Bakı Dövlət Üniversitetinin III kurs tələbəsi,
turan.info.az-ın xüsusi müxbiri
Ayşən Qüdrət qızı Qasımbəyli
31 iyul 2001-ci ildə Bakı şəhərində anadan olub.
2007-2018-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi
284 saylı orta məktəbdə təhsil alıb.
2019-cu ildə Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinə qəbul olub.
Hazırda Jurnalistika fakültəsinin
III kurs tələbəsidir.
Eyni zamanda, turan.info.az-ın
xüsusi müxbiridir.
Subaydır.
Dünya yarandığı ilk gündən, bu günə kimi insanlar öz rahatlığını qurmaq fikrində olubar. İnsan nəfsi o qədər iti olub ki, sahib olduğu ilə kifayətlənməyib. Elə qanlı müharibələr də məhz insanların nəfsi ucbatından baş verib. Belə müharibələrdə minlərlə günahsız insan həyatını vaxtsız itirib. Kainat inkişaf etdikcə müharibələrin silahı da müasirləşib.
İnsan zəkasının gücü ilə müasir texnologiyalara əsaslanan silah-sursatlar hazırlayıb. Terrorlar, qətlər törədilərkən kütləvi qırğınlar baş verib. Elə birinci Qarabağ müharibəsi zamanı da biz belə qətliamların şahidi olduq. Mənfur düşmənin ürəyi soyumadı. Onun məkrli niyyəti daha dərinliklərə işlədi. Paytaxtımızda dəfələrlə gizli tunellərə, metro stansiyalarına partlayıcılar qoyuldu. Günahsız insanlara qarşı terror əməliyyatları törədildi. Belə qanlı əməliyyatlardan biri də 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi idi.
Səhər saatlarında bir nəfər silahlı şəxs Azərbaycan Dövlət Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başladı. Ölənlərin sayı 13, yaralıların sayı 10 idi. Üç yaralıdan ikisi Sudan biri isə Suriya vətəndaşı idi.
Sonralar istintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olundu. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələmişdi.
O qanlı səhər yaxşı yadımdadır. Həmin günü televiziyada xəbər kanalları qırmızı qərənfillərlə bələnmiş səkiləri göstərirdi. Aprel ayının 30-u hər birimizi dərindən üzən bir hadisə baş vermişdi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərda Qədirov adlı bir şəxs tərəfindən vəhşicəsinə terror hadisəsi törədilmişdi. Bu hadisə nəticəsində 12 nəfər dünyasını dəyişmişdi. 13 nəfər yaralanmışdı. Minlərlə tələbələr həmin an şok yaşamışdı. Neçə-neçə ailənin ocağı sönmüşdü. Qətlə yetirilmiş günahsız gənclər, arzularını özü ilə birgə qaranlıq məzara aparmışdılar.
"Bir insan köçürsə dünyadan əgər
Sən elə bilmə ki tək bir can gedir.
Hər sönən baxışda saysız ümüdlər,
Hər gedən tabutda bir cahan gedir."
Mən hadisə baş verən zaman bu üzüntüləri, kədərləri, göz yaşlarını tam dərk etməsəmdə, yaş ötdükcə, ən əsası tələbə adını qazandıqdan sonra bu faciə mənim qəlbimdə daha dərin bir iz buraxdı. Lev Tolstoy demişkən: "Öz ağrını hiss edirsənsə CANLISAN,başqalarının ağrısını duya bilirsənsə,deməli İNSANSAN!"
Belə hadisələrin yaşanmaması üçün valideynlər ta uşaqlıq dövründən övladlarına hər zaman humanizmi,mənəvi dəyərlərin üstün olduğunu,eləcədə insanın tək özünün yox digər insanlarında mənafeyini düşünməsini təbliq etməsi lazımdır...
turan.info.az
.