"Azərbaycan diasporu" dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. Azərbaycanlıların xarici ölkələrə axını XX əsrin əvvəllərində daha geniş vüsət almağa başlamışdı. Bunun da səbəbi həmin dövrdə baş vermiş ictimai-siyasi proseslər idi.
Aparılmış məqsədyönlü işlər nəticəsində bir çox ölkələrdə 40-a yaxın Azərbaycan icmaları yaradılmışdır.
Belə bir icmalardan biri də Rusiyanın Moskva şəhərində məskunlaşmış azərbaycanlılardan ibarət təşkil olunmuş "Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlıların Mill Mədəni Muxtariyyəti"dir. Təkilatın sədri Kazımov Əli Əli oğludur.
Təşkilat digər diaspora təşkilatları ilə birlikdə Moskvada və eləcə də Rusiyanın müxtəlif şəhərlərində dövlət tədbirləri keçirir. Rusiyada yaşayan azərbaycanlı ziyalıların, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının, şair və yazıçıların anım günlərini, yubileylərini, xatirə və yaradıcılıq gecələrini keçirir, onlarla görüşlər təşkil edir.
Cari ilin yanvarın 24-də Dövlət Dumasının keçirilən iclasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları general-mayoru Həzi Aslanovun adını əbədiləşdirmək üçün Rusiyada küçələrdən birinə onun adının verilməsi barədə Əli Kazımovun rəhbərlik etdiyi Təşkilat və diaspora fəalları tərəfindən Dövlət Dumasının rəhbərliyinə məktub ünvanlanmışdır.
İyunun 15-də Qurtuluş günü və 26 iyun Silahlı Qüvvələrin yaranmasının 101-ci il dönümü münasibətilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Əli Kazımov və diaspora fəalları iştirak etmişdir.
Bu gün Əli Kazımovun rəhbərlik etdiyi Təşkilatın uğurları sərhəd tanımır. Əminəm ki, Təşkilat bundan sonra da yeni-yeni uğurlara imza atacaq, Rusiyadakı diasporamızı yüksək şəkildə təmsil edəcəkdir.
YUNİS QARAXANOV.
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin redaktoru,
"Borçalı" NPM-nin ədəbi redaktoru, şair-publisist.
turan.info.az
.