Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı - Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?

Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı -                               Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?Yanvarın 31-də yenə də Məhəmməd Əmin Rəsulzadənin tərcümeyi halına müracət olunacaq, onun 1884-cü il yanvar ayının 31-də anadan olduğunu yazacaqlar.
Bu tarixi yazanlar, yəqin ki,müəyyən mənbələrə əsaslanırlar, lakin heç bir tədqiqatçı mənbəyi göstərmir. Bizim araşdırdığımız mənbədə isə bu tarix fərqlidir:

Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı 1884-cü il yanvarın 31-də yox, həmin ilin fevral ayının 29-da anadan olmuşdur.

Sənədlərə müraciət edirik.


Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki
290 nömrəli Fondda Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallar saxlanılır.

Bu fond uzun illər boyu bir növ kölgədə qalmış, ondan nadir hallarda istifadə olunmuşdur.
Artıq neçə illərdir ki, 290 nömrəli fondun materialları tədqiqatçılar tərəfindən böyük maraq və həvəslə öyrənilir.
Təəssüf ki, tariximizin XIX və XX əsrlərinə aid ictimai-siyasi, bədii-fəlsəfi həyatının müəyyən mərhələlərini öyrənmək baxımından buradakı minlərlə arxiv materialları hələ də öz diqqətli, faktlarla işləməyi bacaran, dərin analitik təfəkkür tərzli tədqiqatçılarını gözləyir. Arxivdə maarifçılık və dil materiallarına aid sənədlər üzırində işləyərkən, görkəmli maarifçı din xadimlərinin həyat və yaradıcılığını oyrənərkən Rəsulzadə soyadına rast gəldim.
Bu ad mənə tanışdır. Babamın da, oğlumun da adı Rəsuldur.

Materiallarla tanışlıq üçün arxivə sifarış verdim: 290 nömrəli fond, saxlama vahidi -2266.

Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı -                               Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur? Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı -                               Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur? Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı -                               Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur? Cəmisi 10 səhifədir. Lakin bu səhifələrdə yatan tariximiz - tariximiz üçün əvəzciz mənbədir. Sənədlər toplusunun tərcüməsi belədir:

Bakı Quberniya Şiə Məclisinin üzvü AXUND MOLLA HACI AĞA

(o həm də AXUND HACI MOLLA ƏLƏKBƏRDİR)

RƏSULZADƏNİN FORMULYAR SİYAHISI .

17 mart 1901-ci ildə tərtib olunmuşdur.


*****

ФОРМУЛЯРНЫЙ СПИСОК

ЧЛЕНА БАКИНСКОГО ГУБЕРНСКОГО ШИИТСКОГО МЕДЖЛИСА

АХУНДА ГАДЖИ МОЛЛА АГА (он же АХУНД ГАДЖИ МОЛЛА АЛИ АКБЕР) РАСУЛZАДЕ

Составлен 17 марта 1901 года.


115 il bundan əvvəl tərtib olunmuş Formulyar siyahıdan məlum olur ki, Molla Ağa (Axund Hacı Molla Əli Əkbər Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur. İldə 300 rubl maaş alır. (Məhəmməd anadan olan il -366 gün idi, uzun fevrallı il idi, il 4 rəqəminə qalıqsız bölünürdü).

Formulyar siyahıda Axund Molla Ağanın ruhani zümrəsindən olması və ailənin ata-baba mülkü haqqında da məllumat var:

Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli mülkü-evi və həyəti var.
Axundun Bakıda Xoca Həsən küçəsində (N 29) ayrıca evi və həyəti də var.

Bakıda ev tərbiyə və təhsili alıb (xüsusi məktəb bitirməyib-N.N.).

Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub.Elə həmin qubernatorun 02 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin üzvü təyin olunub.

Formulyar siyahıda Axund Hacı Molla Ağanın (Axund Hacı Molla Əli Əkbərin) ailə vəziyyətindən də danışlır

arvadı - Bakı sakini ZİNƏT XAHIM MƏŞƏDİ Zal qızıdır.

Oğlu - MƏHƏMMƏD 29 fevral 1884 -cü ildə, Qızı -Şəhrəbanu isə 1888-cı il sentyabrın 9-da anadan olub.


Yeni tapılmış sənədə əsaslansaq, Məmməd Əmin Rəsulzadə düz bir AY cavanlaşır.

Formulyar siyahının hansı məqsədlə tərtib olunmasını aydınlaşdıra bilmdik. Hər halda, bu sənəddən Məhəmməd Rəsulzadənin xəbərdar olması heç kəsdə şübhə doğurmur. Sənəd imzalanan günlərdə Məhəmməd Rəsulzadənin 17 yaşı təzəcə tamam olmuşdu. Gənc Məhəmmədin o vaxtlarda bədii yaradıcılıqla məşğul olması,müxtəlif mövzularda yazılar yazması da etimal olunur.

M.Ə.Rəsulzadənin atası müəllimlərin müəllimi olub.Bunu deməyə əsasımız var: 12 fevral 1908-ci ildə Şamaxı şəhər sakini bizim dədə-baba məhəlləmiz Şıxzərlinin aşağısındakı Sarıtorpaq məhəlləsinin 46 yaşlı sakini MİRZƏ ƏLƏKBƏR MƏŞƏDİ ZEYNAL OĞLU yaxşı yaşamaq üçün müəllimlik fikrinə düşür.
Mirzə Ələkbər Zaqafqaziya Müəllimlər Seminariyasında yüksək vəzifəyə təyinatı gözlənilən Firudun bəy Köçərlinin yerinə şiəməzhəb şagirdlərə ana dili və şəriətdən dərs demək məqsədilə imtahan verib, attestat almaq üçün Bakı Quberniyası Şiə Məclisi Ruhani İdarəsinə müraciət edir.İmtahanlardan sonra Mirzə Ələkbərə müəllimlik attestatı (diplomu yox-N.N.) verilir.Lakin ali təhsili olmadığı üçün Firudun bəy Köçərlinin gözlənilən təyinatı alınmır, Yüzminlərlə insanın əqidə və tərbiyə müəllimi olan Mirzə Ələkbərin də Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında müəllimlik etmək arzusu baş tutmur.

Ədəbiyyat tariximizdə və eləcə də ictimai fikir tariximizdə dədə-baba adı ilə yox, Sabir kimi tanınan Mirzə Ələkbər Məşədi Zeynal oğlunu imtahan edən 3 nəfərdən biri M.Ə.Rəsulzadənin atası Axund Hacı Molla Ağa idi.(Onun Axund Hacı Molla Ələkbər adını da yadda saxlayın).

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

30.01.2016.



İstifadə olunmuş ədəbiyyat:

1.Məhəmməd Əmin Rəsulzadənin130 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 22 noyabr 2013-cü il.
2.ARDTA(Azərbaycan Respublikası Dövlət Tarix Arxivi) Fond 290,saxlama vahidi 2266.
3.Nəsrəddinov Nazim."Molla Nəsrəddin"in Bakı vəkili, "Dalğa" qəzeti, N 14,15-21 1992.
4.Nəsrəddinov Nazim.Tanınmış Əlizadələr. "Strategiya. az. "saytı, 26.03.2013.
5.Nəsrəddinov Nazim. Salam, Məhəmməd Əmin Rəsulzadə."Moden az" saytı,24.11.2013
6.Nəsrəddinov Nazim. Babalarımızın işıqlı yolu ilə."Davam.az" saytı, 27.04.2013
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin  100 yaşlı uşaq bağças ...

Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin 100 yaşlı uşaq bağças ...

Təhsil
Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Tiflis, Nekroloqlar
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
Müfti Əbdülhəmid Əfəndizadə

Müfti Əbdülhəmid Əfəndizadə

Köşə yazılar
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

Yeni nəşrlər, Humanitar elmlər
Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX

Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX

Tiflis, Tarix
Tağıyevin Əhmədlidəki məktəbi

Tağıyevin Əhmədlidəki məktəbi

Azərbaycan, "Elm və Təhsil"
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Bir daha M.F.Axundzadənin doğum  və ölüm tarixləri barədə

Bir daha M.F.Axundzadənin doğum və ölüm tarixləri barədə

Elmi Məqalələr, "Şərqin səsi"
28 May - Respublika Günüdür!

28 May - Respublika Günüdür!

Əsas xəbər, Azərbaycan, Təbriklər
Müfti Hacı Salman Əfəndi  (1958)

Müfti Hacı Salman Əfəndi (1958)

Başkeçid

"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN BİRİNİN MÜƏLLİ ...

Elm, Publisistika
S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

Köşə yazılar
MOLLA NAMAZ (1882-1962)

MOLLA NAMAZ (1882-1962)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri -

XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri - "ƏQAİD v ...

Elmi Məqalələr, Köşə yazılar
Dünyaya  səpələnmiş Ünsizadələr...

Dünyaya səpələnmiş Ünsizadələr...

Elmi Məqalələr, Tarix
Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB

Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB

Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: