Kəndli qızın şəhərdə gəlin olmaq faciəsi

Kəndli qızın şəhərdə gəlin olmaq faciəsi Tənbəl və hegemon qaynanaların ən asan çıxış yolları kənddən savadsız, avam bir kəndli qız gətirib, oğullarına arvad etmək və gəlin adlanan bu robotu idarə etmək, ömrünün sonunacan rahat bir həyata qovuşmaqdır. Evin bütün işlərini kənddən gətirdiyi malın üzərinə yükləmək, fiziki işlərdən ömürlük yaxa qurtarmaqdır. Bu robot evinə ayaq basdığı gündən kraliçalıq taxtına əyləşən qaynana əmirlərinə müntəzəm dayanmış robotu taxtından idarə edir.

Kənddə yaşayan, çörəyini daşla qamqalağın arasından çıxaran, dırnağının hər damcı qanına bir qəpik belə qazana bilməyən kəndli valideynlər nə yolla olur olsun, hansı şərtlər altında olmasının fərqinə varmadan özlərinin çəkdiyi zülmləri gələcəkdə qızlarının çəkməməsi üçün yeganə qurtuluşu qızlarını şəhərə ərə verməkdə görürlər. Kənddə yaşayıb fiziki əziyyətlərə qatlaşan valideynlər qızlarını şəhərə ərə verməklə həmin qızın həm fiziki, həm də mənəvi iztirablarla yüklənəcəyini bilmirlər. Qızlarının qurtuluşu adlandırdıqları şəhərdə gəlin olmaq xülyası qızlarının həyatını mənəvi iztirablarla dolu cəhənnəmə çevirir.
Biçarə kəndlinin nə özünə geyim seçib almağa, nə də hansısa şəhərli qızlar, gəlinlər kimi kef məclislərinə getməyə, günlərini əyləncələrdə, kompüter arxasında keçirməyə haqqı çatır. Axı şəhərli qızlardan bu xüsusiyyətlərə görə qaçan qaynana idarə etdiyi bu robotu cəmiyyət içinə çıxaraq görüb götürməsinə, gözlərinin açılmasına imkan verə bilməz. O, bu evə avam kəndli qız kimi girdi və belə də cəsədi çıxmalıdır.

Şəhərli qız gəlib ayrı ev, rahat, sərbəst həyat tələb edəcəkdi. Kənddən gətirdiyi “heyvan” isə aza da qane olur, çoxa da. Hər iztiraba, çətinliyə sinə gərir. İztirablar içində qovrulsa da, söz deməyə özündə cəsarət tapmır. Axı dözməməyə, səs çıxarmağa haqqı yoxdur. Əgər səsini çıxarsa, qaynana adlanan kraliça “qudurmusan, səni ağ günə çıxardım, palçığın içindən çıxarıb, gətirib, evimdə arvad etdim” deyib, çıxdığı yeri başına vuracaq.
Qız övladına təhsili lazımsız bilən valideynlər! Şəhərə ərə verib, elm vermədiyiniz qızınızın şəhərdə xanım olacağını düşünürsünüzsə, çox böyük səhvə yol verirsiniz! Siz öz övladınızı şəhərə gəlin yox, xadimə göndərirsiniz!

“Gəlin evin süpürgəsidir, harada qoysam, orada da durmalıdır”. Bəli, belə avam gəlini elə süpürgədən başqa müqayisə etməyə münasib bir əşya yoxdur.
Bizim mentalitetimiz böyüyə hörmət etməyi, kiçiyə qayğı göstərməyi tələb edir. Yoldaşının valideynlərini öz doğma valideynlərin gözündə görməyi, onlara sevgi və nəvaziş göstərməyi mənəvi borc bilir. Lakin böyük adlandırdığımız o şəxslər kiçiyə qayğı göstərirmi? Xeyr... “Yad qızıdır, yad qızından bizə nə” deyib kənara çəkilirlər. Axı gəlin onların canından, qanından olan öz qızları deyil. Üstəlik o qəlbində kin bəsləməyən, pisliyə yaxşılıqla cavab kasıb bir kəndlidir.
Kəndli qızı evində gəlin görmək istəyən qaynana, qayınata daha bir məqsəd güdür – nəsillərini yetərincə artırmaq, çoxlu nəvə sahibi olmaq. Şəhərli qızın 1-2 uşaqdan artıq dünyaya gətirmədiyi halda, yazıq kəndlini camış kimi ildə bir bala verməyə vadar edirlər.
Şəhərli qızın qızıl, brilyant, brend libaslar əmr etdiyi halda, bir kəndlinin başını ucuzvarı bir qızıl dəsti ilə qatıb, qoyun tək sürüyüb evlərində gəlin yox, qul edirlər. Yazıq gəlinin gününü qara edən qaynana onun avamlığından istifadə edərək, gəncliyini məhv edir, hüquqlarını tapdalayır. Öz doğma övladını tərbiyə etmək, övladına arzuladığı adı qoymaq haqqını əlindən alır. Axı savadsız kəndlidir. Çünki ona qarşı ilk haqsızlığı öz doğma valideynləri edərək, onu təhsildən yayındıraraq savadsız yetişməsinə səbəb oldular. Artıq həyatı haqsızlıqlar üzərində qurulan kəndli qız nə uşaqlığını, gəncliyini yaşaya biləcək, nə də gəlinliyini. Çünki avam birinin şəhərə gəlin gəlməsi özü bir faciədir. Gəlin gəldiyi ailə tərəfindən verilən əziyyət və əzablar onun qara boyanmış həyatını faciəyə çevirir. Şipşirin yuxusuna belə haram qatılır. Gəlin səhər 8-dən ayaq üstdə olmalıdır. Onun yuxu yatmağa haqqı yoxdur. Axı o, kənddən şəhərə gəlmiş bir gəlindir. Evin qulu, nökəridir. Evdə gəlindən, ailə üzvündən başqa qulluqçu, nökər, xadimə kimi missiyaları yerinə yetirən bir ünsürdür.
Bir kəndli qızın haqsızlıqlara, əziyyətlərə məruz qalmasının tək səbəbi öz hüquqlarını bilməməsidir. Mən özüm də kəndliyəm. Kəndli olduğumu heç vaxt gizlətmirəm, kəndli olduğumdan utanmıram. Kəndli qızları əzilməməyə, vüqarlı olmağa səsləyirəm. Çünki bir insan kəndliliyindən deyil, öz insani xüsusiyyətlərindən utanmalıdır!!!
Hz. Əli buyurmuşdur: “İnsanlarla yaxşı davranın ki, bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb, sizin üçün ağlasınlar. Qalsanız, sizin tərəfdarınız olub, sizə əşbət etsinlər”.

Elida Muxayeva

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elida MUXAYEVA: Vağzalı qurbanları

Elida MUXAYEVA: Vağzalı qurbanları

MEDİA, Tiflis, Köşə yazılar
Düşünməyə dəyər:

Düşünməyə dəyər: "Nədən boşanmış qadınlar, ya boşanmaq istəyən qadınlar in ...

"Elm və Təhsil", Köşə yazılar
Boyunduruq altinda yetişən gənclik

Boyunduruq altinda yetişən gənclik

Gənclik, Köşə yazılar
Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Borçalı, Poeziya
Elida Muxayeva: Bu sənəti mənimçün seçiblər

Elida Muxayeva: Bu sənəti mənimçün seçiblər

MEDİA, Köşə yazılar
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

---
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Köşə yazılar
AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTER

AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTER

Ədəbiyyatşunaslıq, "Ümid"
Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Köşə yazılar
SEYMUR  SÖNMƏZ (PAŞAYEV)

SEYMUR SÖNMƏZ (PAŞAYEV)

Müsabiqə
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Şəfa Abdulla:

Şəfa Abdulla: "ADEL" SİNDROMU...

Nəsr, Müsabiqə
Dostlar, gəlin dəstək olaq!..

Dostlar, gəlin dəstək olaq!..

Mədəniyyət, Elanlar
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
Elida Muxayeva: Lüğətimizdə ÜMİD adlı bir söz var...

Elida Muxayeva: Lüğətimizdə ÜMİD adlı bir söz var...

Köşə yazılar
ABAY PAŞAYEV: Uzaqdan durub bizə yol göstərməyinizdən əl çəkin, xahiş edirə ...

ABAY PAŞAYEV: Uzaqdan durub bizə yol göstərməyinizdən əl çəkin, xahiş edirə ...

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Qarayazı
Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar!

Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar!

Tiflis, Köşə yazılar
Nailə MİRZƏYEVA:

Nailə MİRZƏYEVA: "Darısqallıq" (HEKAYƏ)

AzTU, Nəsr
Uçurumun kənarında (hekayə)

Uçurumun kənarında (hekayə)

Nəsr, Müsabiqə
Dərya QILINC:

Dərya QILINC: "İNTİHAR" (Hekayə)

Nəsr, Müsabiqə
Rəy yazın: