Bu sözləri oktyabrın 21-də turan.info.az-ın Gürcüstandakı xüsusi müxbirinə Tiflis şəhər meri vəzifəsinə yeni seçilən Kaxa Kaladze bildirib.
O, turan.info.az saytının xüsusi müxbirinə açıqlamasında azərbaycanlıların ona səs verdiyinə çıx şad olduğunu deyib:
“Mən çox şadam. Bu, mənim üçün böyük məsuliyyətdir. Mən bütün imkanlardan istifadə edərək onların mənə olan etibarını doğruldacağam.”
K.Kaladze Tiflis azərbaycanlıları arasında onun dost-tanışları olduğunu və onun şəhər meri seçilməyində onların da böyük rolu olduğunu vurğulayıb.
Nizami MƏMMƏDZADƏ,
turan.info.az
.