+Kumiriniz kimdir?
-Kumirim yoxdur. Bu heç bir halda qeyri-təvazökarlıq deyil. Sadəcə, kiməsə bənzəmək istəməmişəm. Amma şərhçi kimi rusiyalı Viktor Qusevi hər zaman bəyənmişəm. İndi də bəyənirəm. Ona "kumirimdir" demək çətindir. Sadəcə, onun şərh tərzini özümə daha yaxın hiss edirəm.
+Kumiriniz həyatınızda nəyi dəyişdirib?
-Kumir - bənzəmək istədiyin şəxsdir. Məhz ona baxıb hansısa sahəni seçirsən. Bu mənada Qusevi özüm üçün nümunə göstərə bilərəm.
+Nəyə görə o sizin kumirinizdir?
-Onun öz ana dilini mükəmməl bilməsi, şərh zamanı təmkinli, lakin lazım gəldikdə emosional olması. Qətilikdən qaçmağa çalışması. İzləyiciyə yüksək hörmət göstərərək, sanki onun da fikri ilə hesablaşdığını, məhz onun üçün danışdığını xüsusi göstərməsi Qusevin ən bəyəndiyim tərəflərdir.
turan.info.az
.