Həsən Qurban oğlu Hacıyev - 1927-ci ildə Gürcüstanın Borçalı mahalının Lüksenburq (indiki Bolnisi) rayonunun Saraçlı kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra A.S.Puşkin adına TDPİ (Tbilisi Dövlət Pedoqoji İnsitutu)-nin fizika-riyaziyyat fakültəsini, sonra isə Moskvada SOV. İKPMK (Sovet İttifaqı Kominist Partiyasının Mərkəzi Komitəsi) yanında Ali partiya məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə Saraçlı kənd məktəbində müəllim kimi başlayan Həsən Hacıyev sonra Bolnisi rayon Partiya Komitəsinə tə'limatçı tə'yin olunmuşdur.
1948-1959-cu illərdə Tamarisi MTS-də partiya komitəsinin katibi, Bolnisi Rayon Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.
1959-cu ildə o, Gürcüstan KP MK-da mə'sul vəzifələrdə - təşkilatçı, MK-nın təşkilat-partiya işi şöbəsinin inspektoru vəzifələrində işləmişdir.
1978--1990-cı illərdə Gürcüstan Nazirlər Sovetində baş referent vəzifəsini tutmuşdur.
1990-cı ildən ömrünün sonunadək Tbilisi Texniki Universiteti yanındakı Kosmik Tədqiqatlar İnstitutunda Şöbə müdiri işləmişdir.
Həsən Hacıyev harada işləmişsə, öz insanpərvərliyi, səriştəsi, biliyi və bacarığı ilə fərqlənmiş, daim kollektivdə səmimi, işgüzar şəraitin yaradılmasına çalışmışdır.
Camal və Teymur adlı 2oğlu var.
Həsən Hacıyevin xidmətləri daim yüksək qiymətləndirilmiş, bir çox orden və medallara, dövlət mükafatlarına layiq görülmüşdür.
1997-ci ildə Gürcüstan prezidentinin fərmanı ilə Həsən Hacıyev "Şərəf" ordeni ilə mükafatlandırılmışdır.
Həsən Hacıyev 19.11.1999-cu ildə Tiflis şəhərində vəfat etmişdir.
Ruhu şad, məkanı cənnət olsun. Amin!
Rəşad Saraçlı,
16.01.2020-ci il.
turan.info.az
.