Altıncı Muğam Televiziya Müsabiqəsinin qalibi
- baş mükafatçısı
Almaxanım Əhmədli
AZTV-nin solisti olacaq.
Bu barədə müsabiqə bitəndən sonra AzTv-nin sədri Arif Alışanov bildirib. Belə ki, gənc xanəndə avqust ayında 16 yaşı tamam olduqdan sonra telekanalda solist kimi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, sədrin göstərişinə əsasən Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "Qızıl fond"unda saxlanılacaq.
Xatırladaq ki, S.Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbini qırmızı diplomla bitirən Almaxanım Əhmədli - tanınmış şair, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. Müsabiqə onun müəllimi əməkdar artist Təyyar Bayramov olub.
Biz də Almaxanım Əhmədlini ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Gilə ƏLİQIZI,
turan.info.az
.