaməti, əyilməz başı.
Nakam bəxtimizin son əmanəti-
Şəhid libasında bir məzar daşı...
18.12.2020.
* * *
Ömrümün xəzan çağında,
Axtarıram gəncliyimi.
Taleyimin baxışında,
İtirmişəm dincliyimi.
Qocalığın gül nəfəsi,
Saçlarıma sığal çəkir.
Gözlərimin quzey qarı,
Yollarıma həsrət əkir.
Bəxtin acı gülüşündən,
Cana doyub gözlərim də.
Arzularım inildəyir
Yorgun-yorğun sözlərimdə.
Boylandığım ümidlərə,
Kədər adlı yol salmışam.
Bu dünyanın sərt üzünə,
Görən niyə doğulmuşam?
Xalidə NURAY,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.