Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi Mingəçevir Gənclər evi- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 07 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.1.5. (Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda “Gənclər evi”nin yaradılması) yarımbəndinə müvafiq olaraq 16 aprel 2013-cü il tarixində ölkə başçısı cənab İlham Əliyevin şəxsən iştirakı ilə istifadəyə verilib.
Respublika üzrə hazırda fəaliyyət göstərən 12 Gənclər evi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyindədir.
Mingəçevir şəhərində istifadəyə verilən “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi Respublikanın ilk ən böyük gənclər mərkəzlərindən biridir.


“Mingəçevir Gənclər evi”-nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi, gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının səmərəli təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsidir. Ölkədə həyata keçirilən gənclər siyasətinin geniş miqyaslı təbliği, məlumat-maarifçilik fəaliyyəti, bu sahəyə dəstək verilməsi və onun təşvir edilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, qeyri-formal təhsil, sağlam həyat tərzinin təbliği, peşə seçimində onlara lazımı dəstəyin göstərilməsi Gənclər evinin əsas fəaliyyət istiqamətlərindəndir.


Mingəçevir Gənclər Evi Mingəçevir Gənclər evində
4 dərnək fəaliyyət göstərir ki,
müəssisənin əsas fəaliyyəti
bu dərnəklərin işi üzərində qurulub.


* Sosial-ictimai inkişaf dərnəyi;
* İKT və İnnovasiyalar dərnəyi;
* İstedadlı Gənclər dərnəyi;
* Elm və təhsil dərnəyi.


Bundan əlavə, dərnəklərin tərkibində müxtəlif istiqamətli klublar yaradılıb. Bu klubların işiistər uşaq, yeniyetmə və gənclərin, istərsə də müxtəlif yaş qruplarından olan şəxslərinasudə vaxtlarının səmərəli təşkilinə xidmət etməklə yanaşı, onların müxtəlif bilik və bacarıqlar əldə etməsinə yönəldilib.

Mingəçevir Gənclər Evi Hal-hazırda yeniyetmə vəgənclər üçün mütəmadi olaraq hüquqi və psixoloji konsultasiyalar həyata keçirilir.
Fərdi konsultasiyalarla yanaşı, imtahan ərəfəsində yeniyetmə və gənclərlə maarfiləndirici görüşlər təşkil edilir, onlara müxtəlif psixoloji məsləhətlər verilir.
Düzgün karyera seçimində gənclərə psixoloji və mənəvi yardım göstərilir.

Mingəçevir Gənclər Evi Onların zərərli vərdişlərdən uzaq olması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə mütəmadi işlər aparılır. İstənilən yaşda qayda-qanunlara əməl olunması, başqalarının hüquqlarını pozmadan öz hüquq və azadlıqlarını bilmək və ona uyğun hərəkət etmələri məqsədilə, müəssisənin hüquqşünası ilə məsləhət saatı təşkil olunur.
Ümumilikdə, 801 nəfər gənc hüquqi, 179 nəfər gənc isə psixoloji xidmətlərdən yararlanıb.
Yeniyetmə və gənclər istənilən zaman müəssisəyə müraciət edib hüquqi və psixoloji məsləhət ala bilərlər.

Mingəçevir Gənclər Evi “İstedadlı Gənclər” dərnəyinin tərkibinə daxil olan Rəsm, Rəqs, Gitara, Pianino Klubları yaradıcı və istedadlı gənclərin bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır.
“Sosial-ictimai inkişaf”, “İKT və İnnovasiyalar” dərnəyi müxtəlif təlim, seminar və tədbirlər həyata keçirməklə, yeniyetmə və gənclərin dəyişən dünyanın tələblərinə uyğunlaşması, şəxsi inkişaflarına xidmət edir.
Yeni elan olunan müsabiqə, müxtəlif regionlarda və paytaxtda keçiriləcək təlimlər, dövlət proqramları ilə bağlı mütəmadi şəkildə məlumatlandırma işləri aparır.

Mingəçevir Gənclər Evi Bu gün gənclərin müxtəlif bilik və məlumatlarla təmin olunmasının əhəmiyyətini dərk edən, sağlam düşüncəli gənclərin formalaşdırılmasında öz vəzifəsini layiqincə yerinə yetirən Mingəçevir Gənclər Evi mütəmadi olaraq ekoloji layihə, ekotur və infoturlar həyata keçirir.
Layihələrdə iştirak edən gənclər təbiəti mühafizə etmək üçün səylə çalışır, özləri də təbiətin qorunması sahəsində müxtəlif təşəbbüslərlə çıxış edirlər.

Şəhərimizin, eyni zamanda ölkəmizin turizm potensialının üzə çıxarılması, tariximizin gənclər arasında təbliğiməqsədilə onlar üçün müxtəlif region və bölgələrə infoturlar təşkil edilir. Mingəçevir Gənclər evinin tərkibində fəaliyyət göstərən İnkişaf və Karyera Mərkəzi gənclərin könüllü fəaliyyətə cəlb olunması yolu ilə ilkin peşə təcrübəsi qazanmalarına kömək edir. Burada gənclər kollektivdə işləməyi öyrənir, müxtəlif sahələrin iş prinsipi ilə tanış olur, gələcək karyera həyatına hazırlıq prosesi keçirlər. Həmçinin gənclərə karyera planlaşdırılması və inkişafı sahəsində müxtəlif təlim, seminar və məşğələlər təşkil edilir. Gənclərin təhsilini davam etdirməsi və karyera fəaliyyətinə dəstək olmaq məqsədilə, klublarımızda Magistratura mərhələsi, Müəllimlərin İşə Qəbulu, ali hüquq təhsilli gənclər üçün Ədliyyə, Polis və Prokurorluq orqanlarının və Direktorların İşə Qəbulu üzrə müsabiqə mərhələsinə hazırlıqlar keçirilir.

Hökumət təşkilatları ilə yanaşı, bir çox qeyri-hökumət təşkilatları ilə də əməkdaşlıq edən “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi layihə və təlimlərin keçirilməsində tərəfdaş qismində çıxış etməklə, onların fəaliyyətinə dəstək olur.
Mingəçevir şəhərində fəaliyyət göstərən ilk yerli, müstəqil Qeyri-Hökümət gənclər təşkilatı olan“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi də məhz Mingəçevir Gənclər evində fəaliyyət göstərir.
8 may 2013-cü ildə bir qrup fəal region gəncləri tərəfindən təsis edilən İşıqlı Gələcək həmin ilin oktyabr ayının 24-də qeyri-hökumət təşkilatı kimi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Mingəçevir Gənclər Evi Birliyin fəaliyyət prinsipi gənclər arasında milli-mənəvi dəyərləri, vətənpərvərliyi təbliğ etmək, gənclərin hərtərəfli inkişafı üçün keçirilən tədbirlərə dəstək vermək, gənclərin marağına səbəb ola biləcək layihələrin hazırlanmasıdır. Birliyin tərkibində gənclərin asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirmələri məqsədilə müxtəlif klublar yaradılıb. Müxtəlif hökumət təşkilatları ilə əməkdaşlıq edən İşıqlı Gələcək yeniyetmə və gənclərin inkişafı, sağlam gələcəyi naminə bir çox layihələr həyata keçirib.

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun tərəfdaşlığı, Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən “Cənubi Qafqazda Məcburi köçkünlərin və əhalinin aztəminatlı təbəqəsinin sosial və iqtisadi inkişafı” layihəsi həyata keçirilir. Bu layihədə qeyd edilən sosial qruplardan olan gənclərin iş tapmalarına kömək məqsədilə fərqli mövzularda inkişaf təlimləri və kursları təşkil edilir. Proqramı bitirən bir çox gənc artıq müxtəlif idarə və təşkilatlarda işlə təmin olunub.

Mingəçevir Gənclər Evi “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi gənclərlə yanaşı digər kateqoriyadan olan şəxslərin, xüsusilə həssas qruplara aid əlilliyi olan gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mingəçevirşəhər Məşğulluq Mərkəzi ilə birlikdə müxtəlif proqramlar həyata keçirir. Hazırda gözdən əlilliyi olan gənclər üçün Kompyuter kursları fəaliyyət göstərir, “Aztəminatlı ailələrə özünəməşğulluğun artırılması layihəsi” çərçivəsində təlimlər aparılır.

Yeniyetmə və gənclərin bilik və bacarıqlarının zənginləşdirilməsi, hiss və emosiyalarının idarə olunması, müxtəlif vəziyyətlərdə doğru qərar qəbuletmələrinə kömək etmək məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNİCEF-in birgə təşkilatçılığı və Mingəçevir Gənclər evinin ev sahibliyi ilə “Əsas Həyat Bacarıqları” təlim kursu keçirilir. Təlim kursu iki yaş qrupu üzrə aparılır: 12-17 yaşarası yeniyetmə, 18-24 yaşarası gənclər.

Mingəçevir Gənclər Evi Yeniyetmə və gənclərin Gender bərabərliyi və reproduktiv sağlamlıq mövzusunda biliklərinin artılrılması məqsədilə BMT və Y-Peer Azərbaycan Şəbəkəsinin birgə təşkilatçılığı və Mingəçevir Gənclər evinin təşkilati dəstəyi ilə regionlarda ilk dəfə olaraq bu mövzular üzrə təlimlər keçirilib.

Mütəmadi olaraq özünüinkişaf təlimləri həyata keçirən“Mingəçevir Gənclər evi” sxm gənclərin intellektual bazasının möhkəmləndirilməsi, gənclər arasında sağlam rəqabətin formalaşdırılması məqsədilə “Xəmsə”, “Nə? Harada? Nə zaman”, “Breyn-rinq”, quzi formatında intellektual yarışlar təşkil edir.

Gənclər evləri arasında ilk səyyar təlimlərin keçirilməsi də məhz Mingəçevir Gənclər evinin adı ilə bağlıdır. Səyyar təlimin keçirilməsində əsas məqsəd Gənclər evi olmayan regionlarda uşaq, yeniyetmə və gənclər üçün müəssisənin xidmətlərini əlçatan etmək, onların dünyagörüşünün formalaşması, bilik və bacarıqlarınını inkişaf etdirilməsinə təkan verməkdir. Bundan əlavə, şəhərimizlə yanaşı, xüsusilə bölgələrdə yaşayan yeniyetmə və gənclərin təhsilə cəlb olunması, onlar arasında vətənpərvərlik işinin gücləndirilməsi, onlara hüquqi və psixoloji xidmətlərdən yararlanmaq imkanı qazandırmaq Mingəçevir Gənclər evinin əsas məqsədidir.

Mingəçevir Gənclər Evi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT və UNICEF ilə birlikdə uzunmüddətli proqramlar həyata keçirən Gənclər Evi Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Mingəçevir şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman İdarəsi, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi və s. ilə sıx əməkdaşlıq edir.

Müəssisənin gələcək fəaliyyətində əsas məqsəd daha çox yeniyetmə və gənci cəlb etməklə, onlara müəssisənin xidmətlərindən faydalanmaq, özünü inkişaf etdirmək imkanı qazandırmaqdır. Xidmətlərimizdən istifadə edən gənclərin əldə olunan bilik və bacarıqları tətbiq etməklə gələcək fəaliyyətlərində uğur qazanması Vətənə, xalqına layiqincə xidmət etməsi əsas hədəfimizdir.


Ənvər Durucalı,
Mingəçevir

turan.info.az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

Tv, Sosial, QHT
“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başl ...

“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başl ...

Regionlar, QHT
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

AzTU, QHT, GVİİM
Pekin şəhərində “Asiya-Afrika Gənc Sahibkarlar Forumu” həyata keçiriləcək

Pekin şəhərində “Asiya-Afrika Gənc Sahibkarlar Forumu” həyata keçiriləcək

Gənclik, QHT, Dünya
Marneulili Gənclər üçün Treninq

Marneulili Gənclər üçün Treninq

Borçalı
“İctimai Mədəniyyət” layihəsinin qalibi

“İctimai Mədəniyyət” layihəsinin qalibi

AzTU, QHT, GVİİM
AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

AzTU
“Təbiətlə dost olaq!” layihəsinin icrasına start verildi

“Təbiətlə dost olaq!” layihəsinin icrasına start verildi

QHT
“AzTU-da Gənclərin Virtual İnkişafı və  İdarəetmə Mərkəzinin Təqdimatı olac ...

“AzTU-da Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin Təqdimatı olac ...

AzTU, Elanlar, GVİİM
Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Digər ali məktəblər
“Ənənəvi Peşə Boxçası” layihəsi

“Ənənəvi Peşə Boxçası” layihəsi

AzTU, QHT, GVİİM
Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş Gənclər təşkilatlarının  ...

Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş Gənclər təşkilatlarının ...

Gənclik, QHT
Liseydə mükafatlandırma mərasimi

Liseydə mükafatlandırma mərasimi

Bakı, Məktəblər
Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclik, QHT
Əməkdaşlıq memorandumu imzalanacaq

Əməkdaşlıq memorandumu imzalanacaq

Borçalı, Elanlar
AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

Borçalı, Tiflis
Yusuf Məmmədəliyev:

Yusuf Məmmədəliyev: "Ulu öndər Heydər Əliyev Azərbaycanda Gənclər Gününü t ...

Azərbaycan, Gənclik
“Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği”nə start ve ...

“Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği”nə start ve ...

QHT
Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə gör ...

Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə gör ...

"Şərqin səsi", Milli Məclis
“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib

“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib

QHT
Rəy yazın: