Yeniyetmələrin duyğuları

Yeniyetmələrin  duyğuları Son zamanlarda, xüsusilə də son 3-4 il ərzində Azərbaycanda qanunla münaqişədə olan yeniyetmələrlə yanaşı, riskli davranışlara meyilli yeniyetmələlərin də sayı artmışdır. Yeniyetmələri hər hansı bir qanuna zidd davranışa, elədə də, cinayət etməyə sövq edən səbəblər nələrdir? Bu sualın birmənalı olaraq tək cavabı yoxdur. Çünki, səbəblər çoxdur və hər cinayət əməlinin arxasında dayanan səbəblər fərqlidir.
Burada başlıca rol oynayan səbəblər: ailənin natamam olması, ailədaxili konfliktlər, zorakılıq (ailə üzvləri arasında veya yeniyetməyə qarşı) maddi durumun aşağı olması, böhranlı yaş dövründə yeniyetməyə düzgün yanaşmamaq, dəyərlərin itməsi, yeniyetmənin rol modellərinin problemli olması, yalnış mühit və onun mənfi təsiri, medyanın zorakılığı\ şiddəti təbliğ edən programları və.s əsas yer tutur.
Bu səbəblər arasında ilkin yeri tutan isə ailə, ailə modeli və tərbiyə sistemidir. Cinayət törətmiş yeniyetmələrin ailələrinə diqqət etsək, çoxunun natamam ailə olduğunu görərik. Natamam ailə deyəndə boşanmış, evdən ayrılmış və ya valideynlərin (bəzən biri, bəzən də hər ikisinin) itkisi nəzərdə tutulur. Maddi qazanc üçün gününün ən az 9-10 saatını işləmək məcburiyyətində qalan valideyn (daha çox analar) övladına lazımi diqqət və nəzarət göstərə bilmir, bununla yanaşı onun ehtiyaclarını da ödəməkdə çətinlik çəkir. Növbəti əsas məqam isə bu yeniyetmələrin asudə vaxtının təşkili məsələsidir..daha doğrusu təşkil oluna bilməməsi problemi..ki təhsilini hər hansı bir səbəbdən yarıda qoymuş gənc yeniyetmə asudə vaxtının düzgün dəyərləndirilməməsi ucbatından gününü sosial şəbəkələrdə keçirir (xüsusilə, facebook, twitter, odnaklasnik və.s) ki bu şəbəkələr vasitəsilə tanış olub, beləcə qrup cinayətləri törədən çoxlu faktlar da mövcuddur..
Həm ailə, həm də təhsil sistemindən uzaq düşən (cinayət törədən gənclərin təhsillə bağlı problemləri olur və əksəriyyəti də təhsildən yayınmış gənclərdir) ən əsası da yeniyetməlik dövründə nəzarətsiz (valideynin diqqət və qayğısında uzaq olma, sevgisiz böyümə) qalan bu gənclər özlərini yalnış mühitdə tapmağa çalışırlar. Qısa bir vaxtdan sonra isə bu yeniyetmələr zərərli vərdişlərdən (siqaret, spirtli içkilər, narkotik maddələr (ilk olaraq həblərdən başlayırlar) və.s) istifadə etməyə başlayır, zamanla isə öz ehtiyaclarını asan yolla ödəməyin yollarını axtarırlar... Bütün bunları anlamaq üçün həm ailələr, həm tədris sistemində çalışan insanlar yeniyetməlik dövrünü və onun xüsusiyyətlərini bilməli, bu dövrdə yeniyetmələrdə yaşanan dəyişiklikləri nəzərdə saxlamalı, buna müvafiq davranmalıdırlar. Bundan əlavə dövlətin dəstəyi ilə sosial reabilitasiya mərkəzlərinin sayı və fəaliyyəti gücləndirilməli, məktəblərdə təcrübəli psixoloqların sayının artırılması və psixoloji işin düzgün təşkili, ailələr\valideynlər üçün maarifləndirmə işlərinin başlanması və davamlı olmasına diqqət yetirmək lazımdır.
Yeniyetməlik dövründə yaşananlar və ailələrin diqqət etməli olduqları məqamlar...
Uşaqlıq dövrü ilə gənclik dövrü arasında "keçid", "böhranlı yaş" dövrü sayılan yeniyetməlik çağında psixoloji və bioloji dəyişikliklər özünü qabarıq şəkildə biruzə verir.

1- Ümumiyyətlə bu dövrdə yeniyetmələrin duyğularında qeyri-sabitlik müşahidə olunur. Bir az əvvəl özünü enerjili və gümrah hiss edən yeniyetmə az sonra özünü tam əksinə, yorğun, əldən düşmüş hiss edə bilər. Duyğuların belə anlıq olaraq dəyişkənliyi zamanı valideynlərin bunu normal qarşılaması, "bir az əvvəl yaxşı idin, indi nə oldu?" kimi təzyiq xarakterli yanaşmalardan uzaq durması gərəklidir.
2- Bu dövrdə yeniyetmələr duyğularını çox coşğulu bir şəkildə yaşayırlar və bu onların səs tonlarında, mimikalarında özünü göstərir.
3- Digər yaş dövrlərinə görə daha sıx xəyal quran yeniyetmə əksər hallarda reallıqdan uzaqlaşır. Bu xəyallar isə gələcək planlar (təhsil, tutacağı mövqe) ilə yanaşı, əks cinslə bağlı olur.
4- Yeniyetmələr bu dövrdə çox vaxt tək qalmaq istəyirlər. Valideynlər isə bunu fərqli şəkildə anlayıb, övladlarının ciddi bir problemi olduğunu düşünüb narahat olurlar. Əslində yeniyetmələr özlərini daha yaxından tanımağa, kim olduqlarını, gələcək həyatlarının necə olacağını, istək\arzularını, tutacağı mövqeleri düşünürlər. Bu onlarda "mən"in daha da inkişaf etdiyi dövrdür. Valideynlər diqqət etsələr, yeniyetməlik dövrü yaşayan övladlarının daha çox "mən", "mənim", və.s kimi mənsubiyyət hisslərinin təzahürü olan sözləri istifadə etdiklərini müşahidə edəcəklər.
5- Yeniyetmə özündə müşahidə etdiyi bioloji dəyişikliklərdən (yuxarıda qeyd etdiklərimiz) narahat olmağa, kompleks yaşamağa və ətrafındakı insanlardan bunları gizlətməyə çalışır.
8- Bu dövrdə ən mühimi isə yeniyetmənin ətraf mühitidir. Ətraf mühit (dost\tanış) seçimində yeniyetmələr və valideynlər diqqətli olmalıdır. Təsir altına düşmə ehtimalı çox olan bu dövrdə valideynlər övladlarını yalnış mühitdən qorumaq istəyirlər amma əksər hallarda bunu yalnış davranışlar sərgiləyərək göstərirlər, övladlarına nəzarət etmək istəsələr də, bu neqativ nəticələnir. Valideynlər dost, yaxın yoldaş rolunu mənimsəməkdənsə, əksinə sərt davranaq övladlarını o yalnış mühitə doğru itələyirlər.
9- Demək olar ki, bütün yeniyetmələr bu dövrdə diqqət mərkəzində olmağa və təriflənməyə ehtiyac duyurlar. Onların bu ehtiyacını ailə\valideynlər ödəmədikləri halda, onlar da fərqli qruplara qoşulurlar.

Psixoloq Lalə Allahverdiyeva,
İstanbul Üniversitetinin magistrı.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Böyüməyən arzular...

Böyüməyən arzular...

Regionlar, Publisistika, Müsabiqə, Köşə yazılar
Müəllim adını, müəllim şərəfini qorumaq hamımızın borcumuzdur!

Müəllim adını, müəllim şərəfini qorumaq hamımızın borcumuzdur!

Regionlar, Köşə yazılar
XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

Məktəblər
Elida MUXAYEVA: Vağzalı qurbanları

Elida MUXAYEVA: Vağzalı qurbanları

MEDİA, Tiflis, Köşə yazılar
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Yeniyetmələr məcburi əməyə cəlb olunmaya qarşı mübarizə sahəsində maariflən ...

Yeniyetmələr məcburi əməyə cəlb olunmaya qarşı mübarizə sahəsində maariflən ...

Regionlar, QHT
Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Köşə yazılar
Boyunduruq altinda yetişən gənclik

Boyunduruq altinda yetişən gənclik

Gənclik, Köşə yazılar
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ  FORMAL ...

Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ FORMAL ...

Elmi Məqalələr, Uşaq bağçaları
Gülşən Sadıxova:

Gülşən Sadıxova: "Bir daha estetik tərbiyənin rolu haqqında"

Gəncə, "Elm və Təhsil"
Yusuf Məmmədəliyev:

Yusuf Məmmədəliyev: "Azərbaycan dövləti gəncləri sağlam, savadlı, vətənpər ...

Azərbaycan, Gənclik
Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi

"Region-Press", "Elm və Təhsil"
Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Məktəblər, "Elm və Təhsil"
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
Xəzər rayonunun inkişafında bələdiyyələrin də öz payı vardır

Xəzər rayonunun inkişafında bələdiyyələrin də öz payı vardır

Bakı
Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Gənclik, BDU, Köşə yazılar
Sumqayıt Dövlət Universitetində yeni layihələrə start verildi

Sumqayıt Dövlət Universitetində yeni layihələrə start verildi

Sumqayıt, QHT
ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi  ...

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi ...

Tiflis
Rəy yazın: