Masallı rayonunun Ərkivan kəndində anadan olub.
Ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar, İlk təhsilini Binəqədi rayonundakı 283-saylı tam orta məktəbdə alıb. O, oxuduğu müddətdə dərs əlaçısı olmağından əlavə bir çox xüsusiyyətlərinə görə yaşıdlarndan fərqlənib. Onun həm özünə qarşı, həm də dərslərinə qarşı tələbkarlığı müəllimlərinin gözündən qaçmayıb. Sabrina bütün sınaq testlərində, ictimai işlərdə, keçirilən tədbirlədə fəallığı ilə seçilirib. Hətta ilin şagırdı adına layıq görülərək, pul mükafatı da alıb.
Sabrina hələ altıncı sinifdə oxuyarkən Bakı Dövlət Universitetinin məktəblilər arasında keçirdiyi müsabiqədə testləri yüksək faizlə verdiyi üçün, universitetin “Gənc İstedadlar” litseyinə dəvət alır. Həmin ildə Sabrinagilin ailəsinin Amerikaya köçməsi üçün “Yaşıl Kart”ının(Green kart)vaxtı çatdığından, o ailəsi ilə birlikdə ABŞ-a köçməli olur.
Sabrina ailənin ilk övladıdır. Onun özündən kiçik iki qardaşı da vardır: Ruslan və Nurlan. ABŞ-da, Vaşinqtonda yerləşən ailənin ilk övladı olan Sabrina elə həmən vaxtdan da orada məktəbin yeddinci sinfinə qəbul olunur. O, riyaziyyat fənnindən yaşıdlarından bilik cəhətcə fərqləndiyi və ingilis dilində mükəmməl bildiyi üçün test ilə yoxlamadan keçərək, bir sinif yuxarıya, yəni 8-ci sinfə keçirilir.
Sabrina orta məktəb həcmində təhsil almaqla yanaşı, kompüter elmi ilə də məşğul olurdu. Baxmayaraq ki, o Azərbaycanda bu dərsi həftədə bir dəfə keçsə də, Amerikada gündəlik bu dərslə məşğul olmuşdur.
Amerikada orta məktəb on ikiillik olduğundan, Sabrina Vaşinqton hökumətinin razılığına əsasən 12 illik dərs bazasını vaxtından iki il əvvəl bitirə bilir.
Sevindirici haldır ki, Sabrina Vaşinqtonda oxuduğu müddətdə, məktəbdə yüksək bal topladığı üçün keçirilən tədbirdə Azərbaycanın üçrəngli bayrağını qaldırmışdır. Bu bayraq hal-hazırda da həmin məktəbdə dalgalanmaqdadır. Gənc, istedadlı gəncimiz Sabrina Mikayılovanı Azərbaycanın Vaşinqtondakı səfirliyi şəxsən özü səfirlik tərəfindən keçirilən, demək olar ki, bütün tədbirlərə ailəlikcə dəvət edirlər.
2019-cu ildə Sabrina SAT (Scholastic Artitude Test) ali məktəbə qəbul testlərini müvəffəqiyyətlə və yüksək balla verərək, 16 yaşında Amerikanın ən nüfuzlu və Maryland ştatının 1 nömrəli Universitetinə “Universitv oh Maryland” qəbul olunmuşdur.
Sabrina Mikayılova oxuduğu müddətdə, dərs ilinin hər rübündə fərqləndirici mükafatlarla təltif olunmuşdur. Bu gənc qız indiyə qədər 20-yə yaxın fəxri fərman və diplomlar, eləcə də 7 medal qazanmışdır. Ailəsinə hər zaman sevinc yaşadan Sabrina qazandığı uğurları ilə kifayətlənməyir, daha böyük nailiyyətlər qazanmaq arzusundadır.
Oxuduğu məktəbdə yuxarı sinif dərsləri universitet həcmində keçirildiyindən, hər il yerli hökumət tərəfindən Sabrinanın valideynlərinə razılıq məktubları göndərilmişdir. Məktublarda gənc qızımızın yüksək bacarığından, istedadından bəhs edilərək, valideynlərinə xüsusi təşəkkürlər ünvanlanmışdır.
Sabrina həm tibb sahəsinə, həm də kompüter sahəsinə maraq göstərir. Arzuları bitib, tükənməyən Sabrinanın ən böyük arzusu isə seçdiyi tibb sahəsi və kompüter proqramı üzrə təhsilini Horward universitetində oxuyub, başa vurmaqdır.
Sabrina ABŞ-dan ölkəmizin birinci vitse-prizidenti xanım Mehriban Əliyevaya öz uğurları haqqında məktub ünvanlamış və Azərbaycan gənclərinin bu gün xaricdə təhsil almasına görə ölkə başçısı cənab İlham Əliyevə də öz minnətdarlığını bildirmişdir. O, məktubda qeyd etmişdir ki, xaricdə təhsil alan gənclərimiz hansı sahədə olursa-olsun Azərbaycanın adını uca tutmağa çalışırlar.
Biz inanırıq ki, Sabrinanın universitetdə də dərsləri yüksək səviyyədə olacaqdır və növbəti dəfə bayrağımızı universitetdə dalğalandıracaqdır. Azərbaycanın bu cür istedadlı qızı ilə fəxr etməyə haqqı vardır. Biz isə Sabrinaya təhsilində və gələcək işlərində daim uğurlar qazanmağı arzulayırıq.
Pərixanim Mikayilqızı,
"Elm və Təhsil" qəzetinin baş redaktoru, AJB-nin üzvü, tədqiqatçı jurnalist, sair-publisist,
"Abdulla Şaiq", "Qızıl Qələm", "XXI Əsrin Ziyalısı" mükafatları laureatı,
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondunun" Fəxri diplomçusu
turan.info.az
.