HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM

HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açaraq multikulturalizmin əhəmiyyətindən, Azərbaycan dövlətinin indiyədək multikulturalizm siyasəti sahəsində əldə etdiyi nailiyyətlərindən danışdı. Ulu öndər Heydər Əliyevin milli dəyərlərimizin və adət-ənənələrimizin, ölkəmizdə yaşayan digər millətlərin və xalqların da hüquq və adət-ənələrinin qorunmasında multikulturalizmi vacib sahələrdən biri kimi dəyərləndirdiyini, ümumdünya mədəniyyətinə və sivilizasiyasına yeni töhfələrin verilməsində dövlətin zənginliyini, məhz öz ərazisində yaşayan bir çox xalqların mədəniyyətinin qorunmasında gördüyünü iştirakçıların nəzərinə çatdırdı. Sonra sədr Anarın Azərbaycan Yazıçılar Birliyində başqa seksiyalar kimi əhəmiyyətli olan multikulturalizm məsələləri üzrə işin icrasını tanınmış şair Xatirə Fərəcliyə həvalə olunduğunu bildirdi və ona yeni işində uğurlar diləyərək təbrik etdi.

HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli ona göstərilən etimada görə birliyin sədri Anar müəllimə dərin minnətdarlığını bildirdi və dəyirmi masa arxasında tədbiri davam etdirdi.
Xatirə Fərəcli ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin bir hissəsi olan ömür yolundan bəhs edərək onun xalqa bağlılığını, liderlik keyfiyyətinin bütün məziyyətlərinin hər kəsə bəlli olduğunu, öhdəsinə düşən, ömrünə yazılan missiyanı çox bacarıqla , xüsusi səriştə və ustalıqla, uzaqgörənliklə yerinə yetirdiyini vurğuladı. O çıxışında qeyd etdi ki, Heydər Əliyevin siyasi portretini bircə tezislə qeyd etmək kifayət edər ki, o ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə təmkinin itirməyən və dəqiq, əhəmiyyətli qərarlar verən bir lider idi.
Ulu öndər multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edib və fəaliyyətinin bütün sahəsində olduğu kimi multikulturalizm sahəsində də nəinki Azərbaycana, hətta dünya siyasətinə öz töhfələrini vermişdir.
Dəyirmi masa arxasına toplaşanlar ulu öndər Heydər Əliyevin və Vətən yolunda canını fəda etmiş bütün şəhidlərimizin xatirəsini əziz tutaraq bir dəqiqəlik sükutla yad etdilər.

HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun çıxışından sonra söz iştirakçılara verildi.

Dəyərli ziyalılardan tarix elmləri doktoru, professor, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində şöbə müdiri Yadigar Məmmədli, ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir, Azərbaycan Milli Konservatoriyasında Humanitar fənnlər kafedrasının müdiri Firudin Qurbansoy, AYB-nin kadrlar şöbəsinin sədri Arifə Əliyeva, İzrail-Azərbaycan Şahdağ Təşkilatının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri İsmayıl Zalov, Alban-Udi Azərbaycan Respublikasının Xristian İcmasının sədri Robert Mobili, “Milli dəyərlər üzrə maarifləndirmə” İctimai Birliyinin sədri, şair, jurnalist Gülşən Behbud, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri, ictimai xadim Zemfira Ağayeva, ETİ böyük elmi işçi, qəzəlxan şair Mahcamal Babayeva, “Dodo” qəzetinin redaktoru, yazıçı, jurnalist İradə Məlikova, “Dövlət və qanun” qəzetinin təsisçisi və baş redaktoru Yasəmən Möhübbətqızı, Dünya Axısxa Türkləri Birliyinin Azərbaycan təmsilçisi, Azərbaycanda yaşayan axısxa türklərinin “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İstitutundan beynəlxalq əlaqələr şöbəsinin müdiri Vəfa Saleh, azsaylı xalqlar şöbəsinin müdiri Cəmilə Novruzova və Asiya Mirzəyeva, AYB və AJB-nin üzvü, şair Fəxrəddin Meydanlı, Zərəngiz Mansurova və b. mövzu ətrafında maraqlı çıxışlar etdilər. Natiqlər çıxışlarında Azərbaycanın dünyada multikulturalizm və tolerant ölkə kimi tanındığını bildirdilər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri Rauf Aslanov, AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzazadə, pedaqogika üzrə fəlsəfə doktoru, uzun illər Moskvada Hərbi Akademiyada və etnik Azərbaycan məktəbində dərs demiş Mehriban Abdullayeva, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli, dəyərli qələm sahiblərindən Bəsti Əlibəyli, Şövkət Zarin, Giya Paçxataşvili, Vaqif Ağayev, Yaqoob Üsuli, Xəqani Abbasəli, Aygün Hacıyeva, Rəna İmanova, Narıngül Nadir, Şəmsiyyə Kərimova, Səkinə Qarayeva, Rafiq Ələkbərli, Gülnarə Məhəmmədqızı və başqaları da iştirak etdi.

“Heydər Əliyev və multikulturalizm” mövzusunda keçirilən dəyirmi masa maraqlı və yaddaqalan oldu.

HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM RƏNA TƏBƏSSÜM
AJB-nin üzvü

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“DÜNYADA  BIZ” LAYIHƏSINDƏ   YENİ  KİTAB  TƏQDİMATI

“DÜNYADA BIZ” LAYIHƏSINDƏ YENİ KİTAB TƏQDİMATI

Sumqayıt, QHT
Qürbətçi Türkmən yazarı Burhan Yaralı ilə yadda qalan görüş

Qürbətçi Türkmən yazarı Burhan Yaralı ilə yadda qalan görüş

Sumqayıt
Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mö ...

Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mö ...

Gəncə, Digər ali məktəblər
Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa ...

Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa ...

İctimai elmlər, Hüquq
Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

İctimai elmlər
MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

Milli Məclis, Siyasət
BDU Hüquq fakültəsinin müəllimlərinin nəzərinə!!!

BDU Hüquq fakültəsinin müəllimlərinin nəzərinə!!!

Hüquq, Elanlar

"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda e ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU
Şirxan Adıgözəlovun

Şirxan Adıgözəlovun "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nü ...

Yeni nəşrlər, Hüquq
Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə ...

Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə ...

BMU
“Vətən birdir – Azərbaycan”

“Vətən birdir – Azərbaycan”

QHT
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat ...

BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat ...

BSU
AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

Əsas xəbər, "Zirvə"
“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

"Şərqin səsi"
Xırdalanda Heydər Əliyevin anım mərasimi keçirildi

Xırdalanda Heydər Əliyevin anım mərasimi keçirildi

"Şərqin səsi"
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

Borçalı, Tiflis
Rəy yazın: