1927-ci ildən Kommunist (bolşeviklər) Partiyasının üzvü olub.
Leninqraq Kooperativ İnstitutunu və Zaqafqaziya Kommunist Məktəbini (Universitetini) bitirib.
Bir müddət Borçalıda, sonra isə Gürcüstan KP MK-da qadın şöbəsinin müdiri olub.
Daha sonra isə Tbilisi şəhərindəki Azərbaycan Türk Pedaqoji Texnikumunda çalışıb.
Onun əri Camal Əliyev isə 1902-də anadan olub.
Əslən Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Şəfəq kəndindəndir.
O, 1927-ci ldə Zaqafqaziya Kommunist Universitetinə oxumaq üçün Tiflisə göndərilib.
Görünür C.Əliyev Bikə xanımla da elə orada tanış olublar.
C.Əliyev 1927-1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetində təhsil alıb.
1931-1933-cü illərdə orada fəlsəfə şöbəsinin aspiranturasında oxuyub.
1928-1931-ci illərdə Tbilisi şəhərindəki Azərbaycan Türk Pedaqoji Texnikumunda leninizm kursundan dərs deyib.
1936-cı ildən sonra onlar Azərbaycana gəliblər.
Bir müddət Gəncədə yaşayıblar. Sonra isə Bakıya köçüblər.
Partiya fəalları respublika kursunun (1936-1937), təbliğatçılar kursunun (1937) müdiri, Marksizm-Leninizm İnstitunun direktoru və ÜİK(b)P tarixi və leninizm kafedrasının müdiri (1937), Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı İnstitutunda müəllim və tədris hissə müdiri - prorektor (1936-1938) vəzifələrində işləyib.
1939-1940-cı illərdə APİ-nin (indiki ADPU-nun) direktoru olub.
Dəyərli izləyicilərimiz!..
Çox xahiş edirik ki, Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında
kimdə ətraflı məlumatlar və onların foto-şəkilləri varsa, bizə göndərəsiniz.
Əvvəlcədən təşəkkür edir və öz dərin minnətdarlığımızı bildiririk...
Hörmətlə,
Müşfiq BORÇALI,
turan.info.az
.