Valeh MİRZƏ: Qurtuluşumuzun Təvəllüd Günü

Valeh MİRZƏ: Qurtuluşumuzun Təvəllüd Günü Hələ 1992-ci ildə hakimiyyəti zorla mənimsəmiş AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi, hadisələrə adekvat reaksiya verə bilməməsi ucbatından ölkədə ictimai-siyasi durum daha da gərginləşirdi. Bu gərginlik 1993-cü ilin may-iyun aylarında özünün kulminasiya nöqtəsinə çatdı. Bir yandan Ermənistan-Azərbaycan müharibəsi və bu müharibədə Azərbaycanın məğlubiyyətə düçar olması, digər tərəfdən isə xarici dövlətlərin kəşfiyyat orqanlarının ölkəmizə qarşı həyata keçirtdiyi ən məkrli siyasi təxribatlar Azərbaycanı qardaş qırğını-vətəndaş müharibəsi həddinə çatdırmışdı. Gəncədə Surət Hüseynovun başçılığı ilə hərbi qiyam qaldırılması bu təxribat zəncirinin son həlqəsi oldu. Azərbaycanın dövlətçiliyi, onun yenicə qazandığı müstəqillik və azadlıq məhv olmaq təhlükəsi altında qaldı.
Hər bir xalqın tarixində elə parlaq, taleyüklü hadisələr var ki, nəinki aylar, illər, hətta bir neçə onilliklər, yüzilliklər keçdikdən sonra belə o hadisələr unudulmur və xalqın yaddaşında, tarixində ən şərəfli, ən müqəddəs məqam kimi əbədiləşir. Xalq üçün, dövlətimizin taleyi üçün belə bir ağır məqamda dünya şöhrətli siyasətçi, uzun illər dövlət idarəçiliyində zəngin təcrübə toplamış Heydər Əliyevin öz xilaskarlıq missiyasını yerinə yetirərək xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəlişi tarixin məhz bu cür məqamlarındandır. O, öz qayıdışı ilə Azərbaycanda illər uzunu davam edən xaosa və anarxiyaya, başıpozuqluğa və dərəbəyliyə, siyasi hakimiyyətsizliyə və etnik separastçılığa, hikkələri yerə-göyə sığmayan naşı siyasətbazların eksperimentlərinə və ölkədə at oynadan ayrı-ayrı üzdəniraq “liderlərin” silahlı dəstələrinin varlığına son qoydu. Xalq rahat nəfəs almağa başladı, öz xilaskarına minnətdarlığını bildirdi. Çox çəkmədi ki, ölkədə həyat öz məcrasına düşdü. Dövlət müstəqilliyimiz və milli azadlığımız məhv olmaq təhlükəsindən qurtuldu.
Xalqın öz mili liderinə hədsiz inamı, xalqla rəhbər arasındakı monolit birlik hər dövlət xadiminə müyəssər olmayan böyük nemətdir. Bu birlik o vaxt möhkəm və sarsılmaz olur ki, xalqın liderə, liderinsə xalqa məhəbbəti, sevgisi qarşılıqlı olsun. Bu mənada Heydər Əliyevin hələ 1994-cü il avqustun 26-da Suraxanı neft yatağının sənaye üsulu ilə istismara başlamasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə dedikləri səciyyəvidir. O, fəhlələrlə görüşündə deyirdi: “Azərbaycanın qarşısında alnım açıq, üzüm ağdır, xidmətlərim də göz qabağındadır. Ancaq məni yenidən respublikaya rəhbər vəzifəyə gəlməyə xalqımın düşdüyü ağır vəziyyət məcbur etdi. Mənim bir məqsədim var: xalqımı bu dözülməz vəziyyətdən çıxartmaq. Bundan ötrü lazım gələrsə həyatımı da qurban verməyə hazıram. Son nəfəsimədək çalışacağam ki, Azərbaycanı xilas edim”.
Heydər Əliyev bu andına sadiq qaldı, Azərbaycanı düşdüyü uçurumdan – parçalanmaq təhlükəsindən nəinki xilas etdi, hətta onun dünya ölkələri ilə bir sırada dayanmasını, haqq səsinin bütün planetdə eşidilməsini təmin etdi.
Bu gün Azərbaycan hansı uğurlara imza atıbsa və perspektivdə onu hansı nailiyyətlər, xoş günlər, xoş müjdələr gözləyirsə, hamısı üçün milli tariximizdə özünəməxsus yeri olan Qurtuluş Gününə borcluyuq.
1991-ci il müstəqilliyimizin təvəllüd tarixidirsə, 1993-cü ilin 15 iyun günü isə qurtuluşumuzun, milli varlığımızın təvəllüd günüdür. Məhz həmin gün insanların qəlbinə hakim kəsilmiş qorxu hissi – Azərbaycanın parçalanıb məhv olması, millətin varlığına son qoyulması xofu darmadağın oldu. İnsanlarda ölkənin işıqlı gələcəyinə, işğal olunmuş torpaqların geri qaytarılmasına, sülhə, əmin-amanlığa, demokratiyaya, vətəndaş cəmiyyətinin bərqərar olmasına, insan hüquqlarına hörmət və azad cəmiyyət quruculuğuna inam yarandı. Bu böyük tarixi günün növbəti ildönümünü qeyd edərkən gəlin bir daha geri boylanıb həmin tarixi anda – 1993-cü il iyunun 15-də ulu öndər, əvəzsiz lider, mahir strateq Heydər Əliyevin qətiyyətlə və müdrikcəsinə söylədiyi bu tarixi ifadələri bir daha xatırlayaq və heç vaxt unutmayaq: “Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini əldə etdikdən sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm də müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, bəşəri dəyərlərin əsasında qurulan cəmiyyət olacaq”. İyirmi iki il öncə uzaqgörən rəhbərin peyğəmbərcəsinə söylədiyi fikirlərin hamısı artıq bu gün özünü doğrultdu. Bu gün Azərbaycan onun vətəndaşlarının qürur hissi keçirməyə, fəxr etməyə layiq tam müstəqil, demokratik, hüquqi dövlət kimi yaşayır, inkişaf edir və inamla, İLHAMLA işıqlı, nurlu sabaha doğru addımlayır.

Ulu Heydər irsini,
Yaşadır həvəs ilə,
Xalq onu seçdi rəhbər
Çox böyük bir səs ilə.
Çatdı imdadımıza
Millətimin ər oğlu,
Qoymadı bizi darda
Dar gündə Heydər oğlu.
Yayılır kürsülərdən
Alovlu çıxışları,
Boylanır gözlərindən
Nər Heydər baxışları.
“ Mətinləşir günbəgün
Siyasət meydanında,
Bütün Türk dünyasının
Eşqi coşur qanında.
İşıqlı günlər gəlib,
Gedir zaman irəli,
İLHAMLA ADDIMLAYIR
AZƏRBAYCAN İRƏLİ!



Valeh MİRZƏ,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MÜASİR AZƏRBAYCANIMIZIN MEMARI

MÜASİR AZƏRBAYCANIMIZIN MEMARI

Qarayazı
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
Əsrin müqaviləsi

Əsrin müqaviləsi

Qarayazı, Tarix, Sosial
Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir

Regionlar, Məktəblər
AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU
Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

YAP, Gənclik
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
BU QAYIDIŞLA NƏLƏR BAŞ VERMƏDİ...

BU QAYIDIŞLA NƏLƏR BAŞ VERMƏDİ...

AzTU
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda ko ...

Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda ko ...

Regionlar, MEDİA
GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?

GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?

Kolleclər, Başkeçid, Köşə yazılar
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
Heydər Əliyevin yolu ilə...

Heydər Əliyevin yolu ilə...

Regionlar, Məktəblər
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli L ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli L ...

Biologiya və tibb elmləri
AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əsas xəbər

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövz ...

MEDİA
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Rəy yazın: