15 fevral tarixində “Borçalı-İrəli İctimai Birliyi”nin təşkili ilə Gürcüstanın paytaxtı
Tbilisi şəhərində Gürcüstanda Xocalıya ədalət kampaniyası çərçivəsində informasiya bukletlərinin paylama aksiyası həyata keçirilib.
Aksiyada Tbilisidə təhsil alan tələbə-gənclər, ictimayyət nümayyəndələri iştirak etdilər.
Aksiyadan öncə təşklilatın sədri Məhəbbət İmanov iştirakçılara Xocalı qətliamı haqqında məlumat verdi.
Tbilisinin mərkəzi küçələrində yürüş edən gənclər şəhər sakinlərinə və qonaqlara Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin gürcü, ingilis dillərində çap etdirdiyi məlumat bukletləri, posterlər paylanıldı.
Şəhərin mərkəzi küçələrinin ictimai nəqliyyat dayanacaqlarına, divarlarına, və əhalinin ən çox toplaşdığı məkanlara Xocalı qətliamı haqqında informasiyalı və görüntülü posterlər yerləşdirildi.
Aksiyanı təşkilatçısı
M.İmanov qeyd etdi ki, şəhər sakinləri və qonaqları tərəfindən bu qətliam haqqında aldıqları məlumatlar və həqiqətlər olduqca maraqla qarşılandı, bu hadisələr haqqında öyrənən xarici və yerli vətəndaşlar terroru törədənləri lənətləyərək, bu hadisələrə ədalət tələb etdilər.
Qeyd edək ki, Xocalıya ədalət kampaniyası Gürcüstanın bir sıra bölgələrində
davam edir.
.