Abdulla Şaiqin Mənzil Muzeyində kitab təqdimatı

Abdulla Şaiqin Mənzil Muzeyində kitab təqdimatı 16 oktyabr 2017-ci ildə pedaqoji elmlər üzrə
fəlsəfə doktoru,
pedaqoq və publisist
Məlahət Mürşüdlünün
“Abdulla Şaiq Talıbzadənin pedaqoji fəaliyyəti və onun “Nümunə məktəbi” nin təlimin yeni məzmunda qurulmasında rolu” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.


Tədbir “Şaiq Nümunə məktəbi”nin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə aid edilib.

Aparıcı - Abdulla Şaiqin Mənzil Muzeyinin böyük elmi işçisi Günel Əsədova açılış üçün ilk sözü muzeyin direktoru Ülkər Talıbzadəyə verib.

Ülkər xanım qonaqları salamlayaraq tədbirin keçirilmə səbəbi barədə danışıb. Sonra isə muzeyin əməkdaşı Elminaz Məmmədli “Şaiq Nümunə Məktəbi”-nin yaranması, fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Söz tədbirin səbəbkarı Məlahət Mürşüdlüyə verilib. Məlahət xanım təqdimatı keçirilən monoqrafiyasının yaranma tarixi və məzmunu ilə bağlı geniş məlumat verib. O, “Şaiq Nümunə Məktəbi”nin tarixini araşdırarkən qarşısına çıxan çətinliklərdən söz açıb.

Məlahət Mürşüdlü Abdulla Şaiqin şərəfli həyat yolu, keşməkeşli pedaqoji fəaliyyəti, “Şaiq Nümunə Məktəbi”ni necə yaratması, şagirdləri və onların valideynlərini anadilli təhsilə cəlb etməsi, Abdulla Şaiqin milli təhsildəki rolu, ədibin yaradıclığı haqqında ətraflı nitq söyləyərək tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb.

Məlahət Mürşüdlü eyni zamanda müəllifi olduğu və təqdimatı keçirildiyi kitabın Azərbaycan müəllimlərinin pedaqoji fəaliyyətlərində xüsusi rola malik olacağını da qeyd edib. Nitqinin sonunda səbəbkar tədbiri təşkilinə görə Ülkər xanıma və muzeyin əməkdaşlarına təşəkkür edib.

Tədbirdə muzeyimizin əməkdaşı Fəridə Məmmədova Abdulla Şaiqin Ali Pedaqoji İnstitutun tələbələrinə həsr etdiyi “Gənclik marşı” şeirini səsləndirib.

Abdulla Şaiqin pedaqoji fəaliyyətinə həsr olunmuş slayd şou göstərilib.

Sonra söz qonaqlara verilib və onlar öz xatirələrini və ürək sözlərini bölüşüblər.

Tarix elmləri doktoru Minaxanım Əsədova Abdulla Şaiq şəxsiyyətini önə çəkib, dövrünün ziyalılarının ədibin şəxsiyyəti haqqında söylədiklərini dilə gətirib.

Təhsil sahəsində çalışan ziyalılarımız Mahmud Mahmudov, Təranə Rəhimli, Könül Nəhmətova, Rəfiqə Hüseynova çıxışlarını təhsillə əlaqələndirərək bu monoqrafiyanın təhsilimiz üçün yararlı olacağını vurğulayıblar. Abdulla Şaiqin timsalında XX əsr şair və yazıçılarının həyat və yaradıcılıqlarının yenidən dərsliklərdə yer almasının zəruriliyindən söz açıblar.

Ümumilikdə tədbir əsnasında gedən maraqlı söhbətlər və yürüdülən mülahizələr belə kitab və monoqrafiyaların nəşrinin, maarifləndirici tədbirlərin keçirilməsinin Azərbaycan gəncliyinin həyatında oynadığı mühüm rolu bir daha sübut edib.

Elminaz Məmmədli,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Mədəniyyət
Zəlimxan Yaqub xatirələrdə

Zəlimxan Yaqub xatirələrdə

Mədəniyyət, Bolus
Şaiqi nəğmələrində yaşadan bəstəkar

Şaiqi nəğmələrində yaşadan bəstəkar

MEDİA, Köşə yazılar
“Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçirilib

“Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçirilib

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
ŞAİQ NÜMUNƏ MƏKTƏBİ

ŞAİQ NÜMUNƏ MƏKTƏBİ

Elmi Məqalələr, Borçalı
Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin  100 yaşlı uşaq bağças ...

Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin 100 yaşlı uşaq bağças ...

Təhsil
Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

"Zirvə"
Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Humanitar elmlər
Yazıçılar Birliyində

Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmu ...

"Şərqin səsi"
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Humanitar elmlər
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Xalidə Nurayın “Vərəqlərin günahı” kitabının təqdimatı keçirilib

Xalidə Nurayın “Vərəqlərin günahı” kitabının təqdimatı keçirilib

Humanitar elmlər
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Naxçıvan
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Qasımlı ictimai məktəbində kitab təqdimatı

Qasımlı ictimai məktəbində kitab təqdimatı

Borçalı
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Rəy yazın: