Nə sualınız olsa aşağıdakı email-ə yaza və əlaqə telefonlarına zəng edə bilərsiniz.
“Düşünən Vətəndaş” Mərkəzinin missiyası Gürcüstanın etnik azərbaycanlı vətəndaşları üçün onların mədəni və sosial inteqrasiyasına dəstək olacaq alternativ təhsil mərkəzi vasitəsilə ədəbiyyatın, musiqi və incəsənətin, universal insan haqlarının sosial dəyişiklikdəki rolu haqqında müxtəlif mühazirələr və film gecələri təşkil etməkdir.
Bu dəfəki çıxışçımız sənətşünas Xaqani Məmmədovdur.
Xaqani Məmmədov 25 Mart 1956-cı ildə Tiflisdə dünyaya gəlib. 69 saylı gürcü-rus orta məktəbini bitirib.
1973-1978-ci illərdə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində rejissorluq, Moskva Mədəniyyət İnstitutunda sənətşünaslıq, Qnesin adına institutda səs rejissorluğu təhsili alıb.
1975-ci ildə ümumittifaq "Melodiya" (Moskva-Tbilisi) firmasına səs rejissoru vəzifəsinə işə düzəlir. 1976-cı ildə Londonda "Abbey Road Studios"-da təcrübə proqramında iştirak edir, 1996-cı ildə isə London SAE səsyazma institutunu bitirir. Marcanaşvili, Rustavelli adına teatrlarda və "Gürcüstan-film" kinostudiyasında çalışıb. Liverpul şəhərinin fəxri vətəndaşı, Hollandiya və Gürcüstan vətəndaşıdır.
Ən yaxşı səsyazma fəaliyyətinə görə ümumittifaq yarışlarının laureatıdır. Xaqani Məmmədov "Zığ-zığ quşlarının toyu" (1984) filmi üçün yazdığı musiqiyə görə baş mükafata layiq görülmüşdür. iki övladı var.
Hazırda "Black Sea" rol qrupunun rəhbəridir.
Mühazirənin dili: Mühazirə azərbaycan dilində olacaq
Mühazirə 9 fevral 18:45-də başlayır, 20:30-da bitir.
Məkan: Avropa Evi (Europe House), Azadlıq Meydanı 1, Tiflis 0105 (1 Freedom Square Tbilisi 0105).
Email: [email protected]
Əlaqə nömrələri: +995 599625969, +995 568312442
.