Axı biz cəbhə bölgəsində yaşayırıq.
Bütün silah sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan karvan keçirdi.
Lakin gördüklərimiz bir anda olsun bizi qorxudmurdu əksinə çox sevinirdik nədənsə.
Sevinməyə də haqqımız var idi axı torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı.
O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü.
O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi səngərlərdə gecələyirdik hər an olum qorxusu yaşayırdıq.
Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz;
Adətən axşam saatlarında atışma güclənirdi oda evlərdən gələn isiqlarin gendən goruəsiylə əlaqədər idi.
Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partltlayan atəş-fəşanlığı xatırladan mərmilər, barıtlar çox qorxulu idi.
Həmin gecə səngərdə keçirəcəyim son gecə idi.
Hamı səngərə! - dedilər.
Hər məhlənin kişileri öz məhləsində yığışıb əvvəlcədən səngər qazmışdılar (dağın içini qazaraq hər dörd bir yanı 2,5 mt hündürlüyndə torpaq olmalı idi.)
Bəli səngərə gedirik saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu! Bəli canımız o gecə hər şey ola bilərdi; evimiz yana bilərdi dağıla bilərdi.Düşünün insanın hansısa bir əşyası itəndə bütün günü onu axdarır, amma biz bir gecədə evinizi və içi dolu əşyalarınızı itirə bilərdik. Təbii ki, o anda düşünəcəyimiz son şey hansısa əşya olardı.
Budur səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır.Səngərə hər zamankı kimi ilk girən kişiler oldu içərisi təmiz olduğunu bildirib çıxdılar.Qadınlar,uşaxlar,qocalr daxil oldu.Rutubətli, nəm və zülmət bir mağara.. Çox qorxudum. Büzüşüb anamın qucağında oturmuşdum. Çıraq ışığına ətrafa nəzər salırdım başımın üstündən sakıt bir zümzümə səsi gəldi;"küçələrə su səpmişəm yar gələndə toz olmasın" Bu mahnını sözlerini zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə ön cəphədə vuruşurdu. gəlin gözlərini qırpmadan yarının yolun gözləyirdi. ertəsi gün yarı gəldi heç toza batmadan ağ kəfəndə,tabutun içində gəldi...
Həmin gecə çox igidlər həlak oldu, qəhramanlar qazi oldu çox evlər daglğılıb xarabaya döndü.
Həmin gecə səngərdə gecələmək məcburiyətində qaldıq. Hamı susqun halda oturub gözləyir: xəsdə sağalmağını gözləyən kimi,,yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm, yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərin mənə yönəldmiş halda;
__Allahım özün bu körpələrə yazığın gəlsin deyirdi. O anda körpə görünə bilərdim amma içimdə özümü bir qəhraman kimi hiss edirdim. Çünkü toprağını sevən hər bir qəhraman kimi öz torpağımda idim qorxub qaçmamışdım . O gecə həmyaşıdlarım öz yatağlarında mışıl_mışıl yatarkən mən səngərdə anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım...
Saatlar keçdikcə içəridə təmiz hava azalırdı, nəfəs almaq çətinləşirdi, rütubət artırdı.
Sanki səhər açılmayacaxmış kimi gecə heyy uzanırdı.
Anamın qucağında ordaca yuxuya getmişəm.Tezdən anamın səsinə gözlərimi açdım__məni səsləyirdi Gülgəz qalx oyan səhər açılıb!
Dan yeri sökülmşdü kəndə sakitlik çökmüşdü. Kənd kişiləri dağlardan_dərələrdən enirdilər.Gecələr adəti üzrə kişiləri dağlara səpələnirdiler. Bəli bu vəziyyət hər gün belə davam edirdi.
O gecə çoxlarının arzuları ürəklərində donub qaldı.
O gecə hamı nəsə itirdi; kimisi əzizini, kimisi sevgisini, kimi həyat yoldaşını, kimi gəncliyini kimi son zengini. kimi məktəbini. O gecə məmdə itirdim! ömrümün ən şirin, ən saf, ən gözəl çağını itirdim.,..
Uşağlığımı.....
Uşağlıq hansısa bir əşya deyil ki, itirib sonralar yaddan çıxarasan və ya ev, maşın, var dövlət deyilki illərcə çalışıb əldə edesən. Uşağlıq ömrün ən saf ən təmiz heç zaman yaddan çıxmayan, illər ötdükcə daha çox axdardığın və bir daha geri dönməyən illəridir...
1993_cü il Sentiyabırın 5 i. Kəndimiz erməni işğalçıları tərəfindən zəpd olundu. Bu hadisə kənd sakinlərinə gözlənilməz olsada,öz doğma evlərimizdən, torpağımızdan, yurd_yuvamızdan qaçqın düşdük. Bəli Qaçqın! o vaxtlar bizi belə adlandırırdılar.
Aylar ötdü illər keçdi yaşadığını illər içərisində, her çətinliklər,acılar gördüm, təbi xoş günlərimdə oldu. Artıq 38 yaşım var ailəliyəm 2 övladım var. indi mən o illərdə gördüyüm müharibənin həyəcanını 2020ci ildə övladlarim yasayirlar. Hələ 2016 çi ildə aprel döyüşlərində onlar balaca idilər müharibənin nə olduğunu bir o qədərdə anlamirdilar amma indi tam başqa idi. İndi ölkəmiz hər tərəfli inkişaf edir günü gündə müasirləşən , çiçəklənən və ölkələr arasında öz sozunu deyə bilən bir ali baş komandanın olduğu bir vaxtda yaşayırıq.
indi heç bir ölkə heç bir dövlət işçisi bizim qarşımızı kəsə bilməz!.
Bəli.. indi qonşularla səngərdə deyil evimizin bir addımlığında olan parka yığışırıq. hər gündə yeni yeni xəbərlər, yeni yeni müzakirələr aparırıq öz aramızda. O gün yaxınlaşdıqca içimizdə sanki bir arxayınçılıq vardı. hərdən eşidilən atəş səsləri bizi qətiyyən qorxudmurdu.
Bəzən gecə yarısına qədər qonşularla yığışıb həyətimizdə otururduq hər gün bir addım yaxınlaşırdıq o, günə...
Nəhayət sentyabr ayının 26 idi hər tərəfə sükut çökmüşdü sanki cəbhə bölgəsi deyil hansısa səhraliq sükutu idi. "Fırtınadan öncəki sükut" buna deyiblərmiş məyər.
Əslində biz həmin gecə gözləyirdik amma səhər sentyabrın 27 si əsl müharibə başladı. qulaq batıran həyacan siqnalı əhalini zirzəmilərə səsləyirdi. Hərbicilərimizin Allahu Əkbər sədaları hələdə qulağlarimdadır. Ali baş komandanımızın ağıllı, uzaq görən siyasəti nəticəsində Azərbaycan ordusu hər gün yeni yeni uğurlu əməliyyatlardan xəbər verirdi. Televiziya ekranlarında kilidlənmişdik sanki o 44 gün. Təbii ki, müharibə şəhidsiz olmaz amma şəhid anaları əyilmir, qirilmir, ruhdan düşmürdülər. Xalq bir yumuruq kimi birləşmişdi. Hər gün müzəffər ordumuz yeni şəhərləri, rayonları, kəndləri, setiareji hundurlüklər almaqla hər kəsin ürəyinə su sepirdilər.
Hələ Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərinin alınması bizim üçün surpiriz oldu. Ali baş komandanın çıxışını hələ şəhər saatlarından səbirsizliklə gozleyirdik. O gün atamın göz yaşlarının şahidi oldum. Vətənə, torpağa sevgisi onun aldığı nəfəs qədər ayrılmazdır.
Nəhayət, 10 noyabr gecə saat 04:00 evdə hamı yatıb qəfil gələn zəng səsinə hamı yerindən diksindı. Sanki hansısa əzizimizin şəhid xəbəri gələcəkmiş kimi hamı səksəkədə idi. Bu gələn zəng dünyanın ən gözəl xəbərin verdi!
MÜHARİBƏ BİTDİ...
Azərbaycan xalqı, ordusu və ali baş komandanı qalıb gəldi!
Gülgəz Yaqub,
Yazıçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Füzuli rayonu, Horadiz şəhəri
turan.info.az
.