Görüşdə Gürcüstanda dini etiqad azadlığı, müsəlmanlarla digər dini icmalar arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
GMİ-nin sədri Ramin İgidov bildirib ki, Gürcüstanda yaşayan müsəlmanlar dini qurumlar arasında ikincidir. Ölkədə 300-dən artıq məscid var, onların da 180-dən çoxu qeydiyyata alınıb və müsəlmanların mülkiyyətinə verilib. Müsəlman dini icması hər il dövlət büdcəsindən 2 milyon 700 min laridən çox yardım alır. Bu vəsait hesabına son dörd ildə 120-yə yaxın məscid təmir olunub.
“Gürcüstanda dini etiqad azadlığı və ya ayrıca din haqqında qanuna ciddi ehtiyac var. Azərbaycanda din azadlığı ilə əlaqədar qəbul olunmuş qanun bizim üçün də məqbuldur”, - deyə R.İgidov vurğulayıb.
F.Muradov Azərbaycanda din azadlığının, tolerantlığın dünyada nümunə olduğunu vurğulayıb.
Bildirib ki, Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər var. Bu, digər sahələrdə də əlaqələrimizin daha da genişləndirilməsi üçün gözəl zəmin yaradır.
turan.info.az
.