Məşhur “Associated Press”
agentliyinin
Qafqaz üzrə tanınmış fotomüxbiri,
sevimli soydaşımız
Şahvələd Əli oğlu Eyvazovun
Tiflisdə sərgisi açılb.
Bu günlərdə Gürcüstan Mədəniyyət
Nazirliyinin, Tiflis meriyasının və
“Kolqa Tbilisi foto” təşkilatının
təşəbbüsü ilə fotoqrafların
müsabiqəsi keçirilib.
Müsabiqəyə 40 ölkədən
9 min foto daxil olub və
4 nominasiya üzrə
qaliblərin adı açıqlanıb.
Məşhur “Associated Press” agentliyinin
Qafqaz üzrə fotomüxbiri,
dəyərli soydaşımız
Şahvələd Əli oğlu Eyvazov
müsabiqənin qalibi olub və
Gürcüstanda foto sənətinə
verdiyi töhfələrə görə
Aleksandr Roinişvili adına
mükafata layiq görülüb.
Tiflisdəki İosif Qrişaşvili adına
Tiflis tarix muzeyində
Şahvələd Eyvazovun
çəkdiyi fotoların sərgisinin
açılışı keçirilib.
"Müharibə xətti" adlanan sərgidə
Şahvələd Eyvazovun
60-dan çox foto əsəri
nümayiş olunub.
Sərgidə nümayiş olunan
fotolar Osetiya, Abxaziya,
Dağlıq Qarabağ
və Çeçenistan müharibələri
zamanı çəkilib.
APA-nın Gürcüstan bürosunun
rəhbəri Nizami Məmmədzadənin
məlumatına görə, Sərgi
mayın 9-na kimi davam edəcək.
Qeyd edək ki, Şahvələd Eyvazov
23 ildir “Associated Press”
agentliyi ilə
əməkdaşlıq edir.
Şahvələd Eyvazov APA-ya
açıqlamasında müharibənin ünvanı olmadığını bildirib:
"Bu sərginin keçirilməsi
məni 20 il əvvələ aparır.
Çox kədərlənirəm.
Anaların göz yaşı hələ də
gözümün önündən getmir.
Bu müharibələr istər Qarabağda,
istərsə də Abxaziya, Sxinvali və
Çeçenistanda insanları
evsiz-eşiksiz qoyub,
neçə-neçə körpə ata-anasız qalıb,
neçə-neçə ailə yox olub,
torpaqlar işğal edilib.
Bax, bu kədəri, bu qəmi
mən fotolarıma köçürmüşəm,
lakin bu kədər-qəm hələ də
mənim ürəyimdə yaşayır”.
Əziz və hörmətli eloğlumuz,
tanınmış fotoqraf,
sözün əsl mənasında
DƏYƏRLİ ZİYALI,
GÖZƏL SƏNƏTKAR və
XEYİRXAH İNSAN -
ŞAHVƏLƏD EYVAZOVU
biz də turan.info.az -ın
bütün yaradıcı heyəti adından
bu yeni uğuru münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
ailə səadəti, xoşbəxtlik,
şəxsi həyatında və
sənət yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
P.S.:
Yaxşı yadımdadır...
Biz hələ tələbə olanda,
Şahvələd Eyvazov
"Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetində
çalışmaqla yanaşı, həm də "QRUZİNFORM"un
xüsusi müxbiri idi.
O, tez-tez bizim təhsil aldığımız
ali məktəbə - A.S.Puşkin adına
(sonralar S.S.Orbelianinin adını,
indi isə İ.Çavçavadzenin adını daşıyan)
Tbilisi Dövlət Pedaqoji
Universitetinə gələr,
bizim də foto-şəkillərimizi çəkər
və müxtəlif mətbuat orqanlarında
çap etdirərdi.
Budur, həmin illərdə
müxtəlif qəzetlərdə çap olunmuş və
indi də mənim əziz bir xatirə kimi
qoruyub saxladığım şəkillərdən
birini sizlərə təqdim edirəm...
Təşəkkürlər, hörmətli Şahvələd müəllim!...
.