Azərbaycan Yazıçılar Birliyinin
Xəzər bölməsinin təşkilatçılığı ilə
Buzovna qəsəbəsi,
Ruhulla Axundov adına
Mədəniyyət evində
fəaliyyət göstərən
“Poeziya klubu”nun
növbəti şeir məclisi
keçirilib.
AYB-nin Xəzər Bölməsindən Ülviyyə İsrafilova turan.info.az-a bildirib ki, tədbiri giriş sözü ilə AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı açıb.
O, bu cür məclislər keçirməkdə məqsədin gənclərin ədəbiyyata, şeirə, poeziyaya marağını artırmaq olduğunu vurğulayıb və qeyd edib ki, bu əmanəti layiqincə qoruyub, gələcək nəsillərə ötürmək vacibdir.
Tədbirdə, Bakı və Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən şair və yazarlar da iştirak edib.
Gecədə gənc şairlər öz əsərlərini oxuyublar.
Poeziya məclisində gənc yazarların kiçik qüsurları diqqətə çatdırılıb, onların həlli yolları müzakirə olunub.
Bədii söz sənətləri barədə söhbət açılıb, klassik ədəbiyyatımızdan nümunələr gətirilib.
turan.info.az
.