Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilibXalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilibXalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilibXalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilibXalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib 2018-ci il Martın 12-də
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq Şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Tələsin insanlar, əldə tutmağa” adlı ədəbi-bədii gecə keçirilib.


turan.info.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin “Cabir Novruz” Mədəniyyət Fondu ilə birgə hazırladığı tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Xatirə gecəsində Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək görkəmli ədibin zəngin və mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, çoxşaxəli yaradıcılığından və yorulmaz ictimai-siyasi fəaliyyətindən söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edilib ki, şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.

Diqqətə çatdırılıb ki,
C.Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirlər və poemalar kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.

Cabir Novruzun şeirləri, poemaları əsrimizi, müasirlərimizi düşündürən aktual problemlərə - insan ömrünün mənasına, müharibənin bir nəslin taleyinə vurduğu yaralara, gündən-günə çiçəklənən ölkəmizin qüdrətinə, zəhmət adamlarının mənəvi dünyasına yazılmış nəğmələrdir, himnlərdir. O, elə ilk şeirlərindən sadə insanların, adi adamların tərənnümçüsü olmuşdur. Şairin tərcümeyi-halı poeziyası ilə ahəngdardır. O, müharibənin ağrı-acılarını öz taleyində daşıyan nəslin nümayəndəsidir. C.Novruz poeziyası sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, onun şeirlərinə çoxlu mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Vurğulanıb ki, əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində, xüsusilə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, Xalq Şairi, “Əməkdar incəsənət xadimi” fəxri adlarına, dövlət mükafatına, ordenmedallara layiq görülüb.

Cabir Novruzun həyatının müxtəlif məqamlarını əks etdirən videomaterialların da təqdim olunduğu gecədə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar Artist Azad Şükürov şairin şeirlərini səsləndirib və tanımış müğənnilərin ifasında sözlərinə yazılmış mahnılar oxunub.

Sonda şairin oğlu Müşfiq Cabiroğlu ailələri və bütün Cabirsevərlər adından Yubileyin təşkilatçılarına, şəxsən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə, “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti Cavanşir Qurbanova, eləcə də bütün iştirakçılara minnətdarlığını bildirib.

Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

QHT
Müşfiq Cabiroğlu vəfat edib

Müşfiq Cabiroğlu vəfat edib

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB

Müşfiq Cabiroğlu son mənzilə yola salınıb - YENİLƏNİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət

"DANIŞAN QAYALAR" filminin təqdimatı olub

QHT, Müşfiq Borçalı
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

"Zirvə", Turan

"Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib

Mədəniyyət
Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

AzTU
Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun  xatirəsi anılıb

Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun xatirəsi anılıb

Borçalı, Qarayazı
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub

Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub

Təbriklər
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

---
MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

Tarix, QHT, Müşfiq Borçalı
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Regionlar, Humanitar elmlər
= TƏBRİK  EDİRİK !.. =  Professor  Nizaməddin  Şəmsizadənin     60 illik Yu ...

= TƏBRİK EDİRİK !.. = Professor Nizaməddin Şəmsizadənin 60 illik Yu ...

Mədəniyyət, Təbriklər
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Bolus
AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik  ...

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik ...

AzTU
Rəy yazın: