Mətbuat Şursının sədri,
Milli Məclisin deputatı,
Azərbaycan-Gürcüstan
Parlamentlərarsaı
Dostluq Qrupunun
rəhbəri
ƏFLATUN AMAŞOV
özünün "Fecebook"
Sosial şəbəkəsindəki
səhifəsində
Ustad Aşıq
MƏHƏMMƏD SADAXLInın
vəfatı ilə bağlı
münasibət bildirib.
Münasibətdə deyilir:
Qətiyyətlə demək olar ki, klassik aşıq sənətimiz özünün mogikanını itirdi. Həqiqətən də ustad Məhəmməd Sadaxlının vəfatı sazlı-sözlü Borçalı yurdu, ümumən müasir Azərbaycanın aşıq sənəti üçün son dərəcə böyük itkidir. Bu itkinin miqyasını dəyərləndirmək üçün çox söz demək, çox fikirlər səsləndirmək mümkündür və səsləndirilir də. Ancaq əminəm ki, söylənilənlərin heç biri böyük sənətkarın özünəxas dünyasının mahiyyətinə nəzər salmaq baxımından yetərli deyil.
Düşünürəm ki, Azərbaycan aşıq sənəti ardıcıllıq prinsipinə sadiqdir. Məhəmməd Sadaxlı bu ardıcıllığı qoruyan ozanlarımızdandır, bir növ körpüdür. Onun yetirmələrinin sayı-hesabı yoxdur. Onların hər biri özlərində Qurbaninin, Abbas Tufarqanlının, Aşıq Ələsgərin, Xındı Məmmədin, Hüseyn Saraclının, adını çəkmədiyim digər böyük sənətkarlarla yanaşı, eyni zamanda öz ustadlarının ruhunu yaşadırlar. Beləcə ənənələr, dəyərlər, ənənə və dəyərlərlə özündə varlıq simvolunu ucaldan bütöv xalq yaşayır. O xalq üçün sərhəd anlayışı nisbidir. O xalq üçün böyüklük, məğrurluq və əzəmət var.
Məhəmməd Sadaxlı bütöv bir nəslin saza, xalq yaradıcılığına möhkəm bağlantısıydı. Bu bağlantı doğma yurda, elə-obaya, adət-ənənəyə və yaşantıya bağlantı çağırışıydı. Bu bağlantı dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Borçalı sakininin qulaqlarındakı cingingiltiydi. Bəli, azan səsi qədər müqəddəs cingilti...
Allah rəhmət eləsin!..
.