Orta məktəbi də elə Bakıda bitirib.
2019-cu ildə Azərbaycanda keçirilən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş və iştirak etmişdir.
Rəssam, karikaturaçı, esse, hekayə və şerlərini müəllifidir.
Alpinizmlə idman növüylə, aikido ilə məşğul olub.
Ərəb və fars dilində Quran oxuyur.
Vətənpərvərdir. Xeyirxahdır.
Xeyriyyə işlərində fəal iştirak edir.
Gənc olmasına baxmayaraq xəstələrə, əlillərə, imkansızlara dəstək olur.
Biz də Heyran xanıma yeni-yeni uğurlar arzulaylr və
onun gənclərimizə ünvanladığı bir müraciətini
aşağıda turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.
turan.info.az
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini dəstəkləmək, daim onun yanında olmaq, onun hərbə aid verəcək əmrindən sonra hamılıqla səfərbər olub, "Güc birlikdədir!" - deyərək, güclü ordumuz ilə bir döyüşçü kimi cəbhəyə getmək və Vətənimizi, Torpaqlarmızı mənfur düşmənlərdən azad etmək lazımdı.
Ölkəmiz üçün təhlükə yaradan, məqsədləri başdan bəlli olan ölkədaxili, ölkəxarici düşmənlərimizin ölkəmizə qarşı apardıqları heç bir hüquqi müstəviyə sığmayan siyasətlərinə inanmamaq lazımdır.
Milli Məclisin binasına hücum etmək isə olduqca mənasız və məntiqə sığmayan addım idi. Yaxşı düşünün ki, Milli Məclisin binasına zorla daxil olmaq, pəncərələrin şüşələrini sındırmaq, monitorları qırıb sıradan çıxartmaq və dövlətimizə külli miqdarda maddi ziyan vurmaq birbaşa düşmən qüvvələrin dəyirmanlarına su tökməkdən başqa bir şey deyil.
Bu artıq üzdəniraq mənbələr tərəfindən ölkə daxili və ölkə xarici insanlarmız üzərində öyrədilmiş bir oyundur.
İnsanlar, xüsusilə də gənclərimiz, heç bir zaman bu cür pravaksiyalara uymamalı, hər zaman ayıq-sayıq olmalıdırlar.
Heyran BÜNYADZADƏ
turan.info.az
.