Var ol, Aşıq Ramin BORÇALI!..



Var ol, Aşıq Ramin BORÇALI!.. VAR OL, AŞIQ RAMİN! - MƏNİM ƏZİZ QARDAŞIM!..

Aşıq Ramin 1986 cı il iyun ayının 1-də qocaman Borçalının Təkəli kəndində dünyamıza göz açıb.
Atası - İsmixan bəy Raminin kiçik yaşlarından süpürgəni, maşanı saz edib sinəsinə basdığından təəccüblənmirdi, ona bir uşaq şıltaqlığı kimi baxırdı. Axı, onun heç yatanda yuxusuna da gəlməzdi ki, Ramin böyüdükcə ustadların izinə düşücək. Kiçik Ramin 6-7 yaşlarında aşıq mahnılarını zümzümə edirdi, onda bu həvəsi görən atası, Raminə saz almaq eşqinə düşdü. Bu xəbəri eşidən balaca Raminin sevincdən, sanki, ayağı yerə dəymirdi. Atasını dinc qoymurdu, hər gün “ata, bəs saz almadın?” deyə yoncuyurdu. Ata isə onun ipək kimi saçlarına sığal çəkir və “oğlum, söz vermişəmsə demək alacam” - deyirdi.

Nəhayət, arzular reallığa çevrildi. Atası saz alanda Raminin 9 yaşı var idi. Aşıq Kamandarın, Aşıq Əmrahın audio kassetlərini dinləməyi çox sevərdi və heç onlardan ayrılmazdı da. Ustadların laylalarının içində Ramin aşıqlaşdı. O, 14 yaşında artıq toylara dəvət olunurdu. Yeri gəlmişkən 14 yaşdakı qəhrəmanlıqdan söhbət düşəndə istər-istəməz Şah İsmayıl Xətai yada düşür. Mənim təsəvvürümdə Ramin də növbəti qəhrəmanlardandır.

Sultan Fatih Mehmetin İstanbulu fəth etdiyi yaşında olan 21 yaşlı Ramin 2007-ci ildə Lider televiziyası ilə yayımlanan “Ozan aşıq müsabiqəsi”nin ən güclüsü olduğunu sübuta yetirdi. Bundan öncə də o, bir neçə müsabiqələrdə iştirak etmiş və birinci yeri tutmuşdur, bunlardan 2006-cı ildə Tovuz şəhərində SM TV ilə yayımlanan müsabiqədə birinci yeri tutaraq fəxri fərmanla və “Qızılsaz” mükafatı ilə, 2007-ci ildə Borçalıda Marneuli şəhərində keçirdilən müsabıqədə “Kamandar” mükafatilə təltif olunmuşdur, yenə də 2007-ci ildə Türkiyənin Qars şəhərində Murad Çobanoğluya həsr olunmuş konsertdə Dərviş Osman Əhmədoğlunun rəhbərliyi ilə iştirak etmiş və fərqlənərək “Atatürk qızıl medalı”, diplom və ödüllərlə təltif olunmuşdur.

Bu gün Raminin böyüklüyü dərk edənlərin, böyüklərin, onun gələcəyinə ümidlə baxanların, saz sənətinin ölməzliyini qəbul edənlərin və eləcə də türk mədəniyyətini sevənlərin, onu qorumaq istəyən hər kəsin qayğısına ehtiyacı var. Adlarını bildiyi bütün saz havalarını çox məharətlə çalan Ramin məhz sazı yaşatmaq üçün gəlib dünyaya. Bilgimə görə Aşıq Ələsgər 72 saz havası çalırmış, bu rəqəm Aşıq Əmrahın ifasında 81-ə, Aşıq Kamandarın ifasında isə 86-ya çatmışdı. İndi Ramin bu havaların hər birinin nurunda cilalana bilir. Onu tez anlayan ustad aşıq Kamandarın oğlu Əflatun eyni ümidlə atasının sazını Raminə bağışladı və ustadın 75 illik yubileyində Xalq Şairi Zəlimxan Yaqubla folklorşünas alim Elxan Məmmədlinin təşəbbüsü ilə Raminə “Kamandar” təxəllüsü verildi.

Nəhayət, "Mən də öz növbəmdə bir sazsevər kimi böyük ustad Aşıq Kamandarın nizamlı, intizamlı yolu ilə gedən Raminin gələcəyinə çox böyük ümidlə baxıram və dünənki Aşıq Kamandarı sabahkı Aşıq Ramin Kamandar kimi görürəm..." - deyən tanınmış şair-publisist qardaşımız Elbəyi CƏLALOĞLUnun dəyərli fikirləri ilə biz də həmrəy olduğumuzu bildirir, Aşıq Raminə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda Elbəyi Calaloğlunun Aşıq Raminə həsr etdiyi biri şeiri oxucularımıza ərmağan edirik.

Müşfiq BORÇALI.



Var ol, Aşıq Ramin BORÇALI!.. "RAMİN, ÇAL SAZINI
YATMASIN ALƏM..."


Sədəflərdə ruhun çapsın atını,
Təzanədən nə imdad um, nə kərəm.
Qoy başını tavar sazın döşünə,
Simlərə yapışmış misralardan əm!
Ramin, çal sazını yatmasın aləm!

Anlat bilməyənə sazın dadını,
Uca saxla ustadların adını,
Dəyiş xan Əslinin etiqadını,
Təzim etsin qüdrətinə, qoy Kərəm!
Ramin, çal sazını yatmasın aləm!

Sən bir palıd pöhrəsisən, dayan şıq,
Sən aydınlıq cövhərisən sal işıq,
Aşıq var ki, el obaya yaraşıq,
Aşıq da var xərçəng, iflic, dərd, vərəm!
Ramin, çal sazını yatmasın aləm!

Tarix bilər Kamandarın yaşını,
Təzim edər el Əmraha başını,
Sən də devir telli sazın qışını,
Qoyma onu bürüməyə qəm, sitəm.
Ramin, çal sazını yatmasın aləm!

Elbəyinin ürəyində saza bax,
Saz üstündə ömrə gələn yaza bax,
Milyon ilsə yaşı, yenə təzə, bax,
Köklən saza de – Arazam, de - Kürəm!
Ramin, çal sazını yatmasın aləm!

4 октября 2012

[media=https://www.facebook.com/video.php?v=1934474560110969]
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Aşıq Ramin Qarayev

Aşıq Ramin Qarayev

Mədəniyyət, Tv, Borçalı
Ramin Musayev (1963)

Ramin Musayev (1963)

Bolus, İdman
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Diasporla İş Üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin edilib

Diasporla İş Üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin edilib

Diaspora
AzTU məzununun uğur hekayəsi: RAMİN ABDULLAYEV

AzTU məzununun uğur hekayəsi: RAMİN ABDULLAYEV

AzTU-nun MƏZUNLARI, AzTU
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
SAZIN QALXAN BAYRAĞI

SAZIN QALXAN BAYRAĞI

UNUTSAQ, UNUDULARIQ!....
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987)

AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Tiflisdə

Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib

Borçalı, Tiflis
Gənc aşıq Fatimə Şahmarlı

Gənc aşıq Fatimə Şahmarlı

"Elm və Təhsil", Gənc istedadlar
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

"Şərqin səsi", Borçalı, Müşfiq Borçalı
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Rəy yazın: