Martın 1-də Tbilisidə
Gürcüstan Milli Muzeyinin
D.Şevardnadze adına
Milli Qalereyasında
Azərbaycan Rəssamlar
İttifaqının sədri,
Xalq Rəssamı
Fərhad Xəlilovun
fərdi sərgisi açılıb.
Sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olunur.
Fərhad Xəlilov AZƏRTAC-a müsahibəsində deyib:
“Tbilisidə əsərlərimi gürcü sənətsevərlərə təqdim etməkdən məmnunam.
Mən gördüklərimi və hisslərimi tabloya köçürürəm.
Ancaq çəkdiyim rəsmləri tamaşaçılarla təqdim etmək mənə həmişə xoşdur.
Tbilisidə olmaq isə mənim üçün ikiqat sevincdir.
Gürcü dostlarımın, sənətsevərlərinin fikirləri mənim üçün çox əhəmiyyətlidir”.
Muzeyin direktoru
David Lordkipanidze
sərgini açaraq Azərbaycanın və Gürcüstanın mədəniyyət nazirlərinin təbrik məktublarını oxuyub.
Xalq rəssamına yaradıcılıq uğurları arzulayıb.
Sonra Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov, Gürcüstandakı Rusiya Sərgi Mərkəzinin rəhbəri Leonid Bajenov və
başqaları çıxış ediblər.
Bildirilib ki, Xalq rəssamının sərgiləri dünyanın bir çox ölkələrində uğurla nümayiş olunub. Onun yaradıcılığı Fransa, Rusiya, Türkiyə, ABŞ, Almaniya, İtaliya, Suriya, Britaniya və Bolqarıstanda böyük maraqla qarşılanıb.
Sərginin açılışında
Azərbaycanın
Gürcüstandakı səfirliyinin,
Marneulidəki Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin,
M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyəti
Muzeyinin əməkdaşları,
Tbilisi ictimaiyyətinin
nümayəndələri,
tanınmış rəssamlar və
sənət adamları
iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
.